Maraqlı 20.12.2023 20:55

Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsg İbrahimovun müəllifliyi ilə ermənilərin izitirmə siyasətinin hədəfinə çevrilən və tarixi danılması mümkün olmayan məkanlardan biri Cəlaloğlu rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qızılbaşlar tayfasının mənsub olduğu rayon” adlı süjetdə ermənilərin Qafqaza ayaq basmasından sonra region xalqlarına aid tarixi gerçəklikləri daim total şəkildə təhrif etməsindən, bu çirkin əməlin indiki Ermənistan adlandırılan dövlətdə  ənənəyə çevrilməsindən bəhs olunur.

Qeyd olunur ki, Rusiyanın İrəvan xanlığını 1828-ci ildə işğal etməsindən sonra ermənilər kütləvi şəkildə buraya köçürülüb və əhalinin tərkibi dəyişdirilməyə başlayıb: “Cəlaloğlu rayonu indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeçiliyinə keçib. Bu ərazidə sovet dövründən başlayaraq oğuz-türklərinə aid olan bütün toponim və hidronimlərin erməniləşdirilməsi əməliyyatına başlanılıb. Cəlaloğlu adı da dəyişdirilərək erməni bolşevik Stepan Şaumyanın şərəfinə Stepanavan adlandırılıb.

Diqqətə çatdırılır ki, rayonda mövcud olan 60 yaşayış məntəqəsinin əksəriyyətində azərbaycanlılar məskunlaşıb və 1988-ci ildə Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və digər yaşayış məntəqələrini məcbur tərk ediblər. 1995-ci ildə ləğv edilən Stepanavan rayonunun ərazisi yeni təşkil edilən Loru mərzinə qatılıb və rayon üzrə 12-dən çox yer adları dəyişdirilib.

Sonda vurğulanır ki, oğuz-türk məkanlarının ermənilərin izitirmə siyasətinin hədəfinə çevrilməsi heç kim üçün sirr deyil: “Təbii ki, qədim türk yurdlarını dünyaya öz ərazisi kimi sırıyan ermənilərin toponimlərimizi terror hədəfi seçməsinin qarşısını almağın vaxtı çoxdan çatıb. Əminik ki, Qərbi azərbaycanlılar doğulub yaşadıqları  məkana yenidən qayıtmaqla tarixi torpaqlarımızı erməni əsarətindən xilas edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında dekabrın 20-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”
Siyasi, Sosial / 20.12.2023 12:54
Cəlaloğlu niyə Stepanavan oldu? – ANONS - VİDEO
Siyasi / 20.12.2023 10:30
İrəvanın növbəti riyakarlığı – QAİ bəyanat yaydı
Elm və təhsil, Sosial / 19.12.2023 22:58
Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir? - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 19.12.2023 19:05
“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 19.12.2023 17:04
Paşinyanın yalanları və səfirlərə “əriştə qonaqlığı” – TƏHLİL - FOTO
Elm və təhsil, Sosial / 19.12.2023 13:57
Baba Hacı məqbərəsi – harmoniya simvolu – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 19.12.2023 13:38
“Ermənilərin Bakı və ya Tiflis iddiası” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 18.12.2023 21:53
“Ermənilər məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetiriblər”- MÜSAHİBƏ - FOTO - VİDEO
Texnologiya / 18.12.2023 19:53
“Report” və “Baku TV-Ru” “NETTY 2023” mükafatının qalibi olub - FOTO
Dünya, Təhlil / 18.12.2023 17:01
Avropa İttifaqının nüfuzuna ziyan vuran Fransa – TƏHLİL
Elm və təhsil, Maraqlı / 16.12.2023 20:56
Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi - FOTO - VİDEO
Siyasi, Təhlil / 16.12.2023 10:01
Səksən ildir dinc həyat tərzi sürməyən fələstinlilər – TƏHLİL - FOTO
Elm və təhsil, Hadisə, Sosial / 15.12.2023 20:12
“Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 15.12.2023 14:44
“Ermənilərdən torpaq sahibi olmaz” – Sudif Fətəliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi, Sosial, Təhlil / 14.12.2023 20:38
“Sülh donuna” bürünmüş Ermənistan genişmiqyaslı təxribat hazırlığı aparır - FOTO - VİDEO
Dünya, Təhlil / 14.12.2023 16:31
Əsirlərin mübadiləsi – etimad mühitinin faydası – TƏHLİL
Siyasi, Təhlil / 14.12.2023 12:40
Ermənistanın Zəngəzurda müharibə hazırlığı – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 13.12.2023 20:47
Çar Rusiyasının çirkin Böyük Qarakilsə planı - FOTO - VİDEO
Sosial / 13.12.2023 14:03
Adı 3 dəfə dəyişdirilən rayon – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.12.2023 20:16
Erməni nağılçı: “Əsl qurtuluş daxildən başlamalıdır, çünki biz daxildən xəstəyik” - FOTO - VİDEO