Təhlil 03.10.2023 15:23

BMT-də baş tutmayan erməni yalanı – TƏHLİL

Son illərin və günlərin hadisələri erməni “tarixi”nin necə yarandığını bir daha sübuta yetirdi. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra burada yer adlarını dəyişib, izi itirmək üçün tarixi-mədəni abidələri dağıdıb, bunun ardınca əraziyə müxtəlif yerlərdən erməniləri köçürüb. Ardınca da, bu ərazilərin ermənilərə “aid olduğuna dair” cəfəng kampaniyaya başlayıb.

Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edəndə isə onlar bunu dünya ictimaiyyətinə “etnik təmizləmə”, “soyqırımı” kimi sırımağa çalışırlar. Həmin ərazilərin ermənilərə məxsus olmadığını təsdiqləmək üçün elə uzaq keçmişə nəzər salmağa ehtiyac yoxdur. Ermənilər Azərbaycan torpaqlarına yerləşdiriliblər. Bu, Rusiyanın Cənubi Qafqazdakı bir layihəsi idi…

Rəsmi Bakının icazəsi olmadan qanunsuz olaraq sonradan Azərbaycan torpaqlarında məskunlaşma aparmaq isə cinayətdir. Yəni ermənilər bu torpaqlarda qaçaq yaşayıb və bu müddətdə cinayət törədiblər. Əslində, buna görə onların hər birinə cinayət işi başlanması daha məntiqli olardı. Ancaq bu, edilməyib. Ona görə bunu özünəməxsus humanist jest saymaq olar.

Ermənilərin saxta soyqırımı tarixinin yaranma mexanizmi də ifşa olundu.

İndi ermənilər və ya onlarla birlikdə Qarabağdan könüllü köç edənlər “etnik təmizləmə”, “soyqırımı” iddiaları ilə hay-küy salıb, beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı qaldırmağa səy göstərirlər. Təsəvvür edin, 50 ildən sonra bu etnik qrupun nümayəndələri indi hazırladıqları saxta “tarixi faktlara” əsasən, 2020 və 2023-cü illərdə guya başlarına gələnlərin “xronikasını” təqdim edib, “məzlum erməni” xalqının “başına açılan müsibətlərdən” “danışacaqlar” və s.

Qanunsuz silahlı birləşmələrin tərkibində mülkü azərbaycanlılara divan tutan bu etnik qrupun nümayəndələri ikiüzlülüklərini də gizlədə bilmədilər. Azərbaycana məxsus video kameranın qarşısında “Allah haqqı Azərbaycanda, azərbaycanlılarla yaşamaq istəyirəm” deyən erməni vaxtı ilə əlində silah azərbaycanlıların qətlində iştirak edib.

Beynəlxalq ictimaiyyət onların saxtakarlığını qəbul etmir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller oktyabrın 2-də keçirdiyi brifinqdə ermənilərin Qarabağda guya “etnik təmizlənməyə” və ya “soyqırımına” məruz qaldıqlarına dair qondarma iddialarına cavabında deyib: “ABŞ etnik təmizləmə və soyqırımı kimi iddialara çox ciddi yanaşır. Biz bu vəziyyətlə bağlı yerlərdə (Qarabağda) əlaqə saxlayırıq. Ancaq soyqırımı və ya etnik təmizləmə ilə bağlı qərar faktlara əsaslanan prosesdir”. Bununla da ABŞ rəsmisi Qarabağda belə bir hadisənin baş verməsinə dair əsasın olmadığını diplomatik ifadələrlə vurğulayıb.
BMT-nin Xankəndiyə səfər etmiş missiyasının yaydığı açıqlamaya görə, bütün dükanlar bağlansa da, mülki infrastrukturun, o cümlədən məktəblərin və xəstəxanaların dağılması əlamətləri müşahidə edilməyib.

Missiya qeyd edib ki, BMT komandası yerli icmaların nümayəndələrindən Qarabağda 50-1000 arasında etnik erməninin qaldığını öyrənib: “Son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq barədə heç bir məlumat müəyyən edilməyib”.

Ermənistan parlamentinin sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanın “etnik təmizləmə” ilə bağlı başladıqları kampaniyaya bundan sonra inanmaq doğurdan da qərəzlilik və Azərbaycana qarşı düşmənlikdir.

Etnik təmizləmə, yaxud soyqırımı cinayətini Ermənistan və erməni etnik qrupunun nümayəndələri Azərbaycan türklərinə, azərbaycanlılara qarşı törədib.

Ermənistan ərazisində hazırda azərbaycanlı yaşamır. Onlar zorla Ermənistan vətəndaşlığından məhrum ediliblər. 1948-1953-cü illərdə 150 mindən çox, 1988-1991-ci illərdə 300 minədək azərbaycanlı Ermənistandan, dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən deportasiya edilib. 1988-1994-cü illərdə Rusiya və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğalı nəticəsində bir milyon azərbaycanlı Qarabağ və ətraf rayonlardan qovulub.

Krım türklərinin, Qafqaz xalqlarının, azərbaycanlıların, Ahıska türklərinin Qazaxıstana sürgün edilməsi də etnik təmizləməyə çoxsaylı örnəklərdəndir.

Beləliklə, günümüzdə də ermənilər saxta tarix yaratmaqla məşğuldur. Bu yolla hələ uzun illər “məzlum ermənilərə” humanitar yardım adı altında ianələr toplanacaq. Həmin yardımlar hesabına neçə-neçə “humanist” erməni varlanacaq. Ancaq ermənilərin “məzlumluğu” bitməyəcək. Dünya da belə sıtqamaqdan bezib. Dünya dövlətlərinin qapısını kəsib, “soyqırımı qurbanı” adı ilə “yardım” istəmək çox gülüncdür. Metyu Miller bu kampaniyanı aparan ermənilərə həm də hər köçkün hadisəsinə “etnik təmizləmə” və ya “soyqırımı” deyilmədiyini izah edib. Görünür, ABŞ-dən ədalətli davranış umanlar haqsız deyilmiş.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO