Siyasi 08.02.2024 20:31

İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Azərbaycan və Türkiyə vətəndaşları İrəvanda mənzil və daşınmaz əmlak alır” adlı süjetdə erməni hüquqşünas Avetik İşxanyanın “Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək” proqnozundan, eləcə də Ermənistan Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin  Azərbaycan vətəndaşlarının İrəvanda daşınmaz əmlak alması barədə yaydığı məlumatdan bəhs olunur.

Bildirilir ki, A.İşxanyan bununla erməniləri gözləyən təhlükədən xəbərdar edir, belə fikirlərin erməni ictimai rəyində azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına qarşı etiraz formalaşdırır: “Qarabağda erməni separatizminin tamamilə ləğvindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda müzakirəsi intensivləşib. Çünki rəsmi Bakı Qərbi Azərbaycana qayıdış məsələsini sülh sazişinin əsas komponentlərindən biri kimi irəli sürür. Ermənistan hakimiyyəti bunu qəbul etməsə də, Baş nazir Nikol Paşinyanın sonda rəsmi Bakının bu tələbi ilə razılaşmaq məcburiyyətində qalacağı fikri erməni ictimai rəyinə hakimdir”.

Qeyd olunur ki, Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi təkziblər erməni ictimaiyyətində inandırıcı qəbul edilmir: “Ermənilər iddia edir ki, Azərbaycan və Türkiyə vətəndaşlarının İrəvandan daşınmaz əmlak almasının arxasında hər iki ölkənin dövlət strkturları dayanır və məqsəd tədricən İrəvana nəzarəti bərpa etməkdir. Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin sədr müavini Arman Petrosyan bildirib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının aldıqları daşınmaz əmlakın sayı çox azdır, buna görə onlar bunu Ermənistanın təhlükəsizliyinə təhdid kimi görmürlər. İndiyə qədər Azərbaycan vətəndaşları İrəvanda 8, Türkiyə vətəndaşları isə 82 daşınmaz əmlak alıblar”.

Sonda vurğulanır ki, rəsmi Bakı Qərbi Azərbaycanda daşınmaz əmlakları qanuni yollarla almaq və gələcəkdə bura qayıdacaq azərbaycanlılara vermək istəyir: “Çünki Azərbaycan tarixi torpaqlarına qayıdışda israrlıdır. Prezident İlham Əliyevin dediyi kimi, Qərbi Azərbaycana qayıdacağıq, lakin tank üzərində yox, maşınlarla, sülhlə. İrəvanda alınan daşınmaz əmlaklar da qayıdış strategiyasının elementlərindən biri ola bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 8-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO