Siyasi 16.01.2024 14:39

“Qərbi azərbaycanlılar Xankəndiyə köçürülsünlər” – TƏKLİF

Yanvarın 15-də İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin təşviqatına start verilib. Namizədlərdən Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Elşad Musayev, Fuad Əliyev, həmçinin Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Tahir Budaqov, Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli dəyirmi masa formatında çıxış edərək öz fikirlərini səsləndiriblər.

Prezidentliyə namizədlərin ilk debatında E.Mirzəbəyli bildirib ki, gələcəkdə milli zəmində qarşıdurmaların baş verməməsi üçün ermənilərin Ermənistanda, azərbaycanlıların Azərbaycanda yaşaması istiqamətində rəsmi İrəvan və beynəlxalq tərəfdaşlarla danışıqlar aparılmalıdır. Ermənistanın ötən əsrdə dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirdiyini, Qərbi Azərbaycan ərazisindən soydaşlarımızı zorakı yolla deportasiya etdiyini diqqətə çatdıran səlahiyyətli nümayəndə indiki şəraitdə ermənilərə etimad göstərməyin qeyri-mümkün olduğunu vurğulayıb. O, bu istiqamətdə bir sıra addımlar atılmasının zəruriliyini dilə gətirib. Bildirib ki, Xankəndidən olan 16 min məcburi köçkünlə yanaşı, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız da öz tarixi torpaqlarına qayıdana qədər Xankəndi şəhərində, eləcə də ermənilərin köçüb getdiyi bir sıra yaşayış məntəqələrində köçürülsünlər.

İrəli sürülən bu təkliflə bağlı fikirlərini Medianews.az-a bölüşən deputat Sahib Alıyev bildirib ki, vaxtilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız yanlışlıqla Qarabağda və ətraf rayonlarda məskunlaşdırılmayıb.

Deputatın sözlərinə görə, buna səbəb həmin dövrdə milli hisslərdən uzaq şəxslərin Azərbaycana rəhbərlik etməsi olub: “Mənim nəzərimdə mühit itkisi torpaq itkisindən heç də az ağrılı itki deyil. Qərbi Azərbaycanda etnik təmizləməyə uğrayanlar sadəcə torpaq itkisi ilə deyil, həm də mühit itkisi ilə üzləşiblər. Əgər söhbət sadəcə Göyçə mahalından gedərsə, bu, elə bir mühit itkisidir ki, orada Aşıq Ələsgər kimi dühalar yetişib. Eyni zamanda, İrəvan ziyalı mühiti, Zəngəzur, Ağbaba, Dərələyəz mühitləri var. Bunlar hər bir xalqın potensialının formalaşmasında çox mühüm rol oynayan dəyər mənbələridir. Ona görə də zamanında o insanlar etnik təmizləmə ilə üzləşərkən Azərbaycana rəhbərlik edən, lakin milli hisslərdən uzaq olan şəxslər həmin insanları o mühit prinsipi ilə Qarabağda məskunlaşdırmalı idilər. Lakin çox təəssüflər olsun ki, bu, baş vermədi”.

O vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunanlar öz torpaqlarına, öz yurdlarına qayıtmalıdırlar: “Bir qədər əvvəl qeyd etdiyim o mühitin itməməsi üçün Qarabağda məskunlaşma zamanında baş verməliydi. Bu nöqteyi-nəzərdən mən Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın yığcam şəkildə yerləşdirilməsinə müsbət yanaşıram. Amma məsələ burasındadır ki, Qərbi Azərbaycandan deportasiya olunanlar öz torpaqlarına, öz yurdlarına qayıtmalıdırlar. Bəhs etdiyim o mühiti yenidən tarixi torpaqlarımızda dirçəltməlidirlər. O torpaqlara bağlı olanların ilk növbədə istəkləri bundan ibarətdir. Müzəffər Ali Baş Komandanımızın da vurğuladığı kimi, biz o torpaqlara mütləq qayıdacağıq. Haylarla və ermənilərlə, yəni haylaşmış türklərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Hazırda bir çox ölkələrdə, elə qonşu Gürcüstanda da bir yerdə yaşayırlar. Ümid edirəm ki, o toplum yoluxdurulduqları ultra millətçilik xəstəliyindən xilas olacaq və bu birgəyaşayışın qaçılmazlığını anlayacaqlar”.

Alpər TURAN

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO