Gündəm 12.12.2023 17:28

Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİR - FOTO - VİDEO

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir.

Rakus.az xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin, yerli və xarici dövlət və hökumət nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, ümummilli liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti anım günü ilə əlaqədar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Müasir dövlətçiliyimizin və yeni tariximizin qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq məzarı üzərinə gül dəstələri qoyulub.

DSX-nin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.

Dövlət Sərhəd Xidmətinin aparatında keçirilən tədbirdə iştirakçılar öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olublar.

Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, onun apardığı uğurlu siyasət sayəsində Azərbaycanın dünyada tanınan nüfuzlu dövlətə çevrildiyini vurğulayıblar.

Dövlət idarəçiliyində və siyasətdə hər zaman xalqına arxalanan və dövlətə xidmət etməyin xalqa xidmət etmək demək olduğunu əyani şəkildə nümayiş etdirən Ulu Öndərin təməlini qoyduğu sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Vətən müharibəsində qazanılan şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu xüsusi qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə və hissələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Tədbirin sonunda ümummilli liderin həyatından və siyasi fəaliyyətindən bəhs edən “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.

16:47

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib.

Nazirliyin kollektivi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

15:58

Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 20 il keçir. Siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimizin xilaskarına çevrilmiş ümummilli lider daim dərin rəğbətlə anılır.

İqtisadiyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı ulu öndərin uzaqgörən siyasəti, mütərəqqi ideyaları və Vətənə olan sonsuz sevgisinin nəticəsidir. Azərbaycan dövlətinə və xalqına misilsiz xidməti ilə milli etalona çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev tarix boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq.

14:55

Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Bu barədə XİN “X” hesabında məlumat yayıb.

Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

13:27

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbər heyəti, Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

SHXÇDX rəisi Mürsəl İbrahimov və qurumun əməkdaşları  ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə çiçəklər düzüblər.

13:17

Səhiyyə Nazirliyinin rəhbər şəxsləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Ümummilli liderin vəfatının 20-ci ildönümü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumları tərəfindən Bakı şəhərində və respublikanın bölgələrində tədbir və beynəlxalq elmi-praktik konfranslar keçirilib.

Ümummilli lider Heydər Əliyev Azərbaycan səhiyyəsinə və tibb işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz ulu öndərin adı ilə bağlıdır.

12:29

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi və xidmət əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.

XRİTDX rəisi general-leytenant İlqar Musayev və xidmət əməkdaşları ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsi böyük ehtiramla yad ediblər.

Onlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

12:15

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.

Baş prokuror Kamran Əliyev və qurumun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsi böyük ehtiramla yad ediblər.

12:00

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər

Müasir dövlətçiliyimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanı ziyarət edib.

Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

11:33

 

Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Ziyarət zamanı, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

11:05

Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar iştirak edirlər.

Rakus.az xəbər verir ki,  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

10:23

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin rəhbəri Bahar Muradova və Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət ediblər.

Rakus.az xəbər verir ki, rəsmilər ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyublar.

09:47

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ziyarət başlayıb.

Rakus.az xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi Hikmət Hacıyev, digər dövlət və hökumət rəsmiləri, o cümlədən müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərəm Vəliyev, daxili işlər naziri Vilayət Eyvazov, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Foto Oxu.az

XƏBƏR LENTİ
Elm və təhsil, Müsahibə, Siyasi, Video müsahibə / 12.12.2023 19:12
“Azərbaycanlı həkimlərin Ermənistanda işləməsinə imkan vermirdilər” – MÜSAHİBƏ
Gündəm / 12.12.2023 17:28
Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİR - FOTO - VİDEO
Siyasi / 12.12.2023 14:05
“Ermənilərin riyakarlığı hələ ana bətnində yaranır” – ANONS
Müsahibə, Siyasi / 12.12.2023 12:46
“Vətənindən qovulan insan heç vaxt Vətənini unutmaz” – ANONS
Gündəm / 12.12.2023 10:00
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO - VİDEO
Gündəm / 12.12.2023 00:01
Ümummilli lider Heydər Əliyevin anım günüdür
Müsahibə, Video müsahibə / 11.12.2023 21:20
“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 11.12.2023 14:01
“Qarabağ erməniləri “miatsum” nağıllarından xilas ola bilmirlər” – BƏYANAT
İdman / 11.12.2023 13:02
Azərbaycanın futbolçu vəkilləri İtaliyada çempion olub - FOTO
Gündəm, Siyasi / 11.12.2023 11:58
QAİ-dən sabiq nazir Vardan Oskanyana TUTARLI CAVAB
Siyasi, Sosial / 11.12.2023 09:29
Ardanış Kənd İcmasında yeni şuralar yaradılıb – SİYAHI
Elm və təhsil, Maraqlı / 10.12.2023 19:53
Ölüm Hökmünə dözməyib ürəyi partlayan Qərbi azərbaycanlı - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 09.12.2023 20:11
Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi - FOTO - VİDEO
Maraqlı, Müsahibə / 08.12.2023 20:38
“Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” - FOTO - VİDEO
Dünya, Təhlil / 08.12.2023 16:19
Rəsmi Bakı-İrəvan yaxınlaşması – sülhə aparan açıqlama – TƏHLİL
Dünya, Təhlil / 08.12.2023 15:50
“Erməni yazıçısı: Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” - FOTO - VİDEO
Gündəm, Maraqlı, Müsahibə / 08.12.2023 13:28
“Sinifdə hamımız erməni dili dərsindən qaçırdıq” – Arifə Əhmədovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 07.12.2023 14:42
Ermənilər: “Paşinyanı hakimiyyətdən məhrum etməliyik” – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 06.12.2023 20:07
“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan - FOTO - VİDEO
Siyasi / 06.12.2023 12:16
Çar Rusiyasının Basarkeçər planı – ANONS - VİDEO
Dünya, İqtisadi / 05.12.2023 20:13
“Ermənilər: “Rusiya Ermənistandan qisas alır” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 05.12.2023 18:59
“Karen Dəmirçyan azərbaycanlılarla bağlı həqiqəti dediyi üçün güllələnib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Siyasi / 05.12.2023 14:24
Ermənilər yeni “qucaq” axtarır” – ANONS - VİDEO
Siyasi, Sosial / 05.12.2023 13:18
“Ağıllı ermənilər Göyçə və Zəngəzur kəndlərini tərk edirlər” – ANONS - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 04.12.2023 20:09
“Daşnaklardan müdafiə olunmaq üçün miili hökumətdən yardım istənilib”- MÜSAHİBƏ - FOTO - VİDEO
Hadisə, Maraqlı / 03.12.2023 19:55
İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü - FOTO - VİDEO