Siyasi 15.02.2024 21:29

“Zəngəzur dəhlizi 6 ay ərzində açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Altı ay ərzində Zəngəzur dəhlizi açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” adlı süjetdə “Fitch Solutions” Analitik Mərkəzinin bu ilin birinci yarısında sülh sazişi imzalana biləcəyi və sazişdə Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək Zəngəzur dəhlizinin qəbul ediləcəyi ehtimalının böyük olması barədə irəli sürdüyü proqnozundan bəhs olunur.

Bildirilir ki, Ermənistan mediası bu proqnozu Qərbin də Zəngəzur dəhlizinin açılması ilə razılaşdığı kimi təqdim edir: “Əslində, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişində razılaşdırılması çətin olan məsələ məhz Zəngəzur dəhlizi – Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsidir. Azərbaycanda prezident seçkilərinin başa çatmasından sonra rəsmi Bakı və İrəvanın sülh sazişi müzakirəsi regional müstəvidə prioritet məsələ olaraq yenidən aktuallaşır”.

Qeyd olunur ki, Qərb masasında rəsmi İrəvanın istədiyi formatda görüş olarsa və kommunikasiyanın “suverenlik prinsipi” üzrə açılmasına dair hansısa bəyanat qəbul edilərsə, bu, Ermənistanın əlini gücləndirə bilər: “Çünki indiyə qədər kommunikasiyanın açılması haqqında yeganə üçtərəfli sənədlər Rusiya masasında imzalanan razılaşmalardır və orada İrəvanın Naxçıvana maneəsiz keçidinin açılması öhdəliyi var. Paşinyan Qərb masasında əldə edə biləcəyi razılaşmanı da bu razılaşmalara qarşı alternativ kimi istifadə etməyi planlaşdırır”.

Diqqətə çatdırılır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib və Brüssel danışıqlarının bərpa olunması təklifini irəli sürüb: “Brüsseldə üçtərəfli formatda görüş keçirilərsə, Zəngəzur dəhlizi ilə bağlı eyni yanaşma yenidən gündəmdə olacaq. Ermənistanın yeganə ümid qapısı kimi gördüyü Qərb platformasında da Azərbaycanın Zəngəzur dəhlizi layihəsi “xilas yolu” olaraq qəbul edilir. Bu, Bakının istəyinə nail olmaq şansını artırır. Lakin hər şey təkcə Zəngəzur dəhlizi ilə yekunlaşmır. Brüssel formatında danışıqlar yenidən başlayarsa, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinin də sülh sazişinə daxil ediləcəyi istisna deyil”.

Sonda vurğulanır ki, mümkün Brüssel görüşündə Azərbaycan keçən ildəki razılaşmanı gündəmə gətirə və bu razılaşmanın praktiki müstəvidə icrasını aktuallaşdıra bilər: “Bu baxımdan, bu ilin ilk yarısında, yəni yay fəslinə qədər təkcə Zəngəzur dəhlizi ilə bağlı yox, həm də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsində də praktiki addımların atıla biləcəyini proqnozlaşdırmaq mümkündür”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 15-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 15.02.2024 21:29
“Zəngəzur dəhlizi 6 ay ərzində açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” - FOTO - VİDEO
Təhlil / 15.02.2024 16:00
Paşinyanın orduda “islahatı” – yaşlı “könüllülərin” ümidinə qalan hökumət – TƏHLİL
Siyasi / 15.02.2024 14:29
“Yerkrapa” kimi quldur birləşmələri Ermənistanı “cəsarətləndirib” – BƏYANAT
Elm və təhsil / 15.02.2024 10:01
Sultanəli Qurbanov Azərbaycan Respublikasının Yubiley medalına layiq görülüb - FOTO
Hadisə, Siyasi / 14.02.2024 20:34
Erməniləri lərzəyə salan Vedi hadisələri: üsyan, yoxsa müqavimət? - FOTO - VİDEO
Sosial / 14.02.2024 14:55
“Global Media Group”un Azərbaycan təbiətinə töhfəsi - FOTO
Hadisə, Siyasi / 14.02.2024 13:32
Böyük Veddi hadisələri: gizlədilmiş həqiqətlər – ANONS - VİDEO
Gündəm / 14.02.2024 12:28
Prezident İlham Əliyev Milli Məclisdə and içib – YENİLƏNİB
Siyasi / 14.02.2024 11:06
“Ermənistan rəsmilərinin məzlum görüntüsü ikrah doğurur” – BƏYANAT
Mətbuat / 14.02.2024 10:48
AzTV 68, “Mədəniyyət” telekanalı 13 yaşını qeyd edir
Hadisə, Siyasi, Sosial / 13.02.2024 21:23
Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? - FOTO - VİDEO
Siyasi / 13.02.2024 19:37
“Ermənistan sonuncu qatara da çatmasa, kənarda qalacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 13.02.2024 16:56
Ermənistan yenə aranı qatır – Aİ missiyası fəaliyyətinin birilliyi – TƏHLİL
Gündəm, Siyasi / 13.02.2024 16:32
Konstitusiya Məhkəməsinin İlham Əliyevin qalibiyyətini təsdiqləməsi ilə bağlı QƏRARI – YENİLƏNİB - FOTO - VİDEO
Müsahibə / 13.02.2024 14:12
“Ermənistan Cənubi Qafqazın “bədənində şişdir” – MÜSAHİBƏ – ANONS - VİDEO
Hadisə, Sosial / 13.02.2024 13:51
Mənfur ermənilərin Gorus “hiyləsi” – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 12.02.2024 20:35
“Azərbaycanlılara casus damğası vurub sürgün edirdilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 12.02.2024 16:09
Pakistanın demokratiya sınağı – nicat həmrəylikdir – TƏHLİL - FOTO
Mədəni / 12.02.2024 14:22
Azərbaycan “2023-cü ilin Mədəniyyət Destinasiyası” mükafatına layiq görülüb
Dünya, Siyasi / 12.02.2024 12:31
Paşinyan növbəti dəfə Azərbaycana böhtan atıb – BƏYANAT
Sosial / 12.02.2024 10:56
Basarkeçər rayonunun alimləri ilə GÖRÜŞ - FOTO
Gündəm, Siyasi / 11.02.2024 20:06
MSK seçkinin protokolunu Konstitusiya Məhkəməsinə göndərib - VİDEO
Gündəm / 11.02.2024 17:27
Prezident seçkisinin nəticələrinə dair protokolu MSK TƏSDİQLƏDİ
Hadisə, Maraqlı / 10.02.2024 22:12
“Həbib Həsənovun İrəvandan çıxma səbəbi qardaşının qətli idi” – ŞAHİDLƏR - VİDEO
Mətbuat, Sosial / 09.02.2024 20:05
“Erməni dili müəllimim deyirdi ki, biz assuriyalıyıq, bizi məcburi erməniləşdiriblər” - FOTO - VİDEO
Mətbuat / 09.02.2024 17:05
Tural İbadlı İKTA-nın meneceri təyin edilib