Mətbuat 20.06.2023 13:38

Tanınmış media nümayəndələrinin qəfil ölüm TARİXLƏRİ - FOTO

Son illərdə Azərbaycan mətbuatı bir sıra itkilərlə üzləşib.
Rakus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış media nümayəndələrinin qəfil ölümü onları sevənləri dərin kədərə boğub.
İyunun 18-də 52 yaşında doğma yurdu Kəlbəcərə səfər edən zaman dünyasını dəyişən Zülfüqar Hüseynzadənin vəfatı da bunlar sırasındadır. O, 93-cü ildə vəfat edən nənəsinin məzarını tapmaq üçün doğulduğu Başlıbelə yollanmışdı.
Tanınmış telejurnalist, Cüdo Federasiyasının Baş katibinin mərhum müavini Elnur Əşrəfoğlu da aramızdan zamansız ayrıldı. Bu gün doğum günü olan Əşrəfoğlu 2021-ci ilin oktyabrın 19-da koronavirusdan vəfat etmişdi.
2021-ci ilin iyunun 4-ü də media üçün sarsıdıcı gün oldu. Həmin tarixdə “AzərTAc”ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar.
Tanınmış jurnalist Qadir İbrahimli isə ötən il dünyasını dəyişib. O, ötən ilin mayında kəskin qaraciyər sirrozu diaqnozu ilə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.
Həmin ildə jurnalist Zabil Müqabiloğlu da dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən sonra 39 yaşında vəfat edib.
Digər tanınmış jurnalist Natiq Qədimov isə 2017-ci ildə vəfat edib. Onun qəfil gedişi infarktdan olub.
Tanınmış jurnalist Araz Zeynalov da ötən il uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Vesti.az saytının baş redaktoru olub.
Jurnalist Nicat Məlikov da 39 yaşında 2018-ci ildə vəfat edib. Onun da ölümünə səbəb infarkt olub. N.Məlikov mağazaya gedərkən qəfil yerə yıxılıb, ürəktutmasından vəfat edib. Onun da sonuncu iş yeri “Vesti.Az” saytı olub.
Tanınmış teleoperator Tural Qasımov isə aramızdan bir neçə gün öncə ayrılıb. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. Tural uzun müddət “Lider” və ATV kanallarında çalışıb. Sonuncu iş yeri isə APA TV olub. Tural Qasımov tanınmış jurnalist İlqar Əlfioğlunun övladıdır.
Gənc jurnalist Elvin Rüstəmov da 31 yaşında avtomobil qəzasında vəfat edib. Ötən il vəfat edən Elvin həm də, Xızının Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi kimi çalışırdı. O, eyni zamanda “Neftçi TV”nin əməkdaşı idi.
Ellada Mustafayeva da gənc yaşında vəfat edən media nümayəndələrindən idi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri olan Ellada Mustafayeva, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ölümündən 3 ay əvvəl ailə həyatı quran E.Mustafayeva bir sıra media orqanlarında da çalışmışdı.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO