Siyasi 10.05.2019 15:19

Heydər Əliyev Fondu ümid yeridir - FOTO

15 il bundan qabaq Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması istiqamətində fəaliyyət göstərən, ömrünü dövlətimizin inkişafı və xalqın rifahının yüksəldilməsinə həsr edən dahi bir şəxsiyyətin, Heydər Əliyevin adını daşıyan fond təsis olundu. Yaradıldığı gündən saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini vermiş Heydər Əliyev Fondu Azərbaycanın dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində böyük işlər görmüşdür.

Rakus.az xəbər verir ki, bu fikirləri millət vəkili Xanlar Fətiyev söyləyib.

Onun sözlərinə görə, fondun təsis olunmasında əsas məqsəd yalnız xeyriyyəçilik olmayıb: “Fondun ən vacib missiyalardan biri də adı Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi qızıl hərflərlə yazılmış ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək, onun zəngin dünyagörünüşünü, uzaqgörən siyasətini, ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, azərbaycançılıq ideyalarını yeni nəsillərə aşılamaq, ulu öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək verməklə onun ideyalarını yaşatmaqdan ibarət idi”.

Millət vəkilinin sözlərinə görə, Fondun yaradıcısı və prezidenti Mehriban Əliyeva ilk dövrdən təhsilə yardımı vacib hesab edərək ictimaiyyətin diqqətini müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan təhsilə yönəltdi:

“Heydər Əliyev Fondunun köməkliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında, hətta ucqar kəndlərdə belə yeni məktəb binaları, uşaq bağçaları inşa olunub, müasir avadanlıqlarla və texniki invertarlarla təmin olunub. Təsadüfi deyil ki, Fond ölkədə yalnız təhsilin inkişaf etdirilməsi ilə deyil, həm də səhiyyənin yenilənməsi və müasirləşməsi istiqamətində öz töhfəsini verib, bu istiqamətdə dövlət siyasətinə güclü dəstək olub”.

X.Fətiyev qeyd edib ki, paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları, onların lazımi avadanlıqlarla və yumşaq invertarlarla təminatı ilə yanaşı, Heydər Əliyev Fondu cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım göstərib və bu gün də vacib və önəmli missiyasını davam etməkdədir.

Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihəsinin icrası çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi tikildiyini bildirən deputat, Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi inşa olunduğunu, Fondun dəstəyi ilə bölgələrdə xüsusi qayğıya ehtiyacı olan insanlara tibbi baxışların və cərrahiyyə əməliyyatlarının təşkilinni də xüsusi vurğulayıb:

“Valideynlərindən məhrum olmuş azyaşlı uşaqlara dəstək proqramları və yüzlərcə xeyriyyəçilik aksiyaları həm fondun məramının və Mehriban Əliyevanın xeyirxahlıq missiyasının bariz nümunəsidir. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq yorulmadan xalq üçün, vətəndaşlar üçün çalışan Mehriban xanımın və Fondun amalıdır”.

X.Fətiyev əlavə edib ki, 15 ildir Heydər Əliyev prinsiplərini yaşadan, durmadan xeyriyyəçilik ideyalarını təbliğ edən Fondun gördüyü işlər, həyata keçirdikləri layihələr haqqında günlərlə danışmaq, cild-cild kitablar yazmaq olar: “Azərbaycan ictimaiyyəti hər şəhərdə, hər rayonda, hər kənddə Mehriban xanımın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyirxah əməllərinin nəticəsini görür, hiss edir. Bu alicənab missiyanı özü üçün önəmli şüara çevirən, milyonların ümid, pənah yeri olan Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban Əliyeva bundan sonra da nəinki Azərbaycanda, eləcə də bütün dünyada vacib və xeyirxah layihələrə, yaddaqalan uğurlara imza atacaqlar”. (Trend)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO