Siyasi 25.10.2023 19:56

“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə köklü sakinləri tamamilə azərbaycanlılar olan, adı erməni saxtakarlığına məruz qalan Ağin rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ərazisi və əhalisi erməniləşdirilən Ağin rayonu” adlı süjetdə əsrlər boyu azərbaycanlılar və onların yaşadığı tarixi torpaqlar ermənilər tərəfindən soyqırıma məruz qalması, yer-yurd adlarının yadlaşdırılması, havadarlarının hesabına coğrafi ərazilərimizi mənimsəməklə məşğul olmasından, eləcə də monoetnik erməni dövlətində azərbaycanlıların qədimdən yaşadığı yüzlərlə yaşayış məntəqəsinin adının dəyişdirilməsindən bəhs olunur.

Bildirilir ki, Ağin rayonu Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı ərazisində yerləşib. Tarixi mənbələrdə bu bölgənin 14-16-cı əsrlərdə monqol, sonra isə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olduğu göstərilir. Türkiyə ilə həmsərhəd olan Ağin bölgəsi İrəvan quberniyasının, Aleksandropol qəzasının, sonra isə İrəvan xanlığının tərkibində olub. Bu ərazinin mərkəzi hissəsi Gümrü şəhərindən 28 kilometr cənub-qərbdə, Arpaçayın kənarında yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilib. Bu yaşayış məntəqəsinin köklü sakinləri bütün zamanlarda tamamilə azərbaycan türklərindən ibarət olub. Qədim türk məbədi olan Yerəruyk bazilikası da bu rayon ərazisində yerləşib.

Qeyd olunur ki, XIX əs­rin əvvəllərində azərbaycanlılar öz tarixi torpaqla­rından qovulub, onların yerinə 1829-1830-cu illərdə Türkiyə­nin Muş, Alaşkert, Ərzurum vilayətlərindən, 1877-1878-ci illərdə isə Qarsdan ermənilər məqsədli şəkildə köçürü­lərək yerləşdiriliblər.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 12 oktyabr  tarixli qərarı ilə Ağin adı dəyişdirilərək “Ani” qoyulub. 1995-ci il noyabrın 7-dən Ağin rayonu Şirak vilayətinin inzibati ərazi­sinə daxil edilib və rayon üzrə 20-yə yaxın tarixi yer adları dəyişdirilib.

Sonda diqqətə çatdırılır ki, XX əsrin əvvəllərində və sonlarında ordan-burdan gəlmə ermənilər əzəli oğuz yurdlarından azərbaycanlıları didərgin salıblar: “Bu gün tarixi 19 mahalımızın 34 rayonunda, o cümlədən Ağin rayonunda bir nəfər də olsun oğuz türkü qalmayıb. Lakin biz bu həqiqəti, eləcə də tarixi torpaqlarımızı unutmuruq. Bu reallıq gələcək fəaliyyətimiz üçün əsas istiqamətdir və bu istiqamətdə daha fəal olub tarixi torpaqlara qayıtmaq, ləyaqətlə yaşamaq əsas hədəfimizdir. Çünki ləyaqətlə yaşamaq keçmişdən gələcəyə körpü salan tarixi, mədəni irsi qorumaqdan, onu yaşatmaqdan və araşdırmaqdan keçir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 25-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO