İdman 23.01.2024 20:16

“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Əməkdar məşqçi, boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev olub.

O, əslən İravan şəhərində doğulduğunu, indiki Ermənistanda yeniyetmə yaşlarında nüfuzlu idmançı kimi tanınmağın çətin olduğunu söyləyib: “Yeniyetmə və gənc vaxtlarımda bir çox yerli və beynəlxalq yarışlartda iştirak edirdim. Ermənilər azərbaycanlı olduğumu biləndən sonra məni “Dinamo”nun boks bölməsinə götürmək istəmədilər. Vaxt gəldi, mən Ermənistanın ən yaxşı boksçusu oldum. Məşqçi mənə ancaq çempion olandan sonra diqqət yetirdi. Azərbaycan soyadımla bağlı çətinliklərə baxmayaraq, gərgin məşqlərim qələbəyə səbəb olurdu”.

N.Abdullayev idmana gəlişində, yetişməyində və boks həyatında böyük qardaşı, güləşçi Ramiz Abdullayevin böyük rolu olduğunu söyləyib.

Onun sözlərinə görə, təhsili ilə əlaqədar doğam İrəvan şəhərini tərk edib: “Ata-baba yurdunu tərk etmək məcburi olmadı, təhsilimlə bağlı idi. İrəvan əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Hamı bilir ki, İrəvan xanlığında azərbaycanlılar yaşayıb”.

Əməkdar məşqçi ermənilər Azərbaycan boksçularının beynəlxalq turnirlərdə guya rinqə çıxmaqdan imtina etmələri barədə bəzən yalan məlumat yaydıqlarını, erməni idmançıların Azərbaycan boksçuları ilə görüşdən qaçması faktlarının olduğunu bildirib: “Boksçu və məşqçilik karyeramda ermənilərlə görüşlərin statistikasını aparmamışam. Amma bu statistikada təbii ki, qalib görünürük.  Çempion olmaq üçün aydın fərqlə qalib gəlmək lazımdır ki, qələbənə kölgə salmasınlar. Ermənilər boksda da tərəf saxlayırdılar. O vaxt Xankəndidə keçirilən yarışın final görüşündə qalib gəldim, amma  erməni soyadlı sertifikat verdilər. Biz həmişə döyüş üçün xüsusi olaraq erməni boksçuları axtarırıq. Son illərdə Azərbaycan boksçuları qalib olublar”.

O, boks üzrə milli komandanın baş məşqçisi kimi qarşıdakı bir neçə beynəlxalq yarışlara hazırlaşdıqlarını deyib.

İrəvanda hər il aprelin 24-də ermənilərin qırğınlar törətdiyini vurğulayan N.Abdullayev Qərbi azərbaycanlıların doğma yurda qayıdışından da söz açıb: “Bu, təbii  ki, gec-tez mümkün olacaq. Çünki bu tarixi reallıqdır. Əminəm ki, yurd-yuvasından qovulan azərbaycanlılar öz vətənlərinə qayıdacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 23-də saat 18:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

xxx

araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Veriliş yanvarın 23-də saat 18:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Xxx

“УЗНАВ, ЧТО Я АЗЕРБАЙДЖАНЕЦ, МЕНЯ НЕ ХОТЕЛИ БРАТЬ В СЕКЦИЮ БОКСА В «ДИНАМО» – Хроника Западного Азербайджана

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Report, собеседником ведущей Эллады Сарван был заслуженный тренер, старший тренер сборной Азербайджана по боксу Нариман Абдуллаев.

Он отметил, что родился в городе Иреван, что было сложно становиться прославленным спортсменом в юношеские годы в Нынешней Армении: “После того как армяне узнали, что я азербайджанец, они не захотели меня брать в секцию бокса «Динамо». В подростковом возрасте я участвовал во многих местных и международных соревнованиях. Пришло время, я стал лучшим боксёром Армении. Тренер обратил на меня внимание только после того, как я стал чемпионом. Несмотря на трудности, связанные с моей азербайджанской фамилией, мои интенсивные тренировки привели к победе».

Н.Абдуллаев рассказал, что большую роль в его боксерской карьере сыграл его старший брат, чемпион по борьбе Рамиз Абдуллаев.

По его словам, оставил Родину в связи с образованием: «Покинуть прародину не было обязательным, это было связано с моим образованием. Азербайджанцы составляли большую часть населения Иревана. Всем известно, что в Иреванском ханстве жили азербайджанцы».

Заслуженный тренер сообщил, что армяне иногда распространяют ложную информацию о якобы отказе азербайджанских боксеров выходить на ринг на международных турнирах, а также привел факты об избегании армянских спортсменов встреч с азербайджанскими боксерами: “За свою карьеру боксера и тренера я не проводил статистику встреч азербайджанских спортсменов с армянскими спортсменами. Но в этой статистике за последние годы мы, конечно, победители. Нужно было побеждать с явным преимуществом, чтобы стать чемпионом. Армяне в боксе тоже делали уступки своим спортсменам. Тогда я выиграл финальный матч соревнований, проходивших в Ханкенди, но мне выдали удостоверение на армянскую фамилию. Мы специально ищем армянских боксеров для борьбы. В последние годы побеждали азербайджанские боксеры».

Он отметил, что в качестве главного тренера национальной сборной по боксу, они готовятся к предстоящим международным соревнованиям.

Подчеркнув, что армяне каждый год 24 апреля совершали побои в Иреване, Н.Абдуллаев тронул тему возвращении западных азербайджанцев на родину: “Конечно, рано или поздно это станет возможным. Потому что это историческая реальность. Я уверен, что азербайджанцы, изгнанные из своих домов, вернутся на родину».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Программа вышла 23 января в 18:30 в эфире Baku TV и на YouTube-канале.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO