Sosial 14.02.2024 14:55

“Global Media Group”un Azərbaycan təbiətinə töhfəsi - FOTO

“Global Management” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib.

Rakus.az Oxu.Az-a istinadla xəbər verir ki, “Global Media Group”un təşəbbüsü, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil edib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə bir sıra rəhbər şəxslər və media nümayəndələri iştirak ediblər.

Ağacəkmə aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, ilin sonuna respublika üzrə yarım milyondan çox ağacın əkilməsi planlaşdırılır:

“2024-cü il ərzində ölkə ərazisində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi planlaşdırılır. Artıq fevral ayından etibarən Abşeron yarımadasında, eləcə də digər ərazilərdə ağacəkmə aksiyaları keçirilir. Bu işdə yerli icra hakimiyyəti orqanlarının, həmçinin digər aidiyyəti qurumların nümayəndələri də iştirak edirlər. Abşeron yarımadasında yerli iqlim şəraitinə yaxşı uyğunlaşa bilən şam və zeytun tingləri əkilib.

Hədəfimiz ilin sonuna kimi ölkə ərazisində yarım milyona yaxın ağacın əkilməsidir. Bu işlərin böyük hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı xidmətinin balansında olan ərazilərdə həyata keçiriləcək. Məqsədimiz ölkə ərazisində yaşıllıq sahələrinin artırılmasıdır. Bu ərazilər damcı suvarma sistemləri ilə təchiz edilib. Abşeron yarımadasında əkilən ağacların 95 faizdən yuxarısı artıq müsbət nəticə verib”.

“Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət Departamentinin direktoru Günel Qureyşi Oxu.Az-a açıqlamasında Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu diqqətə çatdıraraq hər kəsin yaşıl dünya naminə təşəbbüslərə qatılmasının vacib olduğunu bildirib:

“Bu aksiyaya görə “Global Media Group”a təşəkkür edirəm. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar hər birimiz bu aksiyalara qoşulmalı, paytaxt Bakımızı yaşıllaşdırmaq üçün birgə layihələr həyata keçirməliyik. Bu aksiyaya qoşulan bütün şirkətlərə, rəhbər heyətə təşəkkür edirəm. Ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətimizi gücləndirmək üçün “Global Media Group” tərəfindən təşkil olunan ekoloji aksiyada iştirak etməkdən böyük məmnunluq duyuruq”.

“Global Management”in Marketinq və Satış Departamentinin direktoru Laura Seyidbəyova isə bildirib ki, aksiya ekoloji davamlılıq məqsədi ilə təşkil edilib:

“Global Media Group”un, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı ilə gerçəkləşdirilən aksiya təbiətin qorunmasına xidmət edir. Birbaşa olaraq “Global Management”in davamlılıq siyasətini təşkil edir. Aksiya bizim silsilə tədbirlərimizdən biridir. Bu cür tədbirlərin gələcəkdə də həyata keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, dayanıqlı iqtisadiyyatın təmin edilməsinə daim xüsusi diqqət ayıran “Global Management” şirkəti ISO-14001 standartlarına uyğun olaraq və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə sadiq qalaraq, iqlim dəyişikliyi, resurs və enerji səmərəliliyinin təşviqi, ekoloji cəhətdən təhlükəsiz iş yerlərinin təmin edilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması kimi davamlı istehlak və istehsal modellərinə keçidi dəstəkləyir.

Şirkət müxtəlif maraqlı tərəflərin iştirakını və bütün təchizat zəncirində sistemli əməkdaşlığı təmin etməklə davamlılıq prinsipinin həyata keçirilməsində mühüm rol oynayır.

Xatırladaq ki, “Global Management” şirkəti beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri vasitəsilə müştərilərin bizneslərinin inkişafı üçün yenilikçi və effektiv həllər təklif edir.

Şirkət maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat, İT (informasiya texnologiyaları), hüquq, İR (insan resursları) və kargüzarlıq, SƏTƏM, keyfiyyət təminatı və keyfiyyətə nəzarət sahələrində autsorsinq xidmətləri təklif edir.

Daha çox foto burada: PhotoStock.Az

14:18

Fevralın 14-də “Global Media Group”un təşəbbüsü, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib.

Rakus.az xəbər verir ki, ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə şirkətlərin rəhbər heyətləri və əməkdaşları iştirak ediblər.

“Global Management” şirkətinin İdarə Heyətinin sədri Rövşən Nizamov bildirib ki, “Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub: “Bununla əlaqədar olaraq, ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətimizi gücləndirmək üçün “Global Media Group” tərəfindən təşkil olunan ekoloji aksiyada iştirak etməkdən böyük məmnunluq duyuruq. Düşünürük ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji tarazlığın bərpası və biomüxtəlifliyin qorunması yolu ilə sağlam və həmişəyaşıl dünya qurmaq bəşəriyyətin ümumi və təxirəsalınmaz məsuliyyətidir. Biz də öz növbəmizdə bu cür ekoloji aksiyaların təşkili ilə dayanıqlı inkişafa töhfələrimizi veririk”.

Xatırladaq ki, dayanıqlı iqtisadiyyatın təmin edilməsinə daim xüsusi diqqət ayıran “Global Management” şirkəti ISO-14001 standartlarına uyğun olaraq və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə sadiq qalaraq, iqlim dəyişikliyi, resurs və enerji səmərəliliyinin təşviqi, ekoloji cəhətdən təhlükəsiz iş yerlərinin təmin edilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması kimi davamlı istehlak və istehsal modellərinə keçidi dəstəkləyir. Şirkət müxtəlif maraqlı tərəflərin iştirakını və bütün təchizat zəncirində sistemli əməkdaşlığı təmin etməklə davamlılıq prinsipinin həyata keçirilməsində mühüm rol oynayır.

“Global Management” haqqında:

“Global Management” şirkəti beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri vasitəsilə müştərilərin bizneslərinin inkişafı üçün yenilikçi və effektiv həllər təklif edir. Şirkət maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat, İT (informasiya texnologiyaları), hüquq, İR (insan resursları) və kargüzarlıq, SƏTƏM, keyfiyyət təminatı və keyfiyyətə nəzarət sahələrində autsorsinq xidmətləri təklif edir.

 

XƏBƏR LENTİ
Sosial / 14.02.2024 14:55
“Global Media Group”un Azərbaycan təbiətinə töhfəsi - FOTO
Hadisə, Siyasi / 14.02.2024 13:32
Böyük Veddi hadisələri: gizlədilmiş həqiqətlər – ANONS
Gündəm / 14.02.2024 12:28
Prezident İlham Əliyev Milli Məclisdə and içib – YENİLƏNİB
Siyasi / 14.02.2024 11:06
“Ermənistan rəsmilərinin məzlum görüntüsü ikrah doğurur” – BƏYANAT
Mətbuat / 14.02.2024 10:48
AzTV 68, “Mədəniyyət” telekanalı 13 yaşını qeyd edir
Hadisə, Siyasi, Sosial / 13.02.2024 21:23
Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? - FOTO - VİDEO
Siyasi / 13.02.2024 19:37
“Ermənistan sonuncu qatara da çatmasa, kənarda qalacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 13.02.2024 16:56
Ermənistan yenə aranı qatır – Aİ missiyası fəaliyyətinin birilliyi – TƏHLİL
Gündəm, Siyasi / 13.02.2024 16:32
Konstitusiya Məhkəməsinin İlham Əliyevin qalibiyyətini təsdiqləməsi ilə bağlı QƏRARI – YENİLƏNİB - FOTO - VİDEO
Müsahibə / 13.02.2024 14:12
“Ermənistan Cənubi Qafqazın “bədənində şişdir” – MÜSAHİBƏ – ANONS - VİDEO
Hadisə, Sosial / 13.02.2024 13:51
Mənfur ermənilərin Gorus “hiyləsi” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 12.02.2024 20:35
“Azərbaycanlılara casus damğası vurub sürgün edirdilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 12.02.2024 16:09
Pakistanın demokratiya sınağı – nicat həmrəylikdir – TƏHLİL - FOTO
Mədəni / 12.02.2024 14:22
Azərbaycan “2023-cü ilin Mədəniyyət Destinasiyası” mükafatına layiq görülüb
Dünya, Siyasi / 12.02.2024 12:31
Paşinyan növbəti dəfə Azərbaycana böhtan atıb – BƏYANAT
Sosial / 12.02.2024 10:56
Basarkeçər rayonunun alimləri ilə GÖRÜŞ - FOTO
Gündəm, Siyasi / 11.02.2024 20:06
MSK seçkinin protokolunu Konstitusiya Məhkəməsinə göndərib - VİDEO
Gündəm / 11.02.2024 17:27
Prezident seçkisinin nəticələrinə dair protokolu MSK TƏSDİQLƏDİ
Hadisə, Maraqlı / 10.02.2024 22:12
“Həbib Həsənovun İrəvandan çıxma səbəbi qardaşının qətli idi” – ŞAHİDLƏR - VİDEO
Mətbuat, Sosial / 09.02.2024 20:05
“Erməni dili müəllimim deyirdi ki, biz assuriyalıyıq, bizi məcburi erməniləşdiriblər” - FOTO - VİDEO
Mətbuat / 09.02.2024 17:05
Tural İbadlı İKTA-nın meneceri təyin edilib
Gündəm / 09.02.2024 15:02
Konstitusiya Məhkəməsinin 9 hakimi seçkinin yekunlarını yoxlayacaq - FOTO
Gündəm, Müsahibə / 09.02.2024 15:00
“İlham Əliyevin qələbəsi xalqın istəyinin, səmimi seçiminin ifadəsidir” – MÜSAHİBƏ
Mətbuat / 09.02.2024 14:37
“Ermənilərə “gavur” deyirdik” – Şöhrət Əliyevin “Həyat Hekayəsi” – ANONS
Müsahibə, Səhiyyə / 09.02.2024 11:00
Vaqif Həsənov: “Stomotoloq peşəsi ən qədim peşələrdən biridir”
Gündəm, Siyasi / 09.02.2024 10:37
Erməni diplomatlara Azərbaycana böhtan atmaq tapşırığı verilib – BƏYANAT