Müsahibə 21.09.2023 20:09

“İrəvan- tariximizin məbədidir” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində ilk buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova olub.

O, indiki Ermənistan ərazisi ilə bağlı çoxsayda araşdırmalar apardığını, Qərbi Azərbaycanın strateji məkan kimi mühüm anlam daşıdığını, indiki Ermənistanda mövcud olan Azərbaycan toponimləri ilə bağlı interaktiv xəritə portalı yaratdığını bildirib.

Onun sözlərinə görə, ermənilər həmişə tarixi saxtalaşdırıblar və özlərini dırnaq içində ən qədim xalq kimi qələmə veriblər: “Bunların hamısı uydurmadır. Son dövrlərdə Qərbi Azərbaycan, İrəvan haqqında yeni tarixi həqiqətlər  üzə çıxır. Bu tarixi torpaqlarımızdı, biz İrəvana qayıtmalıyıq. İrəvan tariximizin məbədidir. Ermənistanın ilk xristiyan ölkəsi olmadığına dair inanılmaz dəlil tapılıb. Arxeologiya sübut edir ki, qədim vaxtlardan ermənilər müasir Ermənistanın ərazisində yaşamayıblar”.

Nadir Şahın sevdiyi almazın erməni tacir tərəfindən II-ci Yekaterinaya satıldığını və bu vəsaitə erməni kilsəsi tikildiyini söyləyən Ş.Həsənova araşdırmalarında ermənilərin etnik təmizləmə, oğuz-türk izlərinin itirilməsi siyasəti barədə yeni faktlara rast gəldiyini, bu istiqamətdə   yerevanqala500.com və West-land.az saytları yaratdığını və 10 bədii film hazırladığını diqqətə çatdırıb.

Professor Ermənistan hakimiyyətinin indi ölkədəki demoqrafik vəziyyətdən ciddi şəkildə narahat olduğunu, məhz buna görə onlar Qərbi azərbaycanlıların doğma yurda qayıdışının təmin olunmasını istəmədiklərini deyib, Qərbi azərbaycanlıların Vətənə qayıdışının reallığa çevrilməsi üçün aparılan bugünkü siyasəti yüksək qiymətləndirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 21-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 21.09.2023 20:09
“İrəvan- tariximizin məbədidir” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm / 21.09.2023 17:11
PA-dan Yevlax görüşü barədə AÇIQLAMA
Siyasi / 21.09.2023 17:00
Qarabağın erməni sakinlərinə müraciət: “Azərbaycan dövləti təhlükəsizliyinizə təminat verir” - VİDEO
Siyasi, Təhlil / 21.09.2023 16:25
Qarabağda kəsilən atəş səsləri – ümidlər, gözləntilər – TƏHLİL
Gündəm / 21.09.2023 14:16
Görüş bitib və ermənilər Yevlaxı tərk ediblər - VİDEO
Hadisə, Maraqlı / 20.09.2023 20:03
Ermənilər Qafanda azərbaycanlılara niyə çörək verməyiblər? - VİDEO
Dünya, Təhlil / 20.09.2023 16:39
Birgünlük antiterror tədbiri – mat olan erməni havadarları – TƏHLİL - FOTO
Hadisə / 20.09.2023 14:29
Ermənilər 36 il sonra Qafanda törətdikləri cinayəti etiraf etdi – ANONS
Hərbi / 20.09.2023 13:13
Antiterror tədbirlərinin davam etməsi ilə bağlı daha bir brifinq - VİDEO
Gündəm / 20.09.2023 13:06
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş olacaq
Gündəm, Hərbi / 20.09.2023 10:03
Müdafiə Nazirliyinin növbəti brifinqi - VİDEO
Hərbi / 19.09.2023 19:06
Müdafiə Nazirliyinin antiterror tədbirləri ilə bağlı brifinqi - VİDEO
Mətbuat / 19.09.2023 18:39
Baku TV “Azerspace” peykində yayıma başladı
Gündəm / 19.09.2023 17:50
Ermənilərə çağırış: “Övladlarınızı mənasız ölümdən xilas edin” - VİDEO
Gündəm, Hərbi / 19.09.2023 17:20
Dörd qurum birgə mətbuat konfransı keçirib - VİDEO
Təhlil / 19.09.2023 17:17
Məhbus mübadiləsinin sirri – TƏHLİL
Gündəm, Siyasi / 19.09.2023 17:00
Paşinyan danışdı: “Hazırda Ermənistanın sərhədlərində sakitlikdir”
Gündəm, Hərbi / 19.09.2023 16:48
Qarabağda lokal antiterror tədbirləri ilə bağlı brifinq - VİDEO
Gündəm / 19.09.2023 16:23
Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə növbəti çağırış - VİDEO
Gündəm / 19.09.2023 13:47
Qarabağda yaşayan erməni sakinlərinə çağırış - VİDEO
Müsahibə, Video müsahibə / 18.09.2023 20:12
“Qovulduğumuz üçün nə evimizi dəyişə bildik, nə də əşyalarımızı götürə bildik” - FOTO - VİDEO
Mədəni / 17.09.2023 19:58
Üzərində Göytürk yazısı olan Haqqıxlı xalçası - FOTO - VİDEO
Maraqlı, Mədəni / 16.09.2023 20:01
Göyçə mahalının aranı hesab edilən Pəmbək kəndi - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 15.09.2023 19:54
“Harada pul varsa, ora erməni üçün vətəndir”y - FOTO - VİDEO
Hadisə, Müsahibə, Sosial / 15.09.2023 13:01
“Urud camaatını tövləyə yığıb yandırmaq istəyirdilər” – ANONS
Dünya, Siyasi / 15.09.2023 09:29
Moskva və Pxenyanın əməkdaşlığı gücləndirmək istəyi – TƏHLİL - FOTO