Müsahibə 12.02.2024 20:35

“Azərbaycanlılara casus damğası vurub sürgün edirdilər” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu olub.

Deputat doğulub boya-başa çatdığı, uşaqlıq və yeniyetməlik illərini yaşadığı Amasiya rayonunun Göllü kəndindən danışıb. Qardaş Türkiyə ilə sərhəd olan bu yaşayış məntəqəsinin tarixindən, zəhmətkeş sakinlərinin həyat tərzindən söhbət açan H.Babaoğlu oradakı adət-ənənələrə, qışa hazırlıq mərasimlərinə, elm və təhsilə olan marağa diqqət çəkib. Ağır şəraitin, çətinliklərin insanları daha da əzmkar etdiyini, onları əməyə, yaxşı vərdişlərə yönəltdiyini dilə gətirib. Bildirib ki, Göllü kəndində yaşadığı illər ömrünün ən xoş xatirələri kimi yaddaşında qalıb. O dövrdə ermənilərin azərbaycanlılara qarşı təzyiqlərinin hər sahədə özünü göstərdiyini vurğulayan millət vəkili orta məktəbdə təhsil alarkən qəsdən imtahan qiymətlərinin aşağı yazıldığını, bununla da qızıl medal almasına maneə törədildiyini qeyd edib. Deyib ki, idman yarışlarında da azərbaycanlı məktəblilər qəsdən uduzdurulur, qalib gəlməsinə imkan verilmirdi.

Deputat H.Babaoğlu ata-babalarının ötən əsrdə bir neçə dəfə deportasiyaya, sürgünə məruz qaldığını da diqqətə çatdırıb. Bildirib ki, Göllü kəndi Türkiyə ilə yaxın yaşayış məntəqəsi olduğu üçün SSRİ dövründə azərbaycanlı sakinlərə ermənilər tərəfindən casus damğası vurulub, soydaşlarımız nahaq yerə həbs olunub, sürgün edilib, hətta bəzi hallarda güllələnməyə məruz qalıblar. O, ötən əsrin əvvəllərində Andranik Ozanyanın öz quldur dəstələri ilə Amasiya rayonunun bir çox kəndlərində qətliamlar, talanlar törətdiyini, yaşayış məntəqələrini yandıraraq xarabalığa çevirdiyini söyləyib.

Azərbaycanın işğal altındakı ərazilərinin azad olunduğunu, Qarabağ probleminin tarixə qovuşduğunu xatırladan millət vəkili yeni mübarizə mərhələsində qarşımızda dayanan hədəf və vəzifələrdən də söhbət açıb. Bildirib ki, beş min il yaşı olan İrəvan şəhərində azərbaycanlılara məxsus maddi-mədəni irsin, tarixi  mirasın öyrənilməsi və qorunması üçün UNESCO-ya müraciət olunub. Qeyd edib ki, beynəlxalq hüququn bizə verdiyi imkanlardan maksimum istifadə edərək, Qərbi Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalı, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün addımlar atmalıyıq. Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi layihələr tarixi ədalətin bərpa olunması üçün milli mücadilədir. Millət vəkili H.Babaoğlu vurğulayıb ki, Azərbaycanın tarixi-etnik və siyasi coğrafiyasında milli bütövlüyümüz gec-tez bərpa olunmalıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 12-də saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO