Siyasi 26.12.2023 21:07

“Basarkeçərdə erməni vandalizmi” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Basarkeçərdə erməni vandalizmi” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə 2022-ci ildə Ermənistanın 70-dən çox ziyalısı baş nazir Nikol Paşinyana açıq məktubla Azərbaycanla sülh gündəliyindən bir addım belə kənara çıxmamaq və ərazi məsələlərini unutmaq xahişi ilə edilən müraciətdən, eləcə də antropoloq, miqrasiya və millətçilik üzrə mütəxəssis Yeviya Hovanesyan Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunda  erməni vandalizmindən bəhs olunur.

Bildirilir ki, müraciət edənlərin arasında antropoloq, miqrasiya və millətçilik üzrə mütəxəssis Yeviya Hovanesyan da var.

O, tədqiqatlarında Qərbi Azərbaycanda azərbaycanlıların köçürülməsindən sonra məskunlasan ermənilərin vandalizm addımlarını cəsarətlə göstərir, daxilən erməni saxta ideologiyası ilə zəhərlənsə də, gerçək olan tarixi mədəniyyət antropoloqu kimi gizlədə bilmir.

Göyçə ərazisinə köçən ermənilərdən bəhs edən araşdırmaçı deyir: “Ermənistan ərazisində apardığım araşdırmalar əsasən Vardenis bölgəsinə aiddir, çünki qaçqınlar gedənə qədər bölgə əhalisinin təxminən 70 faizini azərbaycanlılar təşkil edirdi və təbii ki, onlar köçüb getdikdən sonra gələn ermənilər keçmiş Azərbaycan kəndlərində məskunlaşdılar. Təbii ki, qaçqınlar, bu evləri qismən tikməyə, qismən təmir etməyə başlayıblar. Amma demək olmaz ki, bu evlər tamamilə dəyişdirilib və orada hər hansı Azərbaycan elementinə rast gəlmək mümkün deyil. Əlbəttə, bu belə deyil. Bu gün də Vardenis bölgəsinə gedib kifayət qədər belə elementlər görmək olar”.

Y.Hovanesyan digər bir mühüm məsələ- qəbiristanlıqların və ümumilikdə müqəddəs yerlərin dəyişikliklərə məruz qalması ilə bağlı da vurğulayıb ki, bu, fiziki məkanda inteqrasiyanın necə baş verdiyini açıq şəkildə göstərir: “1990-cı illərdə bu qəbiristanlıqlar müxtəlif müdaxilələrə məruz qalıb, məzar daşları sındırılıb, sırf əylənmək üçün və ya ərazinin sahibinin kim olduğunu göstərmək üçün məzar daşları tapança ilə güllələnə bilərdi. Amma konkret Vardenis (Basarkeçər) bölgəsindəki qəbirlər əsasən bərbad vəziyyətdədir”.

Diqqətə çatdırılır ki, Basarkeçər bölgəsində demək olar ki bütün kəndlərdə qədim türk məzarlıqları var idi: “1988-ci ildən sonra bütün Qərbi Azərbaycanın kəndlərində tarixi Azərbaycan izləri silinib. Eməni tədqiqatçısı Basarkeçərin timsalında bu vandalizmi və tarixə qarşı cinayət və saxtalaşdırmanı göstərir”.

Sonda qeyd olunur ki, bu gün azərbaycanlıların öz tarixi yurdlarına qayıdışından narahat olan Ermənistan həm də törətdiyi vandalizm əməllərinin üzə çıxacağından qorxur: “Qədim yaşayış məkanlarımıza qayıtmaq ilə bərabər, orada olan minillik mədəni irsimizi də dirçəltmək vəzifəsi qarşımızda durur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 26-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO