Elm və təhsil 13.10.2023 17:06

“Ulu babalarım İrəvandan qovulub” – Sərdar Ünsal ilə tarixi görüş

Tükiyənin İğdır şəhərində yaşayan, yazıçı, yurnalist, müəllim, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, igdirim76.com saytının rəhbəri, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Fedrasiyası Başqan müavini, əslən Qərbi Azərbaycandan olan Sərdar bəy respublikamıza qonaq gəlmib və M.Ə.Rəsulzadə bələdiyyəsində onunla maraqlı görüş keçirilib.

Rakus.az xəbər verir ki,  tədbirdə “İrəvan komitəsi” İB İdarə heyətinin sədri Tofiq Həsənov, şair, YB-nin üzvü, şəhid atası Nizami Elyanar, AMEA-nın şöbə müdiri Tanrıverdi Paşa, həkim Səməd Axundov, müəllim Vəli Vəliyev, araşdırmaçı, hüquqşünas, maliyyəçi Vüqar Abduyev, şair Vaqif Kərim, maliyyəçi Mahirə Qurbanova, “İdeal print” MMC-nin icraçı direktoru Gülnarə Məmmədova, gənclərdən Nurlan Hacıyev və Mehman Hüseynov iştirak edirdilər.

Tədbiri bələdiyyənin sədri Hümbət Hüseynov açaraq qonaları salamladı. Qısaca olaraq bələdiyyə haqqında qonaqlara məlumat verdi və bildirdi ki, bu gün ən çox Qərbi Azərbaycandan qovulan soydaşlarımız M.Ə.Rəsulzadə bələdiyyəsinin ərazisində yaşayır.

O, Sərdar bəyin yaradıcılığı haqqında qısa məlumat verdi. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda Sərdar bəyin və sahib olduğu KİV-lərin köməyinin rolundan danışdı. Onun Qərbi Azərbaycan kökənli olması əsərlərində, yazılarında da geniş yer almışdır. Bu gün onun “Yüregim İrevanda kaldı” romanı da bu mövzudandır.

Sonra Sərdar bəy Ünsal çıxış etdi.

O Türkiyə və Azərbaycan qardaşlıq əlaqələrindən, Azərbaycanın qələbəsindən, hayların Qərbi Azərbaycandan vəhşicəsinə qovaraq soyqırıma uğratdığı soydaşlarmızdan danışdı. Təhsil aldığı vaxtı dərslərin birində Azərbaycan türklərinin kommunist əsarətində olmasının, tələbə yoldaşının da Doğu Türküstanda uyğurlarının əsarətdə olmasının deməsi və müəllimin onlardan polisə şikayəti nəticəsində hər ikisi 1 və 3 aylıq müddətə həbs cəzasına məhkum olunublar. Ulu babalarının İrəvandan qovulması, hayların vəhşilikləri haqqında eşitdklərini “Yüregim İrevanda kaldı” romanında bədii obrazlarla göstərdi. O nənəsindən Azərbaycan bayatılarını, mahnılarını maraqla dinlədiyini və bunun nəticəsində “Azərbaycan şərqi və türküləri” kitabının ərsəyə gəlməsindən danışdı. XX əsrdə hayların Türklərə qarşı Anadollu və Qafqazlarda törətdikləri vəhşilikləri “Soyqırım” kitabında dünyaya çatdırır. “Yaşayanlar Gözüyle Emeni Mezalimi”, “Ürekim Hocalıda kaldı”, “Yaşayan Caferilərin gelenek görenekleri”, “Kapımızdakı Tehlike, saatlı bomba Medzamor” kitabları da oxucular arasında maraqla oxunur.

Sonda növbəti dəfə doğma yurduna gəldiyi və göstərilən qonaqpərvərliyə görə də təşəkkür etdi.

“İrəvan komitəsi” İB İdarə Heyətinin sədri Tofiq Həsənov çıxış edərək Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq haqları olduğundan, hayarın soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən, dünya ictimaiyyətinə bu vəhşiliklərin çatdırılmasından danışdı. Son illər onun AMEA Tarix İnstitutu ilə birlikdə hazırladığı 1747-ci ildə Rusiya tərəfindən çəkilmiş İrəvan xanlığının xəritəsinin 75 min nüsxədə Azərbaycan və əlavə 8 dildə bütün dünyaya yayılmasını xüsusi qeyd etdi. Bu xəritədəki bütün toponimlərin oranın qədim sakinləri Türklərə aid olduğu aydın gürünür. O qeyd etdi ki, yüzlərlə İrəvan xanlığının bayrağı da müxtəlif dillərdə hazırlanaraq paylanılmışdır. Bu gün bütün bölgələrdə şəhidlərin adlarının əbədiləşdirilməsi yönündə böyük işlər görülür və “İrəvan komitəsi” İB də minlərlə xüsusi qələm hazırlayaraq şəhid ailələrinə və bölgələrə çatdırır.

Əli Vəliyev, şair, YB-nin üzvü, şəhid atası Nizami Elyanar, AMEA-nın şöbə müdiri Tanrıverdi Paşa, həkim Səməd Axundov, araşdırmaçı, hüquqşünas, maliyyəçi Vüqar Abduyev, müəllim Vəli Vəliyev, şair Vaqif Kərim, “İdeal print” MMC-nin icraçı direktoru Gülnarə Məmmədova Sərdar bəy haqqında, onun gördüyü işlər haqqında, hayların və tərəfdararlarının soydaşlarımıza qarşı törətdikləri soyqırımdan, xalqıızın möhtəşəm qələbəsindən, Türkiyə-Azərbaycan qardaşlığından, Zəngəzur dəhlisinin açılmasından, Qərbi Azərbaycan İcması ətrafında sığ birləşərək haylara qarşı mübarizəsindən, soydaşlarımızın öz tarixi dədə-baba yurdları olan Qərbi Azərbaycana qayıdışından maraqla danışdılar.

Sərdar bəy özü ilə gətirdiyi “Yüregim İrevanda kaldı” və “Soykırım” kitablarını imzalayaraq tədbir iştirakçılarına bağışladı. Görüşə gələnlər də gətirdikləri kitabları, İrəvan xanlığının xəritəsini və bayraqlarını, qələmləri və digər hədiyyələri Sərdar bəyə təqdim etdilər. Sərdar bəy rəhbəri olduğu İğdır Azərbaycan Evi Dərnəyi adından M.Ə.Rəsulzadə bələdiyyəsinə təşəkkür etdi və bələdiyyəyə öz hədiyyəsini təqdim etdi.

Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

Müəllif Əli Vəliyev

 

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO