Müsahibə 25.09.2023 20:36

“Ermənilər xristian türklərin abidələrini mənimsəyiblər” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi araşdırmaçı Sabutay Hacıyev olub.

O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndindən, məktəb illərindən, uşaqlıq və yeniyetməlik xatirələrindən söhbət açıb. “Qərbi Azərbaycan mənim üçün qibləgahdır, ürəyimdə yaşatdığım Vətən həsrətidir”, – deyən müsahib Göyçənin təbiətinin gözəlliyini sözlə tam ifadə etməyin qeyri-mümkün olduğunu vurğulayıb. Bildirib ki, Nərimanlı kəndi ərazisində Qafqaz Albaniyası dövrünə məxsus qəbiristanlıq, tarixi abidə olub. Onun sözlərinə görə, ermənilər zaman-zaman saxtakarlıq edərək, xristian türklərə məxsus olan bu abidələri mənimsəyiblər.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan S.Hacıyev qeyd edib ki, onların ailəsi iki dəfə deportasiyaya məruz qalıb: “Ata və ana babamgilin ailələri 1948-1953 cü ilin deportasiyasında Qərbi Azərbaycandan didərgin düşüblər. Onlara rəsmi sənəd kimi adi bir köç vərəqi təqdim olunub. Bunun ardınca onlar Azərbaycanın aran rayonlarına köçürülüblər. Lakin bir müddət sonra yenidən doğma el-obalarına qayıdıblar. Böyüklərimiz danışırdılar ki, ötən əsrin 1905, 1918-ci il deportasiya və qətliamlarında soydaşlarımız daha böyük faciələrə mərzu qalıblar. Göyçədə sümük tökülən dərəsi adlandırılan bir ərazi var idi. Yaşlı nəsillər deyirdilər ki, ötən əsrin əvvəllərində azəraycanlılar deportasiya ediləndə bu ərazidə çovğuna düşüb kütləvi şəkildə həlak olublar. Yay aylarında həmin dərənin aşağısına doğru hərəkət edəndə orada çoxsaylı insan sümüklərinə rast gəlinirdi. Sonuncu dəfə isə deportasiya mənim yeniyetməlik dövrümə təsadüf edib. 1988-ci ildə ermənilər Basarkeçər kəndlərinin rayon mərkəzi ilə bütün əlaqələrini kəsmişdilər. Yaşayış məntəqələrinə erməni hücumları olduğu üçün gecələr kəndlərin girişində kişilər növbə çəkirdilər. Məcburiyyət qarşısında qalıb bir müddət sonra kəndimizi tərk etdik. Gecə saat 2-3 radələrində ermənilər köç karvanının qarşısını kəsib bizə hücum etdilər. Həmin vaxt orada böyük münaqişə yarandı. Belə çətinliklərlə üzləşə-üzləşə Azərbaycana gəlib çatdıq”.

S.Hacıyev deyib ki, 1988-ci il hadisələrində azərbaycanlılar Qərbi Azərbaycandan tamamilə deportasiya edildikdən sonra ermənilər orada yaşayan digər xalqların nümayəndələrinə də eyni münasibəti göstəriblər: “Basarkeçər rayon mərkəzindəki 3 nömrəli rus məktəbində orta təhsil alırdım. Mənimlə eyni sinifdə rus, yunan, alman, ukrain, belarus və kalmıklar da təhsil alırdılar. Eyni zamanda bu millətləri təmsil edən, müxtəlif fənlərdən bizə dərs deyən müəllimlərimiz də var idi. 1988-ci ildə azərbaycanlılar deportasiya olunandan sonra qeyd etdiyim xalqların mümayəndələri də çoxsaylı təzyiq, təhdid, hədə-qorxu və fiziki zorakılıqlarla üzləşiblər. Məcburiyyət qarşısında qalıb Qərbi Azərbaycanı tərk ediblər. Sinif yoldaşlarım və müəllimlərimin bəzisi ilə sonradan internet üzərindən əlaqəm yarandı. Söhbət zamanı bildirirdilər ki, ermənilər onların uşaqlarını oğurlayıb, qarşılarını kəsib döyüb, yaşadıqları binaların girişində partlayışlar törədiblər. Elə bu kimi hadisələrə görə 1988-ci il hadisələrində Qərbi Azərbaycanı tərk etmək məcburiyyətində qalan yalnız slavyan mənşəli sakinin sayı iki mindən çox idi. Ümumiyyətlə, ermənilərdə digər xalqlara qarşı böyük kin və nifrət var”.  

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 25-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 25.09.2023 20:36
“Ermənilər xristian türklərin abidələrini mənimsəyiblər” - FOTO - VİDEO
Sosial / 24.09.2023 19:41
Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? - FOTO - VİDEO
Sosial / 23.09.2023 20:03
Dərələyəzdəki abidəni ermənilər niyə bərpa etmədi? - FOTO - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 22.09.2023 20:00
“Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” - VİDEO
İdman, Təhlil / 22.09.2023 17:21
Hikkəli norveçli müəllimlə bağlı xatirə – “Qarabağ”ın təntənəsi – TƏHLİL
Maraqlı, Sosial / 22.09.2023 13:45
“Vətən həsrəti ağır dərddir” – Nazirə Dəmirçiyevanın həyat hekayəsi – ANONS - VİDEO
Müsahibə / 21.09.2023 20:09
“İrəvan- tariximizin məbədidir” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm / 21.09.2023 17:11
PA-dan Yevlax görüşü barədə AÇIQLAMA
Siyasi / 21.09.2023 17:00
Qarabağın erməni sakinlərinə müraciət: “Azərbaycan dövləti təhlükəsizliyinizə təminat verir” - VİDEO
Siyasi, Təhlil / 21.09.2023 16:25
Qarabağda kəsilən atəş səsləri – ümidlər, gözləntilər – TƏHLİL
Gündəm / 21.09.2023 14:16
Görüş bitib və ermənilər Yevlaxı tərk ediblər - VİDEO
Hadisə, Maraqlı / 20.09.2023 20:03
Ermənilər Qafanda azərbaycanlılara niyə çörək verməyiblər? - VİDEO
Dünya, Təhlil / 20.09.2023 16:39
Birgünlük antiterror tədbiri – mat olan erməni havadarları – TƏHLİL - FOTO
Hadisə / 20.09.2023 14:29
Ermənilər 36 il sonra Qafanda törətdikləri cinayəti etiraf etdi – ANONS
Hərbi / 20.09.2023 13:13
Antiterror tədbirlərinin davam etməsi ilə bağlı daha bir brifinq - VİDEO
Gündəm / 20.09.2023 13:06
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş olacaq
Gündəm, Hərbi / 20.09.2023 10:03
Müdafiə Nazirliyinin növbəti brifinqi - VİDEO
Hərbi / 19.09.2023 19:06
Müdafiə Nazirliyinin antiterror tədbirləri ilə bağlı brifinqi - VİDEO
Mətbuat / 19.09.2023 18:39
Baku TV “Azerspace” peykində yayıma başladı
Gündəm / 19.09.2023 17:50
Ermənilərə çağırış: “Övladlarınızı mənasız ölümdən xilas edin” - VİDEO
Gündəm, Hərbi / 19.09.2023 17:20
Dörd qurum birgə mətbuat konfransı keçirib - VİDEO
Təhlil / 19.09.2023 17:17
Məhbus mübadiləsinin sirri – TƏHLİL
Gündəm, Siyasi / 19.09.2023 17:00
Paşinyan danışdı: “Hazırda Ermənistanın sərhədlərində sakitlikdir”
Gündəm, Hərbi / 19.09.2023 16:48
Qarabağda lokal antiterror tədbirləri ilə bağlı brifinq - VİDEO
Gündəm / 19.09.2023 16:23
Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə növbəti çağırış - VİDEO
Gündəm / 19.09.2023 13:47
Qarabağda yaşayan erməni sakinlərinə çağırış - VİDEO