Siyasi 11.01.2024 13:53

İlham Əliyevin ismarışı – İrəvanın sülh prosesində qeyri-ciddiliyi – TƏHLİL

Prezident İlham Əliyev ötən gün Azərbaycanın vətəndaşlarına, rəsmi Bakının dostlarına, düşmənlərinə, rəqiblərinə və bütövlükdə dünyaya bir sıra istiqamətlərdə ismarışlar verib. Onların arasında Ermənistan cəmiyyətinə, ona rəhbərlik edənlərə və havadarlarına ünvanlanan mesajlar da var.

Əvvəllər olduğu kimi rəsmi İrəvan Bakı ilə normallaşma prosesi istiqamətində əməli addımlar atmaqdansa yenə mücərrəd, avantürist və spekulyativ açıqlamalar verirlər. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan yanvarın 10-da iddia edib ki, Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində müəyyən tənəzzül var. Bununla belə o, bir sıra digər sahələrdə müəyyən irəliləyiş gördüklərini də bildirib. Yaxud Ermənistan parlamentinin Təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasının nümayəndəsi Sarkis Xandanyan söyləyib ki, guya rəsmi Bakı İrəvanla birbaşa danışıqlarla bağlı təklif irəli sürməyib. Habelə bir müddət əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, təklifdə ölkəsinin ərazi bütövlüyünə təminat məsələsi yoxdur. Bu onların sülh sazişinin, imzalanmasına, bütövlükdə isə iki ölkə arasında normallaşma prosesinə maneədir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına 2 saat yarımlıq müsahibəsində ad çəkmədən Ermənistan rəsmilərinin bu və ya başqa iddialarına cavab verib, yeni ismarışlar göndərib.

Dövlət başçısı 2023-cü il sentyabr ayında həyata keçirilən antiterror tədbirlərindən sonra həm BMT-də, həm də Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyinə, Bakının böyük təzyiqlər altına düşəcəyinə dair Ermənistana vədlər verildiyini qeyd edərək deyib: “Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, – çünki burada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mətnlər göndərilir şərhlərlə, – cavab vermirdi”.

Prezident bununla Ermənistan hakimiyyətinin yenə prosesə deyil, kənar qüvvələrə, havadarlarına fokuslandığını işarə edib: “Onu da bildirməliyəm ki, biz onlardan fərqli olaraq öz şərhlərimizi 70 gündən sonra yox, 30 gündən sonra göndərdik və ondan iki həftə sonra onlar, bax bu ayın 4-də yeni şərhlər göndərdilər. Yəni, yenə də sual yaranır: Əgər bu şərhləri iki həftə ərzində vermək olarsa, sən keçən dəfə 70 gün nəyi gözləmisən? Yəni, mənim fərziyyəm tam sübuta yetirilir”.

Dövlət başçısı bu ismarışı ilə İrəvanın sülh prosesində qeyri-ciddiliyini ortaya qoyub.

Ermənistanın Bakının təkliflərinə cavabı iki aydan çox yubatması onun havadarları ilə məsləhətləşmələr aparmasından, havadarları və erməni lobbisinin əlaqələri ilə rəsmi Bakıya təzyiqlərin artırılacağına arxayınlıqdan irəli gəlir. Prezident İlham Əliyev Ermənistan hakimiyyətinə və havadarlarına Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyac olmadığını da çatdırıb. O vurğulayıb ki, bu, iki suveren dövlət arasında imzalanacaq sənəd olacaq: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

Ermənistan cəmiyyətinə yenə bir sıra havadarları boş vədlər verir, onu Azərbaycana qarşı hazırlayırlar. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirləri Fransa və Hindistan hakimiyyətlərinin İrəvanı silahlandırmasına, İran rəsmilərinin Zəngəzur yoluna dair açıqlamalarına cavab da saymaq olar. Dövlət başçısı Ermənistan rəhbərliyinə, beynəlxalq aktorlara bir dəqiqədə düyməyə basıb, bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayıb: “Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.

Zəngəzur yolu ilə bağlı açıqlamalar verən, Ermənistanın ərazi bütövlüyü ilə bağlı canfəşanlıq edənlərə Azərbaycan Prezidenti qəti ismarışını çatdırıb: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”. İlham Əliyev qeyd edib ki, əks halda Ermənistan əbədi dalan kimi qalacaq: “Dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında sərhəd, ərazi məsələsinə dair iddiaları da cavablandırıb. O, Ermənistan hakimiyyəti və onun sponsorlarının 1970, 1975, 1990-cı illərin xəritələri ilə bağlı müxtəlif çıxışların açıq şəkildə cavablandırıb: “Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir…”.

Dövlət başçısı bununla da Azərbaycan Respublikasının xəritəsinə dair bəzi dairələrin ortaya atmağa cəhd göstərdikləri mübahisələrə də aydınlıq gətirib. Çünki Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir: “Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, – şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən, – mən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tuturam, – 86,6 min kvadratkilometrə düşdü”.

Dövlət başçısı bu məsələdə qriqoryanların və “Ermənistan plyusların” ərazi məsələsi ilə bağlı iddialarını da cavablandırıb. Prezident Ermənistanın Azərbaycanla heç vaxt sərhəd çəkmədiyinə işarə edərək deyib : “Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır”.

Odur ki, Respublikanın ərazisi ilə bağlı tarixi ədalətsizliyin aradan qaldırılması məsələsi yenidən gündəliyə çıxarılır.

Beləliklə, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın normallaşma və sülh prosesinə sadiq qaldığını, qaranlıq, ətrafında qalmaqal və şou yaradılan məsələlərə açıq-aydın münasibət bildirib. O, bununla həm də Azərbaycan cəmiyyətinin gələcək hədəflərini açıqlayıb.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO