Erməni ziyalıların “dövlət saxtakarlığı”na qarşı üsyanı – ANONS - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni ziyalılar Azərbaycan mədəni irsinin müdafiəsinə qalxdı” adlı veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, verilişdə , 2019-cu ildə etnoqrafçı alimlər Arsen Hakopyanın, Lusine Xaratyanın və Rafik Kortoşyanın müəllifi olduğu “Ermənistanın sovet keçmişindən epizodlar: erməni-azərbaycanlı birgəyaşayışının izləri ilə” adlı kitabda erməni ziyalıları indiki Ermənistanda azərbaycanlıların tarixi izlərini, yaratdığı maddi mədəniyyət nümunələrini dağıtmaq, saxtalaşdırmaq yolu ilə onların bu ərazidə mövcudluğunu danmaq istiqamətində 200 ildən çoxdur çalışdıqlarını etiraf edirlər.
Veriliş sentyabrın 5-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.