Təhlil 26.01.2024 16:06

Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL

Ermənistanda yeni etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Bu dəfə hədəfdə kilsə, onun başçısı ümumerməni katolikosu II Qaragindir.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları fevralın 24-də katolikos II Qaraginin istefası tələbi ilə mitinq keçirməyi planlaşdırır. Bildirilib ki, aksiya bu yaxınlarda Ermənistana köçmüş ABŞ vətəndaşı Andranik Dovlatyanın təşəbbüsü ilə keçiriləcək. Bu məqsədlə yeni “Vardanank” (“Şükranlıq”) adlı yeni hərəkat yaradılıb. O, Ermənistan hökumətinin fəal tərəfdarından sayılır. Mətbuatda baş nazir Nikol Paşinyan və hakim “Mülki müqavilə” partiyasının müdafiəsi ilə bağlı yazılar dərc edir. Andranik Dovlatyan Ermənistan vətəndaşlarını II Qaraginə qarşı aksiyaya qoşulmağa çağırıb.

Nikol Paşinyan və komandası hakimiyyətə gələndən, 2018-ci ilin mayından sonra hökumət-kilsə qarşıdurması güclənib. Bu halda suallar yaranır; Ermənistanda dinə inananlar azalıb? Ermənilərin baş keşişi Qaragin dələduzdur? Kilsə-hökumət qarşıdurması nəyə xidmət edir?

Maydakı məlum çevrilişdən sonra Nikol Paşinyan hakimiyyətinə mane olan qurumlar da dəyişib. Onun gördüyü ilk iş yeni siyasi elitadan ibarət parlamenti formalaşdırmaq olub. Bunun ardınca yeni hökuməti qurub. Güc strukturlarında təmizlik işi görüb. Sonra bəyan edib ki, Ermənistan silahlı qüvvələri “5-ci kolondan təmizlənib”. O, Dövlət Təhlükəsizlik Xidmətinin baş direktorunu bir neçə dəfə yeniləyib, müdafiə naziri və silahlı qüvvələrin baş qərargah rəisini həbs etdirib. Kabinetdə problem yaradanlar ya istefaya göndərilib, ya da barələrində cinayət işi başlanılıb. Paşinyana hakimiyyət daxilində ən böyük müxalifət prezident olub. 44 günlük müharibə bitəndən sonra keçmiş prezident və 6 günlük baş nazir Serj Sarqsyanın namizədi olmuş Armen Sarkisyan səlahiyyət müddəti başa çatmamış (2018-ci il aprelin 9-dan 2022-ci il fevralın 1-dək) istefaya göndərilib.

İndi Paşinyan islahatları iki istiqamətdə davam etdirməyi planlaşdırır. Birincisi, yeni konstitusiyanın hazırlanması, ikincisi, Eçmiadzin kilsəsində kadr dəyişikliyi, yaxud II Qaraginin istefasına nail olmaqdır.

Konstitusiya ilə bağlı o bildirib ki, dünya dəyişib, ona görə də baş vermiş yeniliklər fonunda Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi kifayət deyil, o, yenidən yazılmalıdır.

Hökumətlə kilsə, daha doğrusu, II Qaraginə və onun komandasına qarşı mübarizə 6 ildir davam edir. Paşinyan hökumətinin kilsə başçısına qarşı mübarizəsi Qaraginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlayıb. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qaraginin hökumətə qarşı çıxışları ilə davam edib.

Nikol Paşinyan ötən ilin mayında “Baş nazirin kuboku” turnirinin iştirakçıları ilə görüşdə bildirib ki, kilsə dövlətdən üstün ola bilməz: “Ümumerməni Kilsəsi siyasətlə məşğul olmaq istəyirsə, siyasi partiya yaratsın”. Baş nazir vurğulamışdı ki, kilsə ilə dövlətin funksiyalarını qarışdırmaqdan təhlükəli heç nə yoxdur: “Üst-üstə düşən bir çox məsələlərin olmasına baxmayaraq, dövlət və kilsə öz işi ilə məşğul olmalıdır”.

Ermənistanda kilsə ilə hökumət münasibətləri 44 günlük müharibədən sonra daha da kəskinləşib. Onda Qaragin Nikol Paşinyanın istefasını tələb etmişdi. O, kilsə ilə hökumət arasında əməkdaşlığın yetərli olmadığını da vurğulamışdı.

Ehtimal etmək olar ki, bu qarşıdurma yalnız Qaraginin başçılıq etdiyi qurumun daxilində baş vermiş müxtəlif pozuntularla bağlı deyil. Eçmiadzin ermənilərin etnos olaraq formalaşmasında, onların Cənubi Qafqaza köçürülməsində, qonşu dövlətin torpaqlarının ələ keçirilməsi kimi xülyaların yayılmasında, hətta Ermənistan dövlətinin yaranmasında çox böyük xidmət göstərib. O, həm də ötən illər ərzində Moskva ilə çox sıx işləyib, başqa sözlə, çar Rusiyası dövründən indiyədək onlara xidmət edir. Belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan Ümumerməni kilsəsini Rusiyanın təsir, nüfuz dairəsindən çıxarmaq istəyir. Çünki oxşar addımları vaxtilə Ukrayna pravoslav kilsəsi də atıb. Ukrayna hakimiyyəti bu qurumu, ən mülayim şəkildə ifadə etsək, Rusiyanın təbliğat mərkəzi sayırdı.

Odur ki, Ermənistanda kilsə ilə hökumət arasında ziddiyyətin də Eçmiadzin dini mərkəzinin Moskva Pravoslav kilsəsi ilə əlaqələrindən qaynaqlandığı da istisna edilmir.

Ehtimal etmək olar ki, bu qarşıdurmanın dini inanca mənfi təsiri azdır. Çünki insanlar dinə II Qaraginə görə etiqad etmir. Bu, bütün dinlərdə belədir. Perspektivdə ümumerməni katolikosuna qarşı cinayət işinin başlayacağını da gözləmək olar. Onun “dövlətə xəyanət”, “külli miqdarda dövlət malını mənimsəmə”, hətta “tutduğu vəzifədən, insanların etibarından sui-istifadə etmə” maddələri ilə ittiham oluna biləcəyini də ehtimal etmək olar. Kilsədə dəyişiklik baş verməzsə, Nikol Paşinyanın islahatlarına çox böyük maneələr olacaq. Çünki II Qaragin prezident deyil. O, daha böyük ictimai-siyasi-dini fiqurdur. Qaragin Ermənistanda “dövlət içində dövlət”in başçısıdır. Qarşıdurmanın kökləri də iki qoçun başının sığmadığı qazandadır.

Belə qənaətə gəlmək olar ki, kilsə artıq Ermənistanın dövlət və ermənilərin milli maraqlarına qarşı fəaliyyət göstərir. Onun da hegemonluğu bura qədər imiş. 2018-ci ildən sonra yaranmış “Yeni Ermənistan, yeni Patriarx” hərəkatı da II Qaragini istefaya göndərdikdən sonra hədəfinə çata bilər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO