Sosial 25.12.2023 16:59

Əmirxeyir kənd icmasının təsis iclası olub - FOTO

Qərbi Azərbaycan İcması (QAİ) Çəmbərək (Krasnoselski) rayonu Əmirxeyir kənd icmasının Sumqayıt şəhərində təsis iclası baş tutub. 

Rakus.az xəbər verir ki, tədbir Sumqayıt şəhər 16 saylı orta məktəbin akt zalında keçirilib.

Yığıncağı kənd ziyalısı, Fizik üzrə fəlsəfə doktoru, Suraxanı rayonu keçmiş İcra başçısı, professor Darvin Ağamalıyev açıb.

Darvin Ağamalıyev

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən Vətən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

D.Ağamalıyev həmkəndlilərini QAİ-nın  nizamnaməsinə uyğun olaraq  Əmirxeyir kənd icmasının sədri kimi Məmməd Qələndərlini toplantı iştirakçılarına təqdim edib..
Sonra çıxış üçün söz  Çəmbərək rayon icma sədrinin müavini Tanrıverdi Mustafayevə verilib. T.Mustafayev QAİ İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və  Çəmbərək rayon icmasının sədri Əvəz Ələkbərovun  salamlarını iştirakçılara çatdıraraq yeni sədri təbrik edib. O, ötən il 24 dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  doğum günündə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü xatırladıb, önəmli addımların atıldığını qeyd edib. Öz tarixi dədə-baba yurdlarından qovularaq deportasiyaya və soyqırıma məruz qalmış soydaşlarımızın  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması üzrə müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.
Tibb elmləri doktoru, Tibb universitetinin prorektoru, şöhrət ordenli professor Sabir Əliyev çıxış edərək, kəndinin adət-ənənələrindən, Əmirxeyir kəndinin 80 evdən ibarət olmasına baxmayaraq, oradan 50-dən yuxarı elimlər namizədi, 10 nəfər professor, alim, 2 general və 2 hakim  çıxdığını qeyd etdi. Erməni xislətindən və şərindən danışan professor əlavə etdi ki, onlar çox hiyləgər millətdilər. Ona görə də hər zaman erməni məsələsində ayıq-sayıq olmalıyıq.
Daha sonra çıxış edən Qərbi Azərbaycanİcması Sumqayıt nümayəndəliyinin İdarə Heyyətinin üzvü Akif Şahbazov öz adından və  Sumqayıt təşkilatının sədri Ramiz İsmayılovun adından salamlarını  Əmirxeyir camaatına çatdırıb yeni təyinata uğurlar dilədi.

Akif Şahbazov 

A.Şahbazov da digər çıxışçılar kimi ermənilərin Azərbaycan türklərinə qarşı diskriminasiya siyasətindən danışaraq, bir əsirdə dörd dəfə tarixi torpaqlarımızdan qaçqın düşmənin səbəbləri və ermənilərə havadarlıq edən böyük güclərin çirkin siyasəti barədə ətraflı məlumat verdi, O bildirdi ki, qaçqınlıq çox ağır dərddir. Gecə yuxusunda ata-babalarımızı gördükdə belə səhər onların məzarlarını ziyarət edə bilmirik, Amma  dövr dəyişib. Azərbaycanın güclü dövlətçilik ənənəsi mövcuddur. Ölkəmizin İlham Əliyev kimi dəmir iradəli sərkərdəsi var, Artıq Azərbaycan öz sözünü beynəlxalq təşkilatlar müstəvisində deyir. Sadalanan amillər isə bizim öz doğma torpaqlarımıza qayıdacağımıza əminlik yaradır.
Əmirxeyir kənd icmasının yeni təyin olunan sədri Məmməd Qələndərli Əmirxeyir kənd sakinlərini və tədbirə qatılan qonaqları salamlayaraq, Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, deputat Əziz Ələkbərliyə göstərdiyi etimada görə təşəkkür etdi.
Eyni zamanda O  iclasın bu səviyyədə təşkili üçün göstərdikləri dəstəyə görə Darvin Ağamalıyevə,  İş adamı Zahid Aslanova və digər əməyi keçənlərə minnətdarlığını bildirdi.
M.Qələndərli bildirdi ki, tədbirin Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə tədbir keçirməsinin xüsüsi önəmi var. Belə ki, 1988-ci ildə Qərbi Azərbaycan türkləri öz doğma yurdlarından deportasiya olunarkən 16 saylı məktəb bizim Əmirxeyir kənd müəllimləriə qucaq açdı.
O cümlədən: Qələndərov Əsəd Məmməd oğlu, Abdullayev Tanırverdi Məhəmməd oğlu və Şükürov Hidayət Allahverdi oğlu sözugedənməktədə dərs demişdirlər.

Fürsətdən İstifadə edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Kamandan cənab İlham Əliyevin sabahkı ad gününü Əmirxeyir kənd İcması adından təbrik edirəm deyən, Əmirxeyir kənd icmasının sədri, əlavə etdi ki,  “bu günkü İclasın başlıca məqsədi Əmirxeyir kəndinə qayıtmağımız uğrunda mübarizə aparmaq olmalıdir. Bu mübarizədən heç vaxt geri çəkilməyəcəyik”. Sonda M.Qələndərli hərkəsi bu müqəddəs mübarizəyə qoşulmağa dəvət edərək, üzərinə düşən işin öhdəsindən layiqincə gələcəyini bəyan etdi.

Məmməd Qələndərli

Çıxış edən kənd icmasının digər üzvləri də M.Qələndərliyə uğurlar arzulayaraq ona dəstək verəcəklərini dilə gətirdilər.
Kənd icmasının işinin effektiv olması üçün İdarə Heyəti, Ağsaqqalar və Qadınlar Şurası, Gənclər Birliyi, Mətbuat Xidməti və Nəzarət Təftiş Komissiyası yaradıldı.
Sonda Çəmbərək rayon Əmirxeyir kənd icması nümayəndələri ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, xatirə şəkli çəkdirdilər.


















XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO