Sosial 01.09.2023 19:50

“Yoldaşımı və 3 uşağımı erməni əşyası ilə dəyişdilər…” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

 Rakus.az xəbər verir ki, “Rus əsgərləri 15 ailəni tanka doldurub kənddən çıxardılar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermontov (Antaraşen) kənd sakini Novruz Rüstəmovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin çox yaxşı keçdiyini, doğma kəndinə baölı olduğunu deyib: “Böyük çaylarımız, meşələrimiz, yaylaqlarımız var idi. Orada  gördüyümü heç harda görməmişəm. Məktəbi rus, erməni dilində oxumuşuq. Bizdə Azərbaycan dili olmayıb. Atamız, anamız Azərbaycan dilində danışıb, bizdə onlardan götürüb öz dilimizdə danışmışq. Rus, erməni və malakanların  içərisində yaşasaq da çalışmışıq öz dilimizi unutmayaq”.

N.Rüstəmov məktəb illərində uşaqlarla Böyük Çaydan balıqlar tutduqlarını, Novruz bayramını yüksək səviyyədə keçirdiklərini xatırladıb, ermənilərin onları həmişə türk kimi tanıdığını deyib.

Onun sözlərinə görə, 27 yaşında qaçqın düşüb: “Mən 1988-ci ildə Ermənistandan Stavropol şəhərinə getdim. Orada eşitdim ki, ermənilər bizimkiləri deportasiya ediblər, bizim millətin hamısını oradan vəhşi kimi çıxarıblar. Bizim camaat Qazax rayonuna gəlib. Mənim ailəmi – yoldaşımı və 3 uşağımı erməni əşyasına dəyişiblər. Erməninin bir maşın əşyasını burdan o tərəfə buraxdılar, mənim ailəmi də Qazağa buraxdılar. Bizim əşyamızın hamısı orada qaldı. Bizim heç nəyimiz oradan çıxarılmadı.

Azərbaycanlılar çıxanda onları daşa basmışdılar, çoxunun əşyalarını yandırmışdılar. Ona görə də kənddə rus zabitləri 15 evin adamlarını məcbur tanka doldurub Qazaxla sərhədə gətirmişdilər. Qazaxda kimini adama dəyişmişdilər, kimini də erməninin ev əşyalarına dəyişmişdilər”.

Vətən həsrətinin çox çətin olduğunu söyləyən Pəmbək mahalı sakini nə vaxtsa doğma yurda qayıdacağına əminliyini bildirib: “Bəli, biz çox böyük həvəslə həmin öz yerimizə qayıtmaq istəyərdik. Bizim yaşadığımız yer kurort yeri olub, turbaza olub. Bizim oarada yaxşı qazlı sular çıxırdı. Elə su idi ki, onun təbii qazından bir stəkan içə bilməzdin. Meşələrdə qəşəng minera sularımız olub. O suyu gedib at ilə, ulaq ilə kəndə gətirirdik. O su ayaq üçün, ayaq müalicəsi üçün idi. Bizim kəndin havası da çox gözəl olub, meyvəsi də yaxşı olub- hər şeyi yaxşı idi. Bax elə bizim kəndimizin havası, meyvəsi, bitkiləri yaxşı olduğuna görə biz ora qayıtmaq istəyirik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 1-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO