Siyasi 28.02.2024 21:00

İran ermənilərinin yerləşdirildiyi rayon - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə tarixi-mədəni abidəsi dağılan, yaşayış məskənləri viran edilən Karvansaray, bəzi mənbələrdə isə Karvansara kimi qeyd edilən rayon haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İran ermənilərinin yerləşdirildiyi rayon” adlı süjetdə tarix boyu Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti aparıldığı, bunun nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən didərgin salındığı bildirilir.

Qeyd olunur ki, Qərbi Azərbaycanın, Şəmşəddin mahalı ərazində, İrəvan-Tiflis yolunun üstündə, Ağstafa çayı sahilində yerləşən  Karvansara rayonu indiki Ermənistanın şimal-şərqində yaşayış məntəqəsi olub. Bu ərazi dağ ətəyindən axan Ağstafa çayı boyunca keçən qədim ticarət yolunun sayəsində 18-ci əsrdə karvansara olaraq meydana gəlib. 1805-ci ildə rayon ərazisi Çar Rusiyası tərəfindən işğal edilib və Yelizavetpol/Gəncə quberniyasının Qazax qəzasına daxil olub. Eyni zamanda, əraziyə İran və Anadoludan gətirilən ermənilər yerləşdirilib. XX əsrin əvvəllərində bu ərazilər erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb. Bu məkan 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinə aid olsa da,  Cümhuriyyətin süqutundan sonra Ermənistan SSR-nin tərkibinə verilib.

Diqqətə çatdırılır ki, indi İcevan adlandırılan, amma vaxtı ilə azərbaycanlılara məxsus olan Karvansara rayonu Qərbi Azərbaycanın ən füsunkar yerlərindən biridir: “1920-ci ildən İcevan adı ilə rəsmiləşdirilən  azərbaycanlılara aid bu yaşayış məntəqəsi rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. Bura 1961-ci ildə şəhər statusu verilib və Azərbaycanın Qazax bölgəsi ilə sərhəddə yerləşir. 1988-ci ilə qədər azərbaycanlılar yaşadıqları Salah, Murtel, Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad və digər kəndləri tərk etmək məcburiyyətində qalıblar. Bu hadisədən sonra buradakı türk-oğuz mənşəli yer adlarının izi get-gedə itirilib və 41 tarixi yer adı dəyişdirilib. Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə mərkəzi İcevan şəhəri olan Tavuş mərzliyi yaradılıb. Azərbaycan və Gürcüstanla sərhəddə yerləşən mərzliyə Karvansara, yəni İcevan, Şəmşəddin, yəni Berd, Barana, yəni Noyemberyan rayonları və Dilican şəhəri daxil edilib”.

Sonda vurğulanır ki, xalqımıza məxsus tarixi-mədəni və coğrafi yaddaşı əks etdirən Karvansara rayonu da saxta yollarla ermənilərin cənginə keçib: “Lakin əminik ki, biz qədim, əzəli və əbədi torpaqlarımıza, gözəl təbiəti ilə seçilən doğma yurd yerlərimizə mütləq qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında fevralın 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 20:30-da Youtube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO