Siyasi 09.11.2023 20:05

Ermənistanda türklərə qarşı vuruşanların abidələri uçurdulur - FOTO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə Azərbaycanın Cənubi Qafqazda qonşuları Gürcüstan və Ermənistanla həmişə xoş münasibətdə olduğu, milli əxlaqdan irəli gələn bu keyfiyyəti daim nümayiş etdirdiyi vurğulanır.

Bildirilir ki, 1987-ci ilin fevralında Gürcüstanın Xobi rayonunun Çaladidi kəndinə sel gələn zaman sovet ordusunda xidmət edən, əslən Ağdamın Mahrızlı kəndindən olan 20 yaşlı Rahib Məmmədov fədakarcasına 28 sakini xilas edərək həlak olub və bu iki ölkə arasında dostluq münasibətlərinə həmişə örnək olub.

Diqqətə çatdırılır ki, 1988-ci il dekabrın 7-də Spitak (Hamamlı) rayonu ərazisində 7 bal gücündə zəlzələ baş verəndə Qərbi azərbaycanlılar doğma yurdlarından qovulurdu: “Ermənistanı tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. Həmin ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəi boşaldılıb, 226 qərbi azərbaycanlı ermənilər tərəfindən öldürülüb, güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub, 400-dən çox adam bədən xəsarəti alıb. Azərbaycanlıların başlarına gətirilən müsibətlərə baxmayaraq Spitak zəlzələsindən zərərçəkən ermənilərə yenə yardım əlini uzadıb. Həmin vaxt Bakıdan fəlakət zonasına yardım məqsədi ilə təcili yola düşən könüllü azərbaycanlılardan ibarət böyük qrup “İL-76” təyyarəsində qəzaya düşüb və 78 könüllü həlak olub”.

O da qeyd olunur ki, Azərbaycan həmişə Qarabağda yaşayan erməni sakinlərə öz ərazisində yaşamaq üçün yardımlar edib: “Lakin Rəsmi Bakının humanist addım və çağırışların qarşılığında Qarabağdakı qanunsuz cinayətkar qurum terrora əl atıb. Onlar Azərbaycanın bu il sentyabrın 19-da başladığı birgünlük antiterror tədbirindən sonra könüllü olaraq yaşadıqları ərazini tərk ediblər. Həmin könüllü köçkünləri Azərbaycan hərbçisi, polisi yemək və su verməklə yola saldı. Amma 35 il öncə Qərbi azərbaycanlılar evlərindən məcburi çıxarılıb, insanlara şəxsi sənədini, əşyalarını götürməsinə belə imkan verilməyib. Bu il həmin o faciəli tarixin 35 ili tamam olacaq”.

Sonda Ermənistanda türklərə qarşı vuruşan, soyqırımı törədənlərə qoyulan abidələrin indi uçurulduğu, lakin nə Rahib Məmmədovun cəsarəti, nə də təbii fəlakətə görə ermənilərə yardım etmək üçün gedən 78 könülü azərbaycanlı unudulacaq: “Çünki onların heykəlləri tarixdə müsbət işlərə görə qoyulub. Bütün bunlar Azərbaycan xalqının əxlaq və tərbiyəsinin nümunəsidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 9-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO