Nüvədi gizlinləri – Türk dilində ən qədim yazı tapıldı – ANONS
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında 1991-ci ilə qədər ermənilərə müqavimət göstərən indiki Ermənistan ərazisindən çıxarılan azərbaycanlıların sonuncu kəndi Nüvədi gizlinləri haqqında xüsusi buraxılış hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə Zəngəzur mahalının Nüvədi kəndində qədim türkcə yazılan daş kitabə – Qarqı daşı abidəsindən, xürrəmilərin Bəzz qalasından, Babəkin həyat yoldaşının və Cavidanın qəbri tapılan Nüvədi kəndindən geniş bəhs olunur.
Həmçinin Babək və Cavidanın məzar və qalaları yerləşən Nüvədidə Babək necə dəfn olunub, onun arvadı kimin qohumu imiş və digər suallara, qaranlıq məqamlara aydınlıq gətirilir.
Veriliş avqustun 5-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.