Gündəm 08.09.2023 17:59

Gizli səfərbərlik kampaniyası – İrəvanın müharibə istəyi – TƏHLİL - VİDEO

Ermənistanda elan olunmayan səfərbərlik başlayıb. Baş verən hadisələrə, rəsmilərin çıxışlarına əsasən demək olar ki, bu işğalçı ölkə Azərbaycana qarşı yeni təxribatlara, döyüşlərə hazırlaşır. Bunu rəsmi İrəvanın açıqlamaları və ölkə KİV-nin yaydığı məlumatlar da təsdiqləyir. Ermənistanda ehtiyatda olan birinci və ikinci qrupa daxil olan hərbçilərin – sıravi, gizir və zabit heyəti təlimə çağırılır. Onlar motoatıcı, rabitə, artilleriya, mühəndis, kəşfiyyat sahələri üzrə əsgər və yüksək rütbəli zabitlərdir.

Yerli mediada bu vəziyyətlə bağlı ehtiyatda olan hərbçilərin çağırış məntəqəsinə toplanışına dair video yayılıb. Həmin videoda yaxınları onları alqışlayır, xidmətə yola salırlar. Hərbçilərin silah, sursat, ərzaq çantası ilə birgə görüntüləri də əks olunur. Hərbçilərin sifətindəki üzüntüdən isə onların əzab çəkdiyi və həyəcanının çox olduğu görünür. Çünki ehtiyatda olan hərbçiləri təlim-məşq toplantısına adətən belə silah-sursat, ərzaqla dolu çanta ilə göndərmirlər. Bu, döyüşə, cəbhəyə gedən hərbçi təsirini bağışlayır.

Ermənistan Müdafiə Nazirliyi isə uydurma bəyanatlarla müharibəyə və təxribata hazırlaşdığını gizlətməyə çalışır. Mütəxəssislər hesab edirlər ki, Ermənistan ehtiyatda olan sıravi, gizir və zabitləri təlim-məşq toplantısına çağırış adı altında gizli səfərbərlik kampaniyasına başlayıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonları işğal altında olanda da ermənilər yeni ərazilər işğal etməyə hazırlaşırdılar. Onda Ermənistan rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlar verirdilər. 2019-cu ilin martında ölkənin ovaxtkı müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “Qarabağ münaqişəsi”nin nizamlanması məsələsini şərh edərkən demişdi: “Mən “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür”.

O, Ermənistanın hücum bölmələrinin sayını artıracaqlarını vurğulayaraq demişdi: “Biz bu “xəndək vəziyyəti”ndən, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”.

 

Tonoyanın bu açıqlamasından sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonuna hücuma keçmişdi. Onların yeni ərazilər tutmaq fəaliyyətinə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də əks-həmlə əməliyyatı ilə cavab verdi…

Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransanın İrəvandakı səfiri Olive Dekotini ilə görüşü də onların müharibəyə başlamaq ovqatından xəbər verir. Məlum olduğu kimi, rəsmi Paris Ermənistanı hərbi və siyasi cəhətdən dəstəkləyir. Bu baxımdan, nazirin səfirlə görüşü rəsmi İrəvanın atacağı addıma beynəlxalq aləmdə haqq qazandırmaq məqsədi də daşıya bilər. Bundan başqa, Suren Papikyanın Kiprin yunan hissəsinə səfərinin də təhlükəsizlik baxımından təxirə salındığına dair xəbərlər yayılıb. Səfərin reallaşmaması Ermənistanın daha böyük təxribata başlayacağını deməyə əsas verir.

Hökumətin rəsmi internet resursu sayılan “Baqramyan26”nın anonsları da müharibəni qızışdırmağa hesablanıb. Bu media subyekti “Rusiya sülhməramlılarının məsuliyyət zonasında humanitar fəlakət”, “blokada”, “aclıq” və s. kimi ifadələrlə əhalini müharibəyə səsləyir.

“France24” kanalı da bu məsələdə Ermənistanın hay-küyünə “züy tutur”.

Son günlər İrəvanın Moskva ilə münasibətlərində yaranan gərginlik isə müharibənin, yaxud təxribatın başlayacağına daha bir işarədir. Çünki Azərbaycanla Ermənistan arasında atəşkəsin təminatçısı sülhməramlı missiyasına görə məhz Rusiyadır. Müharibəyə hazırlaşmaq və ya onu başlmaq üçün rəsmi İrəvan Moskva ilə münasibətləri pozaraq 2020-ci il 10 noyabr bəyanatından çıxmaq istəyir. Bununla da revanşist niyyətini reallaşdırmağı hədəfləyir.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO