Müsahibə 17.10.2023 21:08

“Biz öz istəyimizlə qaçqın olmamışıq”- MÜSAHİBƏ - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi araşdırmaçı- hüquqşünas İradə Hacıyeva olub.

O, Qərbi Azərbaycanda anadan olduğunu, 1988-ci ildə  doğma yaşayış məskəninizi məcburən tərk etdiyini, indiki Ermənistanda vaxtilə uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul olduğunu deyib.

Onun sözlərinə görə, 1985-1988-ci illərdə Qərbi Azərbaycanın Çəmbərək, indiki  Krasnoselo Rayon Partiya Komitəsində təlimatçı işləyib: “Ermənistan siyasi rəhbərliyinin azərbaycanlılara baxışı yaxşı olmayıb. Azərbaycan ziyalılarından rəhbər vəzifələrə heç kim seçilməzdi. Konfrans və plenumlarda azərbaycanlının təklif irəli sürmək hüququ yox idi. İclas zamanı azərbaycanlıların fəaliyyəti dayandırılırdı”.

İ.Hacıyeva Qərbi Azərbaycanın coğrafi-siyasi əhəmiyyətindən söz açıb, ermənilərin etnik təmizləmə, oğuz-türk izlərinin itirilməsi üçün hər şey etdiklərini söyləyib: “Vətəni tərk etmək dəhşətli bir hissdir. Qərbi Azərbaycanda faktiki olaraq erməni yox idi. Ermənilər bizim mahalların adlarını dəyişdilər”.

Hüquqşünas Qərbi azərbaycanlıların geri qayıdışının təmin olunması ilə bağlı hüquqi müstəvidə işlər aparıldığını, doğma Vətənə qayıdış üçün hüquqi cəhətdən heç bir problemin yaradılmasının mümkün olmadığını vurğulayıb: “Qərbi azərbaycanlıların Vətənə qayıdışının reallığa çevrilməsi üçün aparılan bugünkü siyasət yüksək qiymətləndirilməlidir. Soydaşlarımızın doğma yurda qayıdış vaxtı   uzaqda deyil. Əminəm ki, bütün məsələlər sülh yolu ilə həll ediləcək. Biz öz istəyimizlə qaçqın olmamışıq. Geri qayıtmasaq, tarixi yaddaş yox olacaq. Vətəndən şirin heç nə yoxdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 17-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO