Sosial 03.10.2023 19:52

Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Gənc qız saxta erməni tarixini biabır etdi” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə gənc erməni araşdırmaçı Ani Hakopyanın Ermənistanda azərbaycanlıların tarixi haqqında yazdığı  məqaləsində obyektiv olmağa çalışmasına, 1441-ci ildə Üçkilsəyə sığınan, tədricən erməni millətçiliyi və şovinizminin mərkəzi olan Katolikosların uydurduğu, nağılçı tarixçilərin yalanları ilə deyil, gerçəyi çatdırmaq istəyinə yer verilir.

Qeyd olunur ki, 1441-ci ildə, xaç yürüşlərinə dəstək vermiş erməni kilsəsi öz varlığını II Muraddan qorumaq üçün Qaraqoyunlu dövlətinin hakiminin – Cahan şahın qanadının altına sığınır. Erməni kilsə mərkəzinin Qafqaza köçürmək üçün bütün imkanlardan istifadə edərək (1436-1467) Cahan şahdan icazə almağa müyəssər olur.

Araşdırmaçı azərbaycanlılara qarşı Ermənistanda törədilənləri qələmə alsa da, saxta erməni tarixçilərinin qurbanı kimi uydurma tarixi də təqdim edir, XIX əsrdən başlayan erməni millətçiliyi praktik fəaliyyəti ilə Qərbi Azərbaycanda oğuz türklərinin sayının azalmasını, tarixi gerçəkliyi səmimiyyəti ilə etiraf edir: “Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində çox sayda azərbaycanlı yaşayırdı. Qarabağ müharibəsindən sonra yaranmış gərgin Ermənistan-Azərbaycan vəziyyəti nəticəsində azərbaycanlı icması Ermənistan ərazisini tərk edib. XIX əsrin əvvəllərində azərbaycanlılar və tatarlar Ermənistan əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər. XX əsrdə Ermənistanda tarix boyu yaşayan azərbaycanlılar ayrı-seçkiliyə məruz qalmağa başladı”.

Verilişdə diqqətə çatdırılır ki, bu, ifadələr əslində yalan dastanlar danışan tarix müəllimlərinə və tarixçilərə bir erməni qızının vurduğu solaxay şillədir.

Sonda vurğulanır ki, erməni xəstəliyindən, faşist ideologiyadan qurtulmaq yolu ilə yalnız Ani  Hakopyan kimi gənclər insan kimi yaşaya bilərlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 3-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. 

 

 

XƏBƏR LENTİ
Sosial / 03.10.2023 19:52
Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - FOTO - VİDEO
Təhlil / 03.10.2023 15:23
BMT-də baş tutmayan erməni yalanı – TƏHLİL
Müsahibə, Video müsahibə / 02.10.2023 20:00
“Sülh müqaviləsindən sonra Qərbi Azərbaycana qayıdış mütləqdir” - VİDEO
Sosial / 30.09.2023 20:00
Cildən gətirilən “qara daş”ın möcüzəsi
Hadisə, Maraqlı, Sosial, Təhlil, Video müsahibə / 29.09.2023 19:48
“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”
Sosial / 29.09.2023 13:31
“Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəyik” – ANONS
Video müsahibə / 29.09.2023 00:37
Sovet vaxtı azərbaycanlıların soyqırımını əks etdirən 36 cild toplanıb - FOTO - VİDEO
Dünya, Siyasi / 28.09.2023 19:40
Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq - FOTO - VİDEO
Siyasi / 28.09.2023 12:01
Tatoyan Qərbi Azərbaycan haqqında faktları niyə danır? – ANONS - VİDEO
Siyasi, Sosial / 27.09.2023 19:40
Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 27.09.2023 13:23
İki türk tayfasının adını daşıyan mahal – ANONS
Gündəm, Hərbi / 27.09.2023 12:15
Anım günü ilə bağlı ikinci Şəhidlər xiyabanı ziyarət olunur - FOTO
Gündəm, Hərbi / 27.09.2023 12:01
Vətən müharibəsi şəhidlərinin xatirəsi sükutla yad edilib
Hərbi / 27.09.2023 11:13
Şəhid olmuş hərbi qulluqçularımızın SİYAHISI
Gündəm, Hərbi / 27.09.2023 00:02
Bu gün Vətən müharibəsinin başlamasından 3 il ötür
Siyasi, Sosial / 26.09.2023 19:59
Erməni qızlarından etiraf: “Azərbaycana qarşı haqsızlıq edilib” - FOTO - VİDEO
Siyasi, Sosial / 26.09.2023 14:11
Erməni qızlardan Azərbaycan etirafı – ANONS - VİDEO
Müsahibə / 25.09.2023 20:36
“Ermənilər xristian türklərin abidələrini mənimsəyiblər” - FOTO - VİDEO
Sosial / 24.09.2023 19:41
Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? - FOTO - VİDEO
Sosial / 23.09.2023 20:03
Dərələyəzdəki abidəni ermənilər niyə bərpa etmədi? - FOTO - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 22.09.2023 20:00
“Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” - VİDEO
İdman, Təhlil / 22.09.2023 17:21
Hikkəli norveçli müəllimlə bağlı xatirə – “Qarabağ”ın təntənəsi – TƏHLİL
Maraqlı, Sosial / 22.09.2023 13:45
“Vətən həsrəti ağır dərddir” – Nazirə Dəmirçiyevanın həyat hekayəsi – ANONS - VİDEO
Müsahibə / 21.09.2023 20:09
“İrəvan- tariximizin məbədidir” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm / 21.09.2023 17:11
PA-dan Yevlax görüşü barədə AÇIQLAMA
Siyasi / 21.09.2023 17:00
Qarabağın erməni sakinlərinə müraciət: “Azərbaycan dövləti təhlükəsizliyinizə təminat verir” - VİDEO