İqtisadi 16.11.2023 20:15

İrəvan azərbaycanlılara qarşı “gizli silahı” işə saldı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə gölü bu gün məhv olmaq təhlükəsi ilə üzləşib” adlı analitik veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Qərbi Azərbaycanda həyata keçirilən ekoloji terrora, qızıl yataqlarının qanunsuz istismarına, Göyçə gölünün məhv olmaq təhlükəsi ilə üzləşməsinə toxunulur, həmçinin Ermənistan Milli Elmlər Akademiyasının Ekologiya Mərkəzinin direktoru olmuş Armen Saqatelyanın 2019-cu ildə bununla bağlı etdiyi etirafdan bəhs olunur.

A.Saqatelyanın sözlərinə görə, düşmənə hərbi güclə qalib gələ bilməyəndə, müharibənin başqa elementləri işə salınır, onlardan biri də ekosiddir. Bununla düşmənin həyat təminatı məhv edilir. Sevan (Göyçə) gölü əlimizdəki bu elementlərdən biridir”.

Süjetdə bildirilir ki, Ermənistan Azərbaycana qarşı müharibədə ekoloji terror silahdan istifadə edib: “Həm birinci, həm də ikinci Qarabağ savaşında meşələrin yandırılması ekoloji terror silahının tətbiqi idi. Eyni zamanda, 30 illik işğal dövründə həyata keçirilən talanlar bölgənin ekoloji mühitinə nəticəsi onilliklər boyunca davam edəcək ziyan vurub. Qərbi Azərbaycanda həyata keçirilən ekoloji terrorun arxasında dayanan məqsəd də işğal faktoru – azərbaycanlıların geri qayıtması perspektivinin məhv edilməsidir. Elə buradan Armen Saqatelyanın Göyçə gölünü niyə müharibə elementi adlandırmasının səbəbi aydın olur”.

Diqqətə çatdırılır ki, Göyçə gölü bu gün məhv olmaq təhlükəsi ilə üzləşib və bunu erməni ekoloqlar Knarik Hovhannisyan, Karine Danielyan da təsdiqləyirlər: “Gölə axan çayların suyunun təmizlənməməsi, ətrafda turizm mərkəzlərindən çirkli suyun axıdılması, eləcə də tullantı suların gölə axan kanallara atılması bölgədə yeganə şirin su hövzəsini itirmək təhlükəsini yaradır. Göyçə gölünün xilas edilməsi ilə bağlı hökumətə dəfələrlə xəbərdarlıqlar edilməsinə, təkliflər verilməsinə baxmayaraq, heç bir addım atılmayıb. Qərbi Azərbaycanın ekologiyasına vurulan ən böyük zərbədən birinin də qızıl yataqlarının qanunsuz istismarıdır”.

Verilişdə vurğulanır ki, son illər, xüsusilə 44 günlük müharibədən sonra ermənilər Qərbi Azərbaycanı sürətlə tərk edirlər: “Rəsmi statistikaya görə, 2005-ci ildə Qərbi Zəbgəzurda 149 min 700 nəfər yaşayırdısa, ötən il bu rəqəm 106 min 916 nəfərədək azalıb. Bu amil ermənilərin tərk etdiyi tarixi torpaqlarımıza azərbaycanlıların qayıdışının uzaq perspektivdə olmadığını deməyə əsas verir. Ermənistanın Qərbi Azərbaycanda dövlət səviyyəsində həyata keçirdiyi ekoloji terrorun hədəfi də məhz azərbaycanlıların geri qayıdışının qarşısını almaq, qayıdış prosesi baş verəcəyi təqdirdə, bölgədə həyat mənbələrini məhv etməkdir. Bütün bunlar təsdiq edir ki, Ermənistan işğal dövründə Qarabağda tətbiq etdiyi ekoloji terror silahını bu gün Qərbi Azərbaycanda da tətbiq edir. Bu silah təkcə Azərbaycan üçün yox, regionun digər ölkələri üçün də təhlükəlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabr 16-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
İqtisadi, Sosial / 16.11.2023 20:15
İrəvan azərbaycanlılara qarşı “gizli silahı” işə saldı - FOTO - VİDEO
İqtisadi, Siyasi / 16.11.2023 14:36
Ermənistanın Qərbi Azərbaycanda “gizli silahı” – ANONS - VİDEO
Maraqlı, Siyasi / 15.11.2023 19:54
Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - FOTO - VİDEO
Hadisə, Sosial / 15.11.2023 13:17
“Allahverdi rayonu – Daşların yaddaşına yazılmış tarix” – ANONS
Hadisə, Siyasi / 14.11.2023 20:04
Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 14.11.2023 18:50
“Ermənilər bu əraziyə “Əraməni” demək üçün Abbasilərə rüşvət təklif ediblər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni, Siyasi / 14.11.2023 13:22
İrəvanın gerçək tarixi – azərbaycanlıların silinməz izi – ANONS - VİDEO
Müsahibə / 13.11.2023 20:36
“Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” – MÜSAHİBƏ - VİDEO
Dünya, Təhlil / 13.11.2023 16:22
İranın sınaqdan çıxmayan vasitəçiliyi – yeni anti-Azərbaycan kampaniyası – TƏHLİL - FOTO
Gündəm / 12.11.2023 00:03
Bu gün Konstitusiya Günüdür
Siyasi, Təhlil / 09.11.2023 20:05
Ermənistanda türklərə qarşı vuruşanların abidələri uçurdulur - FOTO
Mətbuat / 09.11.2023 12:24
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Futbol Turniri MƏTBUATDA
Gündəm / 09.11.2023 00:41
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO - VİDEO
Gündəm, Hərbi / 08.11.2023 20:15
“Bu Zəfər Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açır” - FOTO - VİDEO
Gündəm / 08.11.2023 00:02
Bu gün Şuşa Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
Gündəm / 08.11.2023 00:01
Azərbaycanda Zəfər Günü qeyd olunur - FOTO
Gündəm, Təhlil / 07.11.2023 20:38
Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq - FOTO
Siyasi / 07.11.2023 19:24
“Ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir” - VİDEO
Dünya, Təhlil / 07.11.2023 14:21
Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO
İdman, Maraqlı / 07.11.2023 10:57
Jurnalistlərin Xatirə Turnirində final günü – FOTO və TELEŞƏRH - VİDEO
Müsahibə / 06.11.2023 22:46
“Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar” – MÜSAHİBƏ - FOTO
İdman / 06.11.2023 09:00
Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO
İdman / 05.11.2023 23:56
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başa çatdı - FOTO - VİDEO
Gündəm, İdman / 04.11.2023 11:02
Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?
Maraqlı, Sosial / 03.11.2023 20:00
“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO - VİDEO
Maraqlı / 03.11.2023 13:38
“Qafanda yaşamaq istəyirəm”- Rəşad Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO