Gündəm 07.09.2023 16:19

İran – İslam düşmənlərinin dəyirmanına su tökən rejim – TƏHLİL

İrandakı rejim islam və məzhəbdən panfarsçı siyasi ambisiyasını həyata keçirmək üçün istifadə edir. Panfarsizm və fars şovinizminin əsasında isə türk və ərəb düşmənçiliyi durur. Deməli, bu rejim İran mərkəzli fars düşüncə sistemi ilə öz hikkəsini yeritmək məqsədilə müsəlman dünyasının birliyinə qarşı çıxır. Din daxilində təfriqə yaradır. Bu həm də İrandakı rejimin islam tarixində baş verən hadisələrdən öz siyasi məqsədləri üçün şou düzəltdiyi anlamına gəlir. İslamla heç bir əlaqəsi olmayan məsələləri din adından təqdim edib onu gözdən salmaqla İrandakı rejim ilk növbədə islam düşmənlərinin dəyirmanına su tökür. Tehran rejimi nümayəndələrinin fəaliyyəti və çıxışları bu mülahizələrimizi təsdiqləyir.

Deməli, Güney Azərbaycanın Ərdəbil əyaləti var. Bu bölgənin mərkəzi şəhəri Ərdəbildir. Bu şəhər vaxtilə Azərbaycanın, Səfəvilərin qurduğu imperiyanın siyasi-ideoloji mərkəzi olub. İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin bu əyalət üzrə nümayəndəsi höccətülislam Seyid Həsən Amilidir. Rejimin bu din xadimi Azərbaycana qarşı çıxışları ilə məşhurdur. O, vaxtilə Azərbaycanın Qarabağı heç vaxt işğaldan azad edə bilməyəcəyini iddia edirdi. Amili onda deyirdi ki, Azərbaycanın bu torpaqları işğaldan azad etməyə “qüdrəti və mənəvi gücü çatmaz” və s. O, Qarabağ işğaldan azad edildikdən sonra Allahşükür Paşazadənin “Xaməneinin fətvası” haqqında dediyi yalanı təsdiqləyib. Onda Paşazadə iddia etmişdi ki, guya Xamənei Qarabağın işğaldan azad edilməsi ilə bağlı fətva verib. Amili də iddianı saxtakarcasına təsdiqləyirdi. Bu fətvanın yalan olduğu təsdiqləndi. İslam dinində yalanın cəzası və günahı böyükdür. Yalan həm də bütün fitnə-fəsadların əsasını təşkil edir. Bu baxımdan Amili Azərbaycana qarşı həmişə yalan danışıb. Yeri gəlmişkən, türk, azərbaycanlı kimi təqdim edilən Amili əslində livanlıdır. Vaxtı ilə babaları oradan Ərdəbilə köç edib. İndi də özünü türk kimi qələmə verir. İrandakı rejimin bu nümayəndəsi islam dini daxilində parçalanmanı dərinləşdirən çıxışları ilə seçilib. Xüsusilə Azərbaycanla Türkiyə arasında qarşıdurma yaratmaq məqsədilə təbliğat aparıb. Belə çıxışların birini də ötən gün edib.

Sentyabrın 6-da İmam Hüseynin şəhadətinin rəmzi 40-cı günü qeyd edilib. Seyid Həsən Amili tarixi hadisələri təhrif edərək Azərbaycan və Türkiyə arasında məzhəb ixtilafını qızışdırmağa çalışıb. O, Şah İsmayılın Anadolu müftiləri tərəfindən təhqir olunduğunu iddia etməklə rejimin məzhəbçiliyini gücləndirməyə və təbliğ etməyə çalışıb. Əslində Şah İsmayılla Sultan Səlim arasında baş verənlərin indiki zamana heç bir aidiyyəti yoxdur. 500 illik məsələni təhrif edilmiş şəkildə yada salmağa çalışan Amilinin məqsədinin heç də xoşməramlı olmadığı sirr deyil. O, bununla Azərbaycanla Türkiyə arasında “bir millət, iki dövlət” münasibətinin üzərinə kölgə salmağa, yaxud bu qardaşlığa, əməkdaşlığa zərbə vurmağa çalışır. Çünki fars şovinizmi Azərbaycanla Türkiyənin əlaqələrinin genişlənməsi, güclənməsinə qarşıdır. Zəngəzur dəhlizi ilə bağlı bu ölkə rəsmiləri, siyasiləri, mediasının açıqlamaları bunu təsdiqləyir. Bu layihəni “türk dəhlizi”, “Turan yolu” adlandırmaqla İran rejimi türklərə qarşı olduğunu gizlədə bilməyib. “İmamın 40-ı” tədbirləri günü Şah İsmayılla Sultan Səlim münasibətlərini yada salmaq xainin xofundan xəbər verir. Həsən Amili bununla Tehran rejiminin yalançı və saxtakar olduğunu da isbatlayıb.
İran Prezidenti İbrahim Rəisi sentyabrın 6-da bu günlə bağlı çıxışında deyib: “Əgər Hüseynin (ə.s) qiyam etdiyini anlamaq istəyirsinizsə, onun dinini islah etmək üçün ayağa qalxdığını bilməlisiniz”. O, islamın iki böyük məzhəbindən bəhs edərək vurğulayıb ki, sünni və şiələrin birliyi inkişafa müsbət təsir edər. Düzdür, Rəisi də bu çıxışında fürsətdən istifadə edərək etiraz aksiyalarını pisləyib. Yəni Xaməneinin nümayəndəsi Həsən Amili və onun xeyir-duası ilə prezident olan Seyid İbrahim Rəisi “İmamın 40-ı” mərasimi ilə İran rejiminin, deməli, panfarsizmin siyasi-ideoloji təbliğatını aparıb.

İranda “İslam Respublikası” adlanan rejimin konstitusiyası, Əsas Qanunu da İslam dini daxilində məzhəb ayrı-seçkiliyi edir. Həmin qanuna əsasən, yalnız onların təbliğ etdiyi məzhəbin nümayəndələri hakimiyyətdə təmsil oluna bilər. Bu, məzhəb adı ilə həyata keçirilsə də, əslində şovinist yanaşmadır. Odur ki, İran hakimiyyətinin təbliğ etdiyi din insanlar arasında diskriminasiyanı genişləndirir. Bu rejim islam daxilində hikkəli, müştəbeh, özündənrazı “dindar”a oxşayır. Belə əməllər isə küfr və günahdır. Allah anlayanları bağışlasın!

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO