Siyasi 17.08.2023 13:49

Qloballaşan BMT dünyası – “ağlaşma” üsulu ilə yürüdülən siyasət - FOTO

Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Azərbaycanın haqlı olduğu bir daha sübut olundu. Beynəlxalq ictimaiyyət onun ərazi bütövlüyü və suverenliyini dəstəklədi. Ermənistanın və havadarlarının hay-küyü, yalan, əsassız iddiaları, dünya ictimaiyyətini aldatmaq cəhdi yenidən uğursuzluğa düçar oldu. Ermənistan hökumətinin ikiüzlülüyü də isbatlandı.

Məlumdur ki, rəsmi İrəvan Qarabağın mülki əhalisinin məcburi “tam blokadaya” alınması nəticəsində humanitar vəziyyətin “pisləşməsi” ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi. Bundan başqa, ölkənin baş naziri Nikol Paşinyan və başqa rəsmilərin “Qarabağ Azərbaycan ərazisidir”, “Qarabağdakı ermənilər bizə mandat verməyib” kimi açıqlamaları da dünya ictimaiyyətinin gözündən pərdə asmaq cəhdi kimi dəyərləndirilə bilər.

BMT-dən Laçın yolunda problemlərin həlli üçün Azərbaycan və Ermənistanla əlaqələri davam etdirəcəkləri bildirilib: “Tərəflər humanitar səylərə qarışmamalı və onları siyasiləşdirməməlidir. Humanitar reaksiya tanınma və ya qanuniləşdirmə aktı deyil, heç bir tərəfə dəstək vermir və siyasi təsirə səbəb olmur”.
 

Bu açıqlama rəsmi İrəvanın sözügedən məsələdə siyasi fəaliyyətinə qarşıdır. Çünki Ermənistan Laçın yolu ətrafında əsassız ajiotaj yaratmağa cəhd göstərdi. Ondan siyasi şou düzəltməyə çalışdı. Ancaq BMT TŞ-dəki daimi nümayəndələr məsələyə daha məntiqli yanaşdı. Qeyd olundu ki, Təhlükəsizlik Şurası 30 il əvvəl Ermənistanın işğalçı olduğunu təsdiqləyən 4 qətnamə qəbul etmişdi. Bu müddət ərzində işğalçı dövlət həmin sənədlərə məhəl qoymadı, beynəlxalq hüquqa qarşı hörmətsiz davrandı.

Laçın yolu ətrafında da ermənilərin gülünc və cəfəng iddialarını beynəlxalq ictimaiyyət qəbul etmədi. TŞ-nin məlum toplantısı Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyi müdafiə etdi.

Fransanın BMT-dəki nümayəndə heyətinin üzvü Natali Brodhörst və digər daimi üzvləri çıxışlarında tərəfsiz qala bilmədilər. Onlar Ermənistanın və ya ermənilərin avantürasına uydular. Hətta, ola bilsin, bu şounun müəllifləri elə Fransanın siyasi texnoloqlarıdır. Natali Brodxerstin çıxışı və Şuranın toplantısınadək rəsmi Parisin davranışı bir daha təsdiqləyir ki, Fransa böyük dövlət, aparıcı güc kimi statuslarını itirir. Onun dünyada yeni güc yaratmaq cəhdi isə fiaskoya uğrayır. Yelisey sarayı bu siyasəti ermənilər kimi türklərə, Türkiyə və Azərbaycana qarşı kin, nifrət üzərində qurur. Bir zamanlar dünyanın əsas güclərindən sayılan və ona ağalıq edənlərdən biri olmuş imperiyanın varisi indi Ermənistanın antitürk siyasi ideologiyası əsasında siyasət yürüdür.

2022-ci il dekabrın 20-də də Ermənistan oxşar məsələ ilə BMT TŞ-yə müraciət etmişdi. Onda da Şura ermənilərin təklifini müzakirə etmiş, ancaq onların iddialarını yetərli saymamışdı.

Dünya gücləri Azərbaycan ərazilərinin işğlalını bildikləri halda 30 il həqiqəti müdafiə etməyib susmuşdular. Regionda Azərbaycanın təhlükəsizlik, dünyanın enerji təchizatındakı rolu, əməkdaşlıq və sülh istiqamətində atdığı addımlar güclərin, aktorların nəzərindədir. ABŞ, Böyük Britaniya, Rusiya, Çin kimi dünya güclərinin Ermənistanın yalan və hiylə dolu bəyanatlarına, dezinformasiyalarına, məzlum görüntülərinə inanmamaqda haqlı olduqları da təsdiqləndi. Belə ehtimal etmək olar ki, beynəlxalq ictimaiyyət ermənilərin “yazıq, məzlum” “sifətini” görməkdən bezib. TŞ 30 il öncə bunu Ermənistana məlum qətnamələri ilə anlatmışdı. Odur ki, ermənilərin və havadarlarının bu “klassik” roldan çıxması zamanıdır. Çünki riyakarlıq maskası tamam yırtılıb.

Avqustun 16-da beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bir daha nümayiş etdirdi. O da təsdiqləndi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir. Bununla Ermənistanın və separatçıların tör-töküntülərinin diqqətinə çatdırılır ki, ermənilərin Laçın yolunu “dünya birliyi ilə əlaqə yolu” sayması səhvdir. Ərazi Azərbaycanındır. Yolu da o müəyyənləşdirir. Müzakirələrdən bu nəticəyə də gəlmək olar.

Beləliklə, Şuranın toplantısı sübut etdi ki, qloballaşan dünyada, yeni dövrdə dünya ermənisayaq “ağlaşma” üsulu ilə siyasət yürütməyi qəbul etmir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO