Qədim İrəvan – Hər daşı bir abidə - FOTO
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filmin təqdimatı mərasimi keçirildi.Bu film Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elmi araşdırmalar” İctimai Birliyi tərəfindən çəkilmişdir. Bu film üç dildə Azərbaycan, rus və ingilis dilində hazırlanmış və filmin rejissoru Etibar Məmmədovdur.
Rakus.az xəbər verir ki, tədbirdə QHT Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi, QHT rəhbərləri, Qərbi Azərbaycanın görkəmli ziyalıları, alimlərimiz, QAZİLƏRİMİZ, AzMİU-nun professor və tələbələri iştirak edirdilər. Tədbiri AzMİU-nin Tələbə Həkərlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili açıq elan etdi. Tədbir Şəhidlərimizin ruhunu 1 dəqiqəliklə sükutla yad etdilər. Sonra Azərbaycan Respublikasının himni səsləndirildi. Tədbirdə layihənin rəhbəri Telman Qasımov film haqqında maraqlı məlumat verdi və filmin tamaşasından sonra müzakirələr etməyi təklif etdi.
Filmin tamaşasından sonra Telman müəllim bu layihənin 1 iyul – 01 noyabr 2023-cü il tarixləri əhatə edən 4 (dörd) ay müddətində icra olunmasından danışdı. O sənədli filmdə çəkilən respodentlərin hamısının İrəvanlı olması, filmdə istifadə olunan bütün məlumatların hamısı İrəvana aid olduğu haqqında məlumat verdi. Çıxış edənlər İrəvan şəhərinin tarixi abidələri, qədim küçələri, məhəllələri və qəbirstanlıqları barədə danışdılar.
Filmdə əsas məqsəd İrəvan şəhərinin əzəli Azərbaycan şəhəri olduğu İrəvandakı abidələrin, küçələrin, məhəllələrin və qədim evlərin real tarixləri və tarixi sənədlər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq, beynəlxalq rəydə tarixi ədalətə və Azərbaycanın milli maraqlarına uyğun olaraq İrəvan şəhəri və onun tarixi ilə bağlı həqiqətlərin yer almasına zəmin formalaşdırmaqdır. İrəli sürülən faktlar, həmçinin bu şəhərdə yaşamış azərbaycanlıların və hazırda yaşayan ermənilərin səsləndirdikləri ifadələrin köməyi ilə İrəvan şəhərinin əzəli-tarixi Azərbaycan şəhəri olduğunu, eyni zamanda, İrəvanda azərbaycanlılara məxsus abidələrin məhv edildiyini yaxud saxtalaşdırıldığını sübut edərək bunun Ermənistan dövlətinin məqsədyönlü siyasəti olduğunu dünyaya göstərməkdir.
Ermənistan dövləti səviyyəsində İrəvan şəhərindəki tarixi abidələrin, küçələrin, evlərin, qəbirstanlıqların məqsədyönlü şəkildə dağıdıldığını, özününküləşdirildiyini yaxud özgəninkiləşdirildiyini sübut etmək, təqdim olunan faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin etmək, yeni nəsildə qədim İrəvan şəhəri haqqında zəngin faktoloji bazanın formalaşmasına güclü təkan vermək, beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatlarını tutarlı və təkzibolunmaz materiallarla təchiz etməkdi.
Film qədim Azərbaycan şəhəri olan İrəvanın mədəniyyətinin, abidələrinin real faktlarla öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Tədbirin sonunda iştirakçılar film haqqında öz xoş təssüratlarını bölüşdürdülər və xatirə şəkilləri çəkdirdilər.
Əli Vəliyev