İqtisadi 08.05.2019 14:39

Milli Neft Komitəsinin iclası keçirildi - FOTO

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Azərbaycan Milli Neft Komitəsinin ötənilki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib.

Rakus.az xəbər verir ki, Milli Neft Komitəsinin sədri, Energetika naziri Pərviz Şahbazov Milli Neft Komitəsinin 2005-ci ildə təsis edildiyini diqqətə çatdırıb. Azərbaycanın “Dünya Neft Şurası”na üzv kimi qəbulunda Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının rolunu xüsusi qeyd edib.

Bildirib ki, Dünya Neft Şurasının əsas qayəsi qlobal miqyasda karbohidrogen ehtiyatlarından insanların rifahı naminə istifadə edilməsidir və bu, Azərbaycanın enerji kursunun da başlıca hədəfidir. “Karbohidrogen ehtiyatları və düşünülmüş məqsədyönlü siyasət bütövlükdə regional inkişafı təmin edib”, – deyə nazir enerji layihələrinin əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində Xəzər regionunun tərəfdaşlıq münasibətləri ilə dünyanın digər enerji mərkəzlərindən fərqli statusda olduğunu bildirib.

Çıxışda qeyd edilib ki, indiyə kimi ölkəmizdə hasil olunmuş 2 milyard 58 milyon ton neftin 746 milyon tonu müstəqillik dövrünə aiddir. Hazırda orta gündəlik neft hasilatı isə, təxminən, 770 min barreldir. Energetika naziri Pərviz Şahbazov neftlə bağlı fəaliyyətin bir neçə istiqamətdə həyata keçirildiyini deyib:

“Bu gün neft ehtiyatlarının işlənməsi, neft sənayesinin investisiya ilə təmin edilməsi ilə yanaşı, neftin qiymətinin sabitləşdirilməsi prosesində də iştirak edirik. Eyni zamanda, neftin qiymətlərdən asılılığının azaldılması üçün hasilatda səmərəliliyə nail olunması, neftdən əlavə dəyər yaradan məhsul kimi istifadə edilməsi istiqamətində tədbirlər görürük. Həmçinin quruda və açıq dənizdə ilk dəfə neft hasilatının, neft sənayesində bir sıra mühüm ilklərin beşiyi kimi ölkəmizin dünyada tanıdılmasına çalışırıq”.

“Dünya Neft Şurası”nın 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etməsi üçün Bakının namizəd olduğunu deyən nazir lazımi dəstəyin qazanılmasında Milli Neft Komitəsinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib və müvafiq tapşırıqlar verib.

Sonra Milli Neft Komitəsinin illik fəaliyyətinə dair hesabat dinlənilib. Komitənin İdarəetmə aparatının rəhbəri Nazim Vəliyev Milli Neft Komitəsinin ölkəmizin neft-qaz sektorundakı maraqlarını “Dünya Neft Şurası” beynəlxalq təşkilatında fəal təmsil etdiyini vurğulayaraq, Bakı şəhərinin namizədliyi çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.

Energetika nazirinin müavini Elnur Soltanov isə çıxışında bildirib ki, 24-cü Dünya Neft Konqresinə namizəd 2019-cu ilin iyun ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək növbəti iclası zamanı gizli səsvermə ilə müəyyən ediləcək. Azərbaycanla yanaşı, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və Qazaxıstan da namizəd ölkələr sırasındadır. İclasda üzv ölkələrin dəstəyinin qazanılması üçün aparılan təbliğat işləri barədə söhbət açılıb.

İclasda, həmçinin Milli Neft Komitəsinin gələcək fəaliyyətinin digər istiqamətlərinə dair də müzakirələr aparılıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO