İdman 14.10.2023 22:09

Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO

Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub.

Rakus.az xəbər verir ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, ilə keçirilən tədbirdə Azərbaycan Vəkillər Kollegiyası sədrinin müavini Pərviz Ələkbərov, Mətbuat Şurasının təmsilçisi İlqar Tağıyev, SPAM Analitik Mərkəzinin rəhbəri Orxan Yolçuyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Nail Bağırzadə, Binəqədi Rayon M. Ə. Rəsulzadə qəsəbə  bələdiyyəsinin sədri Hümbət Hüseynov, nümayəndələri və digər şəxslər iştirak ediblər.

Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov turnir iştirakçılarını salamlayıb və bildirib ki, Azərbaycan tarixən çətinliklər görüb və ərazi bütövlüyünün bərpası yolunda şəhidlər verib: “Bu sırada jurnalistlərimiz də var. Ərazi iddiası ilə Azərbaycanı münaqişəyə cəlb edən mənfur ermənilər tərəfindən ümumilikdə 9 media nümayəndəmiz şəhid olub, mina terrorunun qurbanı olub. 1-ci və 2-ci Qarabağ savaşında canlarını fəda etmiş insanların xatirəsi hər zaman əzizdir və bizlər bütün qələbələrimizə görə məhz onlara borcluyuq. Turnirin təşkilində də məqsəd həm şəhidləri yad etmək, həm də idmanın təbliğidir”.

Ə.İbrahimov şəhid həmkarlarının xatirəsinə keçirilən futbol şöləninin ənənəvi xarakter aldığını, Qəhrəman Azərbaycan övladlarının Vətən yolunda xidmətlərinin təqdir olunduğunu söyləyib. O deyib ki, bu turnir məhz belə insanların heç zaman unudulmaması, Məhərrəm və Siracın timsalında şəhidlərin  qəhrəmanlıq nümunələrinin yaşadılması və təbliği baxımından önəmli bir layihədir: “Bu il turnirdə komandalar Qərbi Azərbaycana məxsus tarixi yer adları ilə təmsil olunurlar. Biz əzəli torpağımız olan Qarabağımıza qovuşduqsa, inşallah doğma Qərbi Azərbaycanımız da qovuşacaq”.

Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İlqar Tağıyev əvvəlcə turnirin təşkilatçılarına təşəkkür edib.

O, istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi dövründə şəhid olan jurnalistlərin qarşısında baş əyərək söyləyib ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycan əsgəridir: “Hər birimiz ölkəmizin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Əminəm ki, öz borcunu yerinə yetirən zaman şəhid olan insanların ruhu şaddır. Çünki ərazi bütövlüyümüz təmin olunub”.

İ.Tağıyev yarışda iştirak edən komandalara uğurlar arzulayıb.

Vəkillər Kollegiyasının sədr müavi Pərviz Ələkbərov çıxışında Kollegiyanın sədri Anar Bağırovun adından turnir iştirakçılarını salamlaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün tam bərpa olunduğunu vurğulayıb.

O, hər bir azərbaycanlının bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalı olduğunu, şəhidlərimizin əbədi olaraq qəlblərdə yaşayacağını qeyd edib.

Tədbirdə çıxış edən SPAM Analitik Mərkəzinin rəhbəri Orxan Yolçuyev deyib ki, hər bir azərbaycanlı bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalıdır. O, Məhərrəm İbrahimov la vaxtilə bir yerdə işlədiyini, onu həmişə Vətənə, dövlətə sadiq, öz peşəsinə ləyaqətlə xidmət edən, hərbi jurnalist kimi bütün qaynar nöqtələrdən reportajlar hazırlayan bir şəxs kimi xatırladığını bildirib.

SPAM rəhbəri komandaların Qərbi Azərbaycanı təmsil etməsini yüksək qiymətləndirərək, tarixi məkanlarımıza həm sahib çıxmaq, həm də təbliği baxımından faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb, iştirakçılara uğurlar arzulayıb.

Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Hümbət Hüseynov şəhidlərin xatirəsinə keçirilən bütün tədbirlərin əhəmiyyətli olduğunu, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin tarixi hadisə olduğunu söyləyib, şəhid jurnalistlərin xatirəsinə təşkil olunan turnirin böyük əhəmiyyət daşıdığını bildirib, şəhidlərə Allahdan rəhmət diləyib.

Bakı şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Nail Bağırzadə turnirin əhəmiyyətindən söz açaraq bildirib ki, idman ən böyük mədəni siyasətdir və Qərbi Azərbaycan, İrəvan, Zəngəzur, Göyçə, Loru-Borçalı, Qaraqoyunlu, Çəmbərək və Ardanış kimi qədim Oğuz yurdlarını təmsil edən komandaların burada iştirakı böyük Azərbaycanın birliyinə töhfədir: “Məhz bu mahal, şəhər, rayon və kəndlərimizin həvəskar komandaların cəlb olunması 114 min kvadrat kilometrlik  vahid Azərbaycan platforması üçün çox əhəmiyyətlidir”.

Ardanış kənd orta məktəbinin müəllimi Sahib Əhmədov bu kənddə futbolun hələ 1960-cı ildən başlayaraq geniş vüsət aldığını deyib. O, Məhərrəm İbrahimovun uşaqlıq, məktəb illərini xatırladaraq onun futbola və başqa idman növlərinə marağından bəhs edib.

S. Əhmədov təmsil etdiyi kəndin 10-dan çox şəhid verdiyini vurğulayaraq, Vətən, millət, xalq yolunda canlarından keçənlərin unudulmaması üçün təşkil olunan belə tədbirlərin əhəmiyyətli olduğunu söyləyib, Allahdan onlara rəhmət diləyib.

Açılış mərasimində çıxış edən AZƏRTAC-ın əməkdaşı Səlahət Yusifov keçmiş iş yoldaşı və həmkarı şəhid Məhərrəm İbrahimovun hərbi vətənpərvərlik və idman redaksiyasında çalışarkən ən qaynar nöqtələrdən materiallar hazırladığını vurğulayıb. Bütün şəhidlərə Allahdan rəhmət diləyən S.Yusifov Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edib.

Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov .əhidlərə Allah rəhmət diləyərək, yarış iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub. Topa rəmzi toxunuşu Əsgər İbrahimov, İlqar Tağıyev və Pərviz Ələkbərov ediblər.

Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Ardanış” və “Zəngəzur” komandaları çıxıb. Görüş “Ardanış”ın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

“İrəvan”  isə “Loru-Borçalı” üzərində qələbə qazanıb – 9:5.

14 Oktyabr
I tur

B Qrupu
19:30 “Ardanış” – “Zəngəzur” – 5:3
Qollar: Hüseyn Qarayev (2), Kamran Əhmədli, Emin İmaməliyev, İsa İsayev

Sərxan Mustafayev, Nurani İsgəndərov, Fərid Səttarzadə.

A qrupu

19:30 “İrəvan” – “Loru-Borçalı” – 9:5
Qollar: İsmayıl Babayev (3), Umman Ağamalıyev (3), Ceyhun İrinli, Rauf Əmiraslanov, Emin Zeynalov.

Anar Verdiyev (3), Səhman Xasıyev, Hidayət Xudiyev.

Qeyd edək ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv),  “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.

Turnir hər birində 4 komanda olmaqla 2 qrupdan ibarət olacaq, oktyabrın 14-də başlayıb noyabrın 8-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcək. Yarımfinalın qalibləri 1-ci yer, məğlub olan komandalar isə 3-cü yer uğrunda yarışacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Qaraqoyunlu” komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 19:30, 20:30-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu isə 8 Noyabr – Zəfər Günü keçiriləcək.

OYUNLARIN TƏQVİMİ

15 oktyabr

A qrupu

19:30 “Qərbi Azərbaycan” – “Göyçə”

B qrupu

20:30 “Qaraqoyunlu” – “Çəmbərək”

21 oktyabr

II tur

A qrupu

19:30 “Loru-Borçalı” – “Qərbi Azərbaycan”

B qrupu

20:30 “Zəngəzur” – “Çəmbərək”

22 oktyabr

A qrupu

19:30 “İrəvan” – Göyçə”

B qrupu

20:30 “Ardanış” – “Qaraqoyunlu”

28 oktyabr

III tur

A qrupu

19:30 “Qərbi Azərbaycan- “Loru-Borçalı”

B qrupu

20:30 “Qaraqoyunlu”- “Zəngəzur”

29 oktyabr

B qrupu

19:30 “Ardanış” – “Çəmbərək”

A qrupu

20:30 “İrəvan” – “Göyçə”

4 noyabr

Yarımfinal

19:30 A1-B2

20:30B1-A2

5 noyabr

19:30 – III yer uğrunda görüş

8 noyabr

FİNAL

19:30

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar, dörd nəfər isə yaralanıb.

Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə dair Sərəncam imzalayıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO