Gündəm 20.02.2024 15:05

Prezident İlham Əliyevin Türkiyə səfəri – yeni layihələr və hədəflərə doğru - FOTO

Azərbaycanla Türkiyənin əlaqələri yeni keyfiyyət halı alır. Torpaqların işğaldan azad olması tərəflərin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır, yollar açır.

Fevralın 19-da İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir.

Azərbaycan lideri İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar.

Türkiyə lideri bölgədə davamlı sülhün qalması üçün tarixi imkan yarandığını, Azərbaycanla çiyin-çiyinə, birlikdə fəaliyyət göstərdiklərini bildirib.

O, fevralın 7-də keçirilən prezident seçkilərinin əhəmiyyətindən danışaraq deyib: “Prezident seçkiləri Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir”.

Türkiyə lideri Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi məhdudiyyətə qəti şəkildə etiraz etdiklərini vurğulayıb. O, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib. R.T.Ərdoğan ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ilk dəfə 7,5 milyard dollar səviyyəsinə yüksəldiyinin vurğulayaraq, gələcəkdə bu rəqəmi 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.

Bununla da o, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiriləcəyini vurğulayıb. Türkiyə Prezidenti Qars-Naxçıvan dəmir yolu layihəsinin, TANAP təbii qaz kəmərinin Türkiyə və Avropaya nəql edilməsinin bu sahədə prioritetlərdən olduğunu qeyd edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib. O, Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını deyərək, pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib. Türkiyə Prezidenti Şuşa Bəyannaməsi əsasında iki ölkənin əməkdaşlığı davam etdirəcəyini bildirib. Azərbaycanla-Türkiyə əməkdaşlığından bəhs edən Prezident Ərdoğan ötən il fevralın 6-da Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi yardımından bəhs edərək Kahramanmaraşda 320 hektar sahədə 1000 yaşayış evi və 799 iş yeri tikdiyini xüsusi vurğulayıb.

Prezident İlham Əliyev Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq yardımı və dəstəyindən bəhs edərək deyib: “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.

Azərbaycan Prezidenti Türkiyənin dünya miqyasında artan nüfuzundan danışaraq deyib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”.

O qeyd edib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir: “Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi”.

O vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək: “Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır”.

Azərbaycanla Türkiyə arasında enerjidaşıyıcıları sahəsində əməkdaşlığın genişlənəcəyindən danışan Prezident İlham Əliyev deyib ki, ötən il Azərbaycandan Türkiyəyə doqquz milyard kubmetr təbii qaz ixrac edilib: “Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir”.

Azərbaycan lideri nəqliyyat sahəsində də oxşar mənzərənin yarandığını bildirib: “Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini bir milyon tondan beş milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir”.

Prezident İlham Əliyev iki ölkə arasında hərbi sahədə əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb: “Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”.

Prezidentlərin açıqlamasına əsasən, Azərbaycan-Türkiyə əlaqələrinin perspektiv inkişafını aşağıdakı kimi sıralamaq olar: iki ölkə arasında siyasi sahədə əməkdaşlığın davam etməsi; enerjidaşıyıcılarına dair yeni layihələrin reallaşacağı; yol-nəqliyyat layihələrinin genişlənməsi, ticarət dövriyyəsi həcminin artırılması; Türk Dövlətlər Təşkilatında əməkdaşlığın genişləndirilməsi; aniterror əməliyyatlarında birgə əməkdaşlıq, müdafiə sənayesi sahəsində ortaq fəaliyyət; gənc nəslin yetişdirilməsi istiqamətində yeni layihələrin reallaşması; Türkiyə-Azərbaycan təhsil sistemində birgə layihələrin reallaşması; iki ölkə arasında hərbi sahədə, ordu quruculuğunda əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etməsi və s.

Prezidentlərin çıxışlarında Şuşa Bəyannaməsinin bir daha vurğulanması tərəflərin bu sənədə sadiqliyinin göstəricisidir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı liderlərinin Şuşada qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyinin bu görüşdə açıqlanması üzv dövlətlərin ortaq marağının da olduğunun bir daha bəyan edilməsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın yeni hədəfləri müəyyən edilməklə yanaşı, bu istiqamətdə yeni layihələr açıqlandı.

Sədrədin Soltan – “Report”

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO