Gündəm 05.01.2024 20:08

“Erməni müəllim dedi ki, sənə qiymət yazmayacam, çünki sən türksən” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Atam itkin düşən bacısını 1962-ci ildə Türkiyədə tapdı” adlı buraxılış qədim İrəvan şəhər sakini Mübariz Tağıyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərində oynadıqları oyunlardan, musiqiyə olan marağından söz açıb: “Atam kaman ustası idi. Ancaq məni o alət nəsə uşaqlıqdan cəlb etmirdi, axtarışda idim. Mənə estrada musiqisi daha yaxın idi. Ona baxmayaraq bizim evdə bütün vaxtlarda həmişə muğam səslənib. Atamı İrəvanda çox yaxşı tanıyırdılar. Yaxşı sənətkar idi. Mənə hər bir şeyi öyrədirdi”.

Onun sözlərinə görə, orta məktəbdə və gənclik illərində rok musiqisi ilə məşğul olub, üzgüçülükdə uğurlar qazandığı üçün İrəvanda İdman İnstitutuna qəbul olunub: “Orada erməni psixoloq  müəllim var idi, dedi ki, sən burada oxuya bilməzsən, sənə qiymət yazmayacam, çünki sən türksən. Düz 11 dəfə zaçot yazmadı, məni təhqir etdi. Onu yumruqla vurdum və oranı tərk etdim”.

M.Tağıyev İrəvanın girişində olan türbəni, Təpəbaşı (Kond) məhəlləsini xatırladıb: “Orada azərbaycanlı evləri, məscidlər var idi. İrəvanda 11-ə yaxın məscid olub. Bizim məktəbin düz yanında  məscid var idi. Gördük ki, barelyef kimi böyük bir daşın üstündə Andranikin şəkilidir, ancaq onun adını yazmayıblar. Gətirdilər onu ora qoydular. Rəhmətlik nənəm əlimdən tutub məni o məscidə aparırdı.  Sonra onu da dağıtdılar, kül etdilər”.

İrəvan sakini erməni qırğınından, deportasiyadan və ailəsinin doğma evlərini necə tərk etməsindən danışıb: “1915-ci ildə daşnaklar talanlar ediblər. Babamın baqqal dükanını dağıdıb kül ediblər. Nənəm həmişə  deyirdi ki, Züleyxa qızım o qırğnlar vaxtı itkin düşüb. Onu 1962-ci ildə atam Türkiyədə tapdı. O vaxt qonşu öz uşaqları ilə bir yerdə qızı götürüb aparıb və sonra sərhəd qapısı bağlanıb. Deportasiyanı ermənilər azərbaycanlıları məcbur köçürmək üçün edirdilər. Ermənistan Dövlət Estrada Orkestrı ilə Abovyan, Yurmala şəhərində konsertlər zamanı daşnak ermənilər ifama maneələr törədir, narazılıq edirdilər. Nəhayət, atam mən əsgərliyə gedəndən sonra 1973-cü ildə  ailəmizi Bakıya köçürdü”.

O, 20 ilə yaxın Bakıda Mahnı Teatrında işlədiyini, həyata yenidən başlamağın asan olmadığını deyib: “Mən Bakıya alışa bilmirdim. Çünki İrəvan Vətənim idi, orada doğulub böyümüşəm. Hərdən bir fikirləşirdim ki, bir anlığa gedəydim, heç olmasa nənəmin, hansıki məni böyüdüb, gedəydim o qəbri görəydim, qardaşımın, babalarımın qəbrini görəydim. Sonra xəbər gəldi ki, oranı tarımar ediblər, qəbir yoxdu, hər bir şey şumlanıb. Vətənimizə qayıtmalıyıq ona görə ki, o bizim torpaqlardı, bizim Vətəndi. Ora uydurma, düzəldilmiş ermənilərin deyil. İrəvan şəhəri tarixən Azərbaycanındı. 44 günlük müharibə bizim qeyrət-namusumuzu qaytardı. Bu Vətənə qayıdış yüz faiz olacaq. Mən buna yüz faiz əminəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 5-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO