Təhlil 10.07.2023 10:02

Rəsmi İrəvana etimadın yaranmasını əngəlləyən ölkə – TƏHLİL

Uzun illərdir Fransada islahatlar aparılmır. Bu isə ölkədə istiqrarsızlığın yaranmasına səbəb olur. Emmanuel Makron prezident seçiləndən sonra bir çoxları Fransada ictimai-siyasi, iqtisadi, hüquq-mühafizə və s. sahələrdə dəyişikliklərin olacağına, islahatların aparılacağına ümid edirdi. Ancaq yenilik və islahatlar tərəfdarı olanlar baş verən durğunluqdan məyus olub. Makron 2017-ci ildən Fransa Prezidentidir. Bu müddət ərzində ölkəni son 20 ilin görünməmiş etiraz aksiyaları bürüyüb. “Sarı jiletlilər” hərəkatı hələ də öz tələblərinin həllinə nail olmayıb.

Əslində, Fransada polis əməkdaşının 17 yaşlı əlcəzairəsilli Naeli qətlə yetirməsi Makron hakimiyyətinin irqçi mahiyyətini də aşkarladı. Liberal görüşlü siyasətçi və şəxs sayılsa da, hadisələr onun qatı etnik millətçi, irqçi olduğunu təsdiqləyir. O, 2006-2009-cu illərdə Sosialist Partiyasının üzvü olub. Bununla belə, solyönümlü proqram həyata keçirməyə nail olmayıb. Prezident seçkiləri ərəfəsində sağçı və solçu olmayan İrəli Respublika Partiyasını yaradaraq hakimiyyətə gəlib, “İnqilab” kitabını yazıb. Ancaq o, nə sağçı, nə solçu, nə də inqilabçı ola bilir.

Ölkədə etiraz aksiyaları davam edir. Fransada 90-a yaxın təşkilat iyulun 8-də 17 yaşlı Naelin qətli ilə bağlı vətəndaş yürüşlərinə çağırış edib. Təşkilatçılar Fransa hakimiyyətindən məsuliyyəti öz üzərinə götürərək qarşıdurmaya son qoymaq üçün təcili addımlar atmağı tələb ediblər. Tələblər arasında hüquq-mühafizə orqanlarında islahatların aparılması, polis qüvvələrinin müdaxilə üsulları və silah tətbiqinin qiymətləndirilməsi də var.

Makronun hakimiyyətdə olduğu 6 ildə idarəetmə metodu və həyata keçirilməsinə başçılıq etdiyi siyasətdə heç bir dəyişiklik olmayıb. Bu, xarici siyasət kursunda da davam edir. O, ermənilərə canıyananlığı ilə seçilir. İrəvana səfəri, Fransadakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “Həmişə Ermənistanın yanındayıq” şüarı ilə çıxış edir. Bununla da Cənubi Qafqazda davam edən normallaşma prosesinə problem yaradır. Fransanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasındakı şərti sərhədyanı bölgəyə Avropa İttifaqı mülki müşahidə missiyası gətirilib. Missiya yerləşdiriləndən sonra Ermənistan bölgədə təxribat əməllərini artırıb. Hətta Azərbaycana diversantlar belə göndərib. Ötən gün onlardan ikisinin – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Fransanın Ermənistanı missiya ilə dəstəkləməsi rəsmi İrəvana etimadın yaranmasını əngəlləyir.

Prezident İlham Əliyev iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransanın Azərbaycanın daxili işinə müdaxilədən də bəhs edib: “Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır”. Prezident Fransa hakimiyyətinin Azərbaycanda separatizmi dəstəklədiyini vurğulayaraq deyib: “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.

Fransa keçmiş Qarabağ münaqişəsinin həllində 30 ilə yaxın beynəlxalq vasitəçilərin təmsilçisi olub. Bu müddət ərzində o da yalnız erməniləri dəstəkləyib. Azərbaycan ərazisində mülki, sosial, inzibati, mədəni, dini və tarixi binaların dağılmasına göz yumub. Habelə Fransa da ermənilərin Azərbaycan ərazisində ekoloji terrorla məşğul olmalarını görməzlikdən gəlib. 44 günlük döyüşlərdə separatçıları və Ermənistanı hərbi, siyasi və s. baxımdan dəstəkləyən rəsmi Paris müharibədən sonra da Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin “hüquqları”nın saxtakarcasına müdafiəçisi rolunda çıxış edir. Prezident Fransanın bu davranışını “riyakarlıq və ikili standart” olaraq qiymətləndirib: “Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin eyni zamanda özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır”.

Rəsmi Paris Ermənistanın Azərbaycan ərazisindəki minalanmış ərazilərin xəritəsini verməsinə də laqeyd yanaşır. Çünki belə ərazilərin qalması məcburi köçkünlərin qayıdışını gecikdirir. Fransa Ermənistanın bu kimi əsassız və qanunazidd istəklərini dəstəkləməklə sülh prosesinə və normallaşmaya da süni maneələr yaradır. O, belə addımları ilə beynəlxalq vasitəçi kimi də etibardan düşür. Yeri gəlmişkən, Ukraynadakı hadisələrdə onun vasitəçiliyindən qeyri-rəsmi də olsa imtina bunu təsdiqləyir.

Artıq beynəlxalq ictimaiyyət Cənubi Qafqazda gedən proseslərə fərqli yanaşır, Azərbaycanın ədalətli, haqlı mövqeyini, ərazi bütövlüyünü müdafiə edir. ABŞ-ın Ermənistandakı səfiri Kristina Kevinin iyulun əvvəlində yerli İctimai Televiziyadakı çıxışı buna nümunə ola bilər. Səfir bildirib ki, Qarabağın əhalisi Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilər. Bu həm də Azərbaycana etibarın göstəricisidir. Hələ partlamayan Paris isə ermənilərə “yanınızdayıq” deməklə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təhdidini dəstəkləyir, pozucu ünsürlərə yardım edir.

Sədrəddin İsmayılov – “Report”

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO