Maraqlı 08.12.2023 20:38

“Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kənd sakini Arifə Əhmədovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərini xatırladıb, iki dağın arasında yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb: “Orta məktəb illərində rus dili çox az tədris edildi. Ermənilər məqsədli şəkildə bizim kəndə nə rus dili, nə də ingilis dili müəllimi göndərmirdilər. Bizə bir il erməni dili tədris edildi. Erməni dili dərsində heç kim oturmurdu”.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində bütün qonşular, tayfalar küsülülər olmadan hamı böyük bir tonqal qalayardı, hamı o tonqalın ətrafına yığışardı.

A.Əhmədova məcburi deportasiyalar zamanı ailəsinin çox acı günlər yaşadığını söyləyib: “Rəhmətlik anam deyirdi ki, 1918-ci ildə kəndə ermənilər hücum edəndə biz təndirə girdik, qonşular üstümə ağır daş qoydular ki, balaca qız uşaqlarını güllələməsinlər, onları qılınclamasınlar. Ermənilər kəndə girib insanları quyuya doldurub üstünü daşlayıblar.

1988-ci ildə də biz kənd avtobusları ilə rayona gedirdik. Ermənilər avtobuslara hücum edirlər, daşlayırdılar. Kənddə rus ordusu var idi. Rus komandir bizə 3 gün vaxt verdi və dedi ki, bu müddətə buranı tərk etməsəniz ermənilər girib sizi güllələyəcəklər. 1988-ci ilin noyabr ayında hamı yavaş-yavaş ailəsini Göyçədən, kəndlərdən çıxarmağa başladı. Biz Kəlbəcərə gəldik, Dalqılınclı kəndində sığındıq. Hərə bir yerə dağıldı, pərən-pərən düşdük”.

Qaçqınlıq həyatının çətin olduğunu, Vətənə qayıtmaq ümidini hələ itirmədiklərini vurğulayan A.Əhmədova uluların qəbri olan torpaqlara mütləq dönəcəklərinə əminliyini söyləyib: “Ora bizim əzəli torpağımızdır. Bizim oarda babamız, nənəmiz, anamız doğulub. Orada erməni olmayıb. Hər bir insan istəyir ki, öz torpağında, öz Vətənində yaşasın, orada böyüsün, inkişaf etsin, onun nəsli-kökü davam etsin, orada ölsün. Mən 35 ildir atamın məzarını ziyarət edə bilmirəm. Hər kəs o torpağın həsrətindədir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 8-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Müsahibə / 08.12.2023 20:38
“Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” - FOTO - VİDEO
Dünya, Təhlil / 08.12.2023 16:19
Rəsmi Bakı-İrəvan yaxınlaşması – sülhə aparan açıqlama – TƏHLİL
Dünya, Təhlil / 08.12.2023 15:50
“Erməni yazıçısı: Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” - FOTO - VİDEO
Gündəm, Maraqlı, Müsahibə / 08.12.2023 13:28
“Sinifdə hamımız erməni dili dərsindən qaçırdıq” – Arifə Əhmədovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 07.12.2023 14:42
Ermənilər: “Paşinyanı hakimiyyətdən məhrum etməliyik” – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 06.12.2023 20:07
“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan - FOTO - VİDEO
Siyasi / 06.12.2023 12:16
Çar Rusiyasının Basarkeçər planı – ANONS - VİDEO
Dünya, İqtisadi / 05.12.2023 20:13
“Ermənilər: “Rusiya Ermənistandan qisas alır” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 05.12.2023 18:59
“Karen Dəmirçyan azərbaycanlılarla bağlı həqiqəti dediyi üçün güllələnib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Siyasi / 05.12.2023 14:24
Ermənilər yeni “qucaq” axtarır” – ANONS - VİDEO
Siyasi, Sosial / 05.12.2023 13:18
“Ağıllı ermənilər Göyçə və Zəngəzur kəndlərini tərk edirlər” – ANONS - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 04.12.2023 20:09
“Daşnaklardan müdafiə olunmaq üçün miili hökumətdən yardım istənilib”- MÜSAHİBƏ - FOTO - VİDEO
Hadisə, Maraqlı / 03.12.2023 19:55
İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü - FOTO - VİDEO
Mədəni, Sosial / 02.12.2023 23:48
“Yolumuz Qərbi Azərbaycandır” adlı tədbir keçirilib - FOTO
Mədəni / 02.12.2023 21:07
Göyçənin 1905-ci ildə yandırılan kəndi - FOTO - VİDEO
Gündəm, Mədəni / 01.12.2023 20:00
“1987-ci ildə məni ermənilər İrəvanda öz evimizə qeydiyyata salmadılar”
Gündəm, Maraqlı / 01.12.2023 13:32
“Qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” – Tamerlan Əliyevin həyat hekayəsi – ANONS - VİDEO
Mətbuat / 01.12.2023 12:50
“Medianews.az” saytına yeni baş redaktor təyin edilib
Dünya / 30.11.2023 20:33
Qərbi Azərbaycana qayıdış qaçılmazdır – Ermənistanın iddiaları alt-üst oldu - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.11.2023 14:24
Ermənilərin “qaçqınlıq nağılı” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2023 19:46
Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2023 13:35
Barana niyə Noyemberyan və Tavuş oldu? – ANONS - VİDEO
Gündəm, Siyasi / 29.11.2023 11:45
Ermənistan UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir – BƏYANAT
Siyasi, Sosial / 29.11.2023 00:34
Ardanış kənd icmasına sədr seçilib - FOTO
Gündəm, Siyasi / 28.11.2023 20:00
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 28.11.2023 19:14
“Qarabağ klanı erməni cəmiyyətində revanşizm toxumu səpir” – MÜSAHİBƏ - FOTO - VİDEO