Siyasi 27.09.2023 19:40

Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv edib? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə indiki Ermənistan adlanan ərazidə məkrli siyasətlə izi itirilən Seyidli-Axsaxlı mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilərin düşmənşilik toxumu səpdiyi mahal” adlı süjetdə Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan adlanan əraziyə ermənilərin havadarları tərəfindən gətirildiyi, burada yaşayan əzəli sakinlərin – azərbaycanlıların ata-baba yurdlarından sıxışdırıb çıxarıldığı, daşnakların tarixən xalqımıza qarşı düşmənçilik hissi ilə yaşadığı vurğulanır.

Bildirilir ki, İrəvan xanlığının 15 mahalından biri olan Seyidli-Axsaxlının zəngin coğrafiyası olub. Talın mahalının sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edib. Mahalın adı iki türk tayfasının seyidli və axsaxlı adını əks etdirir və etnotoponimdir. Mərkəzi Uşi, yəni Üşü olan bu mahalın cəmi 20 kəndindən 11-i Seyidli tayfasına, 9-u isə Axsaxlı tayfasına məxsus olub.

Qeyd olunur ki, 1828-ci ildə İrəvan xanlığı ləğv edildikdən sonra Seyidli-Axsaxlı mahal da ləğv olunub: “Alagöz dağının әtәyindә azәrbaycanlıların yaşadığı bu ərazidən bütün әhali 19 әsrin ortalarında başlayaraq sıxışdırılıb çıxarılıb. Bura Türkiyә vә İrandan gәlmә ermәnilәr yerlәşdirilib. Mahalın ərazisi param-parça edildikdən sonra 1918-ci ildә ermәni-daşnak qüvvәlәri tərəfindən buranın әhalisi zorla qovulub. Bölgədə sovet hakimiyyəti qurulandan sonra әhalinin bir hissәsi geri qayıdaraq yaşadıqları kәnd və yurd yerlərini bәrpa edib. Mahalı ərazisində 1930-cu il sentyabrın 9-da Әştәrәk bölgəsi yaradılıb. 1950-ci ildə isə Əştərək lәğv edilib. Nəhayət, 1988-ci ildə ermәnilәr azərbaycanlıları mәcburәn oradan çıxarıblar. Hazırda Seyidli-Axsaxlı mahalının ərazisi indiki Araqasotn və Ararat vilayətlərinin keçmiş Əştərək, Talin, Abaran rayonlarının həmsərhəd ərazisi hesab olunur”.

Süjetdə diqqətə çatdırılır ki, “dənizdən-dənizə, böyük Ermənistan” yaratmaq iddiası ilə yaşayan, tarixən müəyyən dairələrinin əlində türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilən ermənilər qədim oğuz ellərini – bu gün Ermənistan adlanan ərazini özününkü sayıraq düşmənşilik toxumu səpməklə məşğul olur: “Lakin bu yerlərin çürük yox, saf toxuma ehtiyacı var. Əminik ki, qədim oğuz yurdunun sakinləri doğma yurd-yuvalarına qayıtmaqla ermənilərin düşmənçilik toxumun kökü birdəfəlik kəsiləcək, Qərbi Azərbaycan sülh-əmin-amanlıq məkanına çevriləcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 21-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO