Elm və təhsil 27.10.2023 17:49

İstanbulda Dilarə Seyidzadənin monoqrafiyasının təqdimatı olub - FOTO - VİDEO

Oktyabrın 27-də İstanbulda tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” adlı monoqrafiyasının təqdimatı olub. Kitab Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Kitabı türk dilinə tədqiqatçı-türkoloq Azad Ağaoğlu tərcümə edib.

Rakus.az xəbər verir ki, İstanbulun İbn Haldun Universitetində (İHU) keçirilən mərasim Azərbaycanın İstanbuldakı Baş konsulluğu və bu ali təhsil müəssisəsinin Heydər Əliyev Avrasiya Çalışmaları Uyğulama və Araşdırma Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən baş konsul Nərminə Mustafayeva Azərbaycanın müstəqillik uğrunda keçdiyi çətin yol və bunun nəticəsində Şərqdə ilk demokratik respublikanın məhz ölkəmizdə yaranmasından danışıb.

Bildirilib ki, ömrünün qısa olmasına baxmayaraq Azərbaycan Demokratik Respublikası bizim bugünkü həyatımıza çox böyük təsir göstərdi, bizdə müstəqilliyə, azadlığa, inkişafa ümid yaratdı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərini xüsusi qeyd edən baş konsul ölkəmizin dünyaya tanıdılması, beynəlxalq səviyyəyə yüksəlməsinin məhz Ümummilli Liderimizin başlatdığı siyasi yolun nəticəsi olduğunu deyib. Bildirilib ki, Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilib və nəticədə Azərbaycan öz gücünə 30 il sonra ərazi bütövlüyünü tam təmin edib və bu, müstəqil Azərbaycanın yeni dövrünə yeni üfüqlər açıb.

Çıxışında tarix boyu Türkiyənin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən Dilarə Seyidzadə bildirib ki, bu birliyin ən gözəl təzahürü Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamında özünü tapıb.

Gənclik illərini xatırlayan professor ömrünün bu dövrünü Heydər Əliyevin köməkçisi olaraq keçirdiyini özünə şərəf hesab etdiyini deyib.

Tarix elminin həyatımızdakı rolundan danışan Dilarə Seyidzadə Ümummilli Liderimizin sadəcə öz tariximizi mükəmməl bilməsi ilə kifayətlənmədiyini, getdiyi hər bir ölkənin tarixini də öyrəndiyini söyləyib.

Professor gənclərə yalnız Azərbaycanın deyil, dünya tarixini yaxından öyrənməyi tövsiyə edib.

Qeyd edilib ki, dörd dildə nəşr olunan kitab XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən bəhs edir.

Nəşrdə bildirilib ki, islahatlardan sonrakı bu dövrdə çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi və iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda əmələ gəlmiş sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarını tam əldə etməsi üçün mübarizəyə başçılıq etdilər.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün zəmin hazırlamış bu dövrün tədqiq olunduğu kitabda XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapıb, mükəmməl və hərtərəfli təhlil olunub.

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO