Təhlil 23.01.2024 17:26

Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL

İran İslam Respublikası qurulduğu vaxtdan – 1979-cu ildən həmişə gərginlik ocağı olub. 1980-ci ildə İraqla müharibənin başlanması buna nümunə sayıla bilər. Tehran hakimiyyəti siyasətini problem yaradaraq guya onu həll etmək üzərindən həyata keçirir. Bir çox hallarda elə görünür ki, sanki İran bütün tərəflərlə əlaqə saxlayır, yaxud buna cəhd göstərir.

İslam Respublikasının başqa müsəlman ölkələri ilə münasibətlərini ən yaxşı halda “gərgin” adlandırmaq olar. Tehran İslam birliyindən danışmağı sevsə də, əslində vəziyyət daha acınacaqlıdır. Çünki o, uzun illər müsəlman ölkələri ilə müharibə vəziyyətində olub. İraqla savaşdan sonra Səudiyyə Ərəbistanı ilə əlaqələrdə gərginlik zaman-zaman silahlı qarşıdurmaya çevrilməyə yaxın olub. İrandakı siyasi-dini ideoloqlar bu ölkədəki təriqətə qarşı çıxış edib. Bundan başqa fars şovinizminin ərəblərə qarşı etnik düşmənliyini də bu məsələ adı altında pərdələyib.

Təxminən, 10 il əvvəl Ər-Riyadın İranın Məşhəd şəhərindəki Baş Konsulluğunun binası yandırıldı. Sonra uzun müddət tərəflər arasında bütün əlaqələr kəsildi. Hətta, iranlı zəvvarların Həcc ziyarətinə getməsində belə problem yaranmışdı. Ötən ilin yazında iki müsəlman dövləti – İranla Səudiyyə Ərəbistanı arasında kommunist Çin Xalq Respublikası vasitəçilik etdi.

Tehran onillərlə PKK terror qruplaşmasından Ankaraya qarşı istifadə edib, Türkiyə ilə İran arasında türk xəttini sıradan çıxarmaq məqsədi ilə Cənubi Azərbaycanla sərhəddə müxtəlif ölkələrdən köç etmiş kürdlərin yerləşməsinə şərait yaradıb.

İranın Bəhreyn, Küveytlə də münasibətləri gərgindir. BƏƏ ilə Tehran arasında Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adaları ilə bağlı mübahisə hələ də həll olunmayıb. 1979-cu il inqilabından sonra Məhəmməd Rza şah Misirə sığındığından İran bu ölkə ilə diplomatik əlaqəni hətta, şah öləndən sonra belə bərpa etməyib.

44 günlük müharibə zamanı İran hakimiyyətinin Ermənistan sevdası bir daha ifşa olundu. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu, diplomatik missiyanın əməkdaşının qətli və yaralanması hadisəsi də İranın yürütdüyü ümmətçilik siyasətinin saxta olduğuna dair çoxsaylı nümunələrdəndir.

Bu il yanvarın 17-də İran Pakistan ərazisini raket atəşinə tutmaqla beynəlxalq normaları pozub. Bununla Tehran qonşu müsəlman ölkənin suverenliyinə zərbə vurub. O, İslamabada xəbərdarlıq etmədən onun ərazisində əməliyyat həyata keçirib. Bununla həm də Pakistan vətəndaşlarının öz dövlətinə və seçdiyi hökumətə etimadına zərbə vurub.

Tehran hakimiyyəti bununla da sübut etmək istəyib ki, HƏMAS-İsrail müharibəsi onu Mərkəz Asiyadan uzaq salmayıb. Ancaq Pakistanın cavab addımı Tehranı silkələdi. Pakistan İran hakimiyyətinə sübut etdi ki, o, nə Suriyadakı Bəşşar Əsəd hakimiyyəti, nə də yarımçıq Bağdad idarəçilərindəndir.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yanvarın 29-da Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə İslamabada səfər edəcəyi gözlənilir. Yanvarın 26-da tərəflər səfirlər səviyyəsində münasibətlərin bərpa edilməsi barədə razılığa gəliblər.

Ötən il Tehran hakimiyyəti qonşu və müsəlman ölkələri ilə yeni və az qala sıfır variantdan münasibət quracağını, daha çox iqtisadi əlaqələrə üstünlük verəcəyini açıqlamışdı. Ər-Riyadla əlaqələrin bərpasında bu yanaşma özünü göstərdi. Amma son hadisələr Tehranın müsəlman dövlətlərlə əlaqəsində yeni və fərqli siyasətin olmağını təsdiqləyir.

Pakistan İrana, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) və onun Qüds qoluna sübut etdi ki, Mərkəzi Asiya Suriya, İraq, Yəmən, Livan deyil. İslamabad olan yerdə Tehran hakimiyyətinin atı yürüməz.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO