Siyasi 31.08.2023 19:39

Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilərin despot cəmiyyəti – unutdurulmuş həqiqət” adlı süjetdə Ermənistanın demokratikləşməsi ermənilər və oranın didərgin salınmış vətəndaşları olan qərbi azərbaycanlılara faydalı olacağına yer verilir.

Bildirilir ki, 44 günlük müharibə Ermənistana, havadarlarına və bir sıra xəyalpərəst ermənilərə Qarabağın əsl sahibinin kim olduğunu göstərdi: ”Ermənistanın təhlükəsizliyi ordudan, hərbçilərindən, ölkəyə dəvət etdiyi Avropa Monitorinq missiyasından, yaxud Rusiyanın Gümrüdə yerləşən  102 saylı hərbi bazasından deyil, Azərbaycanla münasibətlərin normallaşmasından və qərbi azərbaycanlıların öz yurdlarına qayıdışından asılıdır. Bu həm də ermənilərə, erməniliyə və Ermənistana daha fərqli, yeni və mütərəqqi bir imic qazandırar. Azərbaycanla münasibətləri normallaşdırmaq həm də bu ölkənin demokratik dəyərlər sadiqliyinin göstəricisi olar”.

Qeyd olunur ki, ermənilərə uzun illər antitürk, anti-Azərbaycan və anti-Türkiyə təbliğatı mərkzələşdirilmiş şəkildə, zorla təbliğ olunub: “Demokratik şəraitdə söz, fikir azadlığı, qanun şahdan uca olur. Bu səbəbdən görə Nikol Paşinyandan uca olan qanun və “Dəmir yumruq” ona Qarabağın kimə məxsus olduğunu anlatdı. O da özünü demokrat saydığında bu həqiqəti dünyaya və ermənilərə deməkdən başqa yol görmədi”.

Süjetdə ermənilərin indiyədək despot cəmiyyətdə yaşadığı, türklərə, azərbaycanlılara nifrət dolu faşist ideologiyanın erməni cəmiyyətinin düşüncəsinə yeridildiyi, bundan ən böyük ziyanı isə ermənilərin gördüyü vurğulanır, saxta “erməni soyqırımı”, “dənizdən dənizə” yalan ideyanın bunun nəticəsi olduğu göstərilir.

Sonda Qərbi azərbaycanlıların repatriasiyasını rəsmi İrəvanın hələ qəbul etməkdə çətinlik çəkdiyi diqqətə çatdırılır: “35 il ərzində Ermənistanda mövcud olmuş ictimai-siyasi və mədəni atmosfer erməni cəmiyyətinin bunu qəbul etməsinə mane olur. Erməni cəmiyyəti hələ də elə zənn edir ki, indi Ermənistan adlanan dövlətin ərazisində ancaq ermənilər yaşayıb. Bu torpaqlar da onlara məxsusdur. Onlar Qərbi Azərbaycan ərazindəki rayonların adlarını dəyişməklə ermənilərin bu torpaqların onlara aid olmadığı kimi yaddışını da pozub. Basarkeçər, Göyçə, Zəngəzur və başqa türk adlarının yenidən səslənməsi onların yadına unutdurulmuş bu həqiqəti də salacaq. Demokratik şəraitdə erməni cəmiyyəti də bu reallığı qəbul edəcək. Demokratiya Ermənistanın, erməni cəmiyyətinin yadına qərbi azərbaycanlıları, qonşularını salacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 31-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 31.08.2023 19:39
Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı?
Dünya, Təhlil / 31.08.2023 12:20
Paşinyanın “həqiqət” çağırışı – uydurulan yalanın əsiri – ANONS - VİDEO
Dünya, Siyasi / 30.08.2023 19:40
Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - FOTO - VİDEO
Dünya, Siyasi / 30.08.2023 14:02
Sovet Rusiyası Zəngəzuru niyə 2 yerə böldü? – ANONS
Sosial / 30.08.2023 11:13
“Şəhid və qazi ailələrinə dəstəyin göstərilməsi əsas vəzifədir” – Təmraz Tağıyev - FOTO
Mətbuat, Siyasi / 29.08.2023 19:53
Ermənilərlə azərbaycanlıların ziyarət etdikləri üç məzar: orada kimlər dəfn olunub? - FOTO - VİDEO
Mətbuat, Sosial / 29.08.2023 14:14
Erməni yazıçının şok etirafları – ANONS - VİDEO
Müsahibə, Mətbuat, Video müsahibə / 28.08.2023 20:00
Njde və Andranikin dəstələri azərbaycanlıları kluba yığıb diri-diri yandırmışdılar - FOTO - VİDEO
Müsahibə / 28.08.2023 12:46
“Ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır”- ANONS
Gündəm, İqtisadi, Video müsahibə / 26.08.2023 20:00
Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO - VİDEO
Hərbi / 26.08.2023 10:51
Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb? – ANONS - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 25.08.2023 19:50
“Basarkeçərdə ermənilər çörək dilənirdilər…” - FOTO - VİDEO
Sosial / 25.08.2023 13:24
“Göyçədə anamın yanında dəfn olunmaq istəyirəm…” – ANONS
Siyasi / 24.08.2023 19:39
Qərbi azərbaycanlıların qaçqın düşməsində SSRİ-nin rolu - FOTO - VİDEO
Siyasi / 24.08.2023 12:56
İrəvana təhlükəsiz qayıdışı nədən asılıdır? – Qərbi Azərbaycan Xronikası - VİDEO
Siyasi / 23.08.2023 19:40
İrandan köçürülən 200 erməni hara yerləşdirildi?
Siyasi, Sosial / 23.08.2023 14:01
“Ərazisi üç dövlət arasında bölüşdürülən mahal” – ANONS - VİDEO
Sosial / 23.08.2023 10:01
Bakıda dövlət qurumları əməkdaşları üçün təlim təşkil olunub - FOTO
Gündəm, Maraqlı / 22.08.2023 21:43
Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.08.2023 19:45
Ermənilərin Urartu yalanının ifşası - FOTO
Gündəm, Sosial / 18.08.2023 19:58
Daşnak şovinistliyi – Nərimanlı müəllimlərin etirazı - FOTO - VİDEO
Sosial / 18.08.2023 13:11
“15 ailə bir yük maşınında kənddən zorla çıxarıldı” – ANONS - VİDEO
Mədəni / 18.08.2023 10:01
ASKEF-in Balkan turu – 5-ci yazı - FOTO
Siyasi / 17.08.2023 19:38
Azərbaycan-Ermənistan normallaşma prosesinə kimlər mane olur? - FOTO - VİDEO
Siyasi, Təhlil / 17.08.2023 13:49
Qloballaşan BMT dünyası – “ağlaşma” üsulu ilə yürüdülən siyasət - FOTO
Gündəm, Siyasi / 17.08.2023 12:20
Paşinyanın ikibaşlı oyunu – Rusiyanın şantaj planı – ANONS