Gündəm 11.09.2023 20:03

Xocalı faciəsi hansı soyqırımının təkrarı idi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı olub.

O, doğulub boya-başa çatdığı Amasiya rayonunun Qaraçanta kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycanın hər bir dilbər guşəsi kimi Amasiya rayonu da əzizdir, doğma el-obadır: “Bizim rayonumuz Türkiyə ilə sərhəd idi. Kəndimizdəki yüksəkliklərdən baxanda Türkiyənin Qars bölgəsinin yaşayış məntəqələri aydın görünürdü. Kəndimizin adı əvvəl Qaraçanta olub. Lakin sonradan bu ad dəyişdirilib, Əzizbəyov adlandırılıb. Kəndimizin təbiətini, özünəməxsus soyuq iqlimini, insanlarımızı, adət-ənənələrimizi indi də ruhumda yaşadır, xoş hisslərlə xatırlayıram. Əsasən uşaqlıq illərimin keçdiyi o el-oba, evimiz, yurd yerimiz hər zaman mənim üçün doğmadır, əzizdir”.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən söhbət açan T.Rüstəmxanlı deyib ki, ata babası Cəfər kişi türk qızı ilə evləndiyi üçün o dövrdə daim təzyiqlərlə üzləşib, həbs edilərək sürgünə göndərilib: “Ata nənəm Şahnisə xanım türk qızı idi. Onun bütün ailəsi, valideynləri Qarsda yaşayırdılar. Babam Cəfər kişi Şahnisə xanımla evlənəndən sonra daim təqib olunub, təzyiqlərlə üz-üzə qalıb. Bir müddət sonra ona şər atıblar ki, guya Türkiyədəki qohumlarımızdan biri gecə ilə kəndimizə gəlib, orada yanğın törədib, kolxozun mülkünə ziyan vurub, sonra da geri qayıdıb. Bu cür saxta, heç bir dəlil-sübutu olmayan ittihamla Cəfər babamı həbs edib sürgünə göndəriblər, orada da öldürüblər. Babamın sürgünündən sonra Şahnisə nənəm böyük məşəqqətlərə məruz qalıb. Ana babam Əlibəy də İrəvanın sayılıb-seçilən insanlarından olub. Onu da 1937-ci ilin repressiya illərində həbs edərək öldürüblər, həyat yoldaşını – nənəmi sürgün ediblər. Anamı öz anasından ayıranda onun cəmi yeddi yaşı olub. Deyirdi ki, anam məndən ayrılmaq istəmirdi, əlləri ilə əllərimi möhkəm sıxdığından dırnaqları ovcumun içinə batmış, iz qoymuşdu. Sonralar anam öz anasını hər dəfə xatırlayanda əllərini ovuşdurur, sanki, o səhnələri yenidən yaşayır, ağrı-acını daim ürəyində hiss edirdi. O vaxt anamı və bacı-qardaşlarının hərəsini bir uşaq evinə veriblər. Sonradan böyük xalam ailənin qalan üzvlərini ətrafına toplayıb, onlara sahib çıxıb. Şahnisə nənəmin sağlığında çox çalışdıq ki, onu Türkiyədə yaşayan bacı-qardaşları ilə görüşdürək. Lakin 1970-ci illərdə bu, çox çətin idi. Aidiyyəti dövlət qurumlarına müraciət etdik, icazə sənədi almaq üçün illərlə gözlədik. Şahnisə nənəmi bacı-qardaşının həsrəti öldürdü. Nənəmin vəfatının yeddinci günündə icazə sənədini bizə təqdim etdilər. Nənəmə qismət olmadı doğmalarını görmək, amma atamı yolladıq gedib qohumlarımızla görüşdü”.

T.Rüstəmxanlı deyib ki, ermənilər tarixi yaddaşımızı silmək üçün Qərbi Azərbaycan türklərinə böyük faciələr yaşadıblar: “Nənəm danışırdı ki, qulağıkəsik Andranikin quldur dəstələri Amasiyada kəndlərimizi talan edib, insanlığa qarşı böyük vəhşiliklər törədiblər. Biz bu vəhşiliyin nümunəsini 1992-ci ildə Xocalı soyqırımında gördük. Ermənilər Xocalıda azərbaycanlılara qarşı hansı vəhşilikləri etmişdilərsə, 1918-ci ildə də onun eynisini ediblər. 1988-ci il hadisələrində azərbaycanlı uşaqları dəmir borulara salıb ağzını qaynaqlayıb qətlə yetiriblər. Dinc insanlarımıza çoxsaylı işgəncələr veriblər, onları öz el-obasından didərgin salıblar”.

T.Rüstəmxanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyətindən, Qərbi Azərbaycan İcmasının və onun Amasiya rayon icmasının fəaliyyətindən də söhbət açıb. Mənəvi gücün və dayağın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev Qərbi azərbaycanlıların Vətənə qayıtmaq ümidini artırıb. T.Rüstəmxanlı deportasiya olunmuş qadınların hüquqlarına dair Avropada konfrans keçirəcəklərini də dilə gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 11-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO