Gündəm 09.11.2023 00:41

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO - VİDEO

Bu gün 9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günüdür.

“Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır”.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisinin təcəssümüdür.

Rakus.az xəbər verir ki, şanlı üçrəngli bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Bayrağımızdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olub.

1920-ci ilin aprelin 27-də bolşevik işğalından sonra üçrəngli bayrağımız və onun təmsil etdiyi ali dəyərlərimiz unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı öz istiqlaliyyət rəmzini unutmadı.

Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Ümummilli liderin öndərliyində Azərbaycan xalqı öz üçrəngli istiqlaliyyət simvoluna 70 il sonra yenidən qovuşdu.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib. Həmin dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

Bu gün Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyub şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.

Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlıda Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib. Azərbaycanın və Qarabağın incisi Şuşa şəhərində şanlı bayrağımızın qaldırılması 44 günlük müharibədə mütləq zəfər anlamına gəlib. Şanlı bayrağımız uzun illərdən sonra həmçinin Ağdamda, Kəlbəcərdə və Laçında, nəhayət Xankəndidə dalğalanıb.

Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib. Erməni vandalizminin məhv etdiyi yaşayış bölgələrini yenidən dirçəltmək üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülür. Bu gün Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzura yenidən dinc həyatın qayıdacağı günü səbrsizliklə gözləyir. Dövlət bayrağımızın dalğalandığı azad torpaqlarımızda firavan və əmin-amanlıq içində yaşayacağımız günlər uzaqda deyil!

Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir. Vətən müharibəsində Zəfərin də qeyd olunduğu bu günlərdə Müstəqil və Bütöv Azərbaycanın hər bir guşəsində dalğalanan dövlət bayrağımız bütün şəhidlərimizin əziz xatirəsini bizə xatırladır. Onlar məhz üçrəngli bayrağımızın Vətən səmalarında qürurla dalğalanması üçün canlarından keçiblər. Şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq və hər zaman ehtiramla yanaşmaq bizim vəzifəmizdir!

Biz

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO