Elm və təhsil 01.03.2024 22:08

“Biz Vətən didərgini kimi qayıdış hüququndan istifadə edəcəyik” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qara çantamda “Bir gəncin manifesti” və Füzulinin “Seçilmiş əsərləri”ni götürdüm” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Rizvan Nəbiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərinin kənddə, Göyçə gölünə tökülən kiçik çaylarda balıq tutmaqla keçdiyini, qışda xizəklə sürüşdüklərini  bildirib, kənddin məhəllələri, tayfalarından danışıb, 1948-1953-cü illərdə azərbaycanlılar Qanlı kəndindən qovularkən onların örüşü, otlağı, əkin sahələri qonşu kəndlər arasında bölüşdürüldüyünü deyib: “Kəndin adı soyqırıma məruz qalıb. Kəndin adı 3 dəfə – Qanlı, Qamışlı və Torfavan olaraq dəyişdirilib. Kənddə bir neçə yerdə olan alban qəbiristanlığındakı xaçlar erməni xaçlarından tamamilə fərqlənirdi”.

Onun sözlərinə görə, Qanlı kəndindən ailəlikcə 1988-ci il dekabrın 3-də qovulub: “Proseslər 1988-ci ilin fevralından başladı, yayda rayondan kəndə gələn ərzaq məhsulları dayandırıldı. 1988-ci ilin payız ayında isə artıq kənd tam şəkildə blokadaya alındı. Kəndimiz  Basarkeçər-İrəvan yolunun sağ tərəfində yerləşdiyindən buradan davamlı olaraq silahlı millətçi erməni dəstələri keçirdi. Artıq noyabrın sonunda kəndə hücumlar oldu. Orada yandırılan evlər mənim gözümün qarşısındadı. Biz dekabrın 3-də kəndi tərk etdik, 6 nəfərlik  ailə kiçik yük maşınında gəldik. Soyuqlu dekabr günündə Gədəbəy rayonunun Saratovka kəndinə, oradan Oğuz rayonuna, nəhayət 1989-cu ilin mart ayından Bakıda məskunlaşdıq. Biz  qaçqınlıq həyatından sonra Azərbaycan SSR-də də didərginlik həyatı yaşamışıq”.

R.Nəbiyev köçəköç başlayanda qara çantasında ailə kitabxanasından bir neçə kitab götürdüyünü bildirib: “Onlardan biri Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəridir. Bu kitabı mən elə həmin ilin yay fasiləsində oxumuşdum və burada olan hadisələrdən çox təsirlənmişdim. Götürdüyüm digər bir kitab isə Füzulinin “seçilmiş əsərləri” olub. Bu kitab isə mənə 1986-cı ildə bayram günlərinin birində hədiyyə olunmuşdu. Bu kitablar mənimlə qaçqınlıq həyatı yaşayıb. Bu gün bu kitabları “Ədibin evi”nə bağışlayıram”.

O, Almaniyaya təhsil aldığı və tədqiqatlar apradığım müddətdə vaxt türkşünas və şərqşünas alman alimlərlə tanış olduğunu, bir yerdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı, təcavüzü ilə bağlı 15-ə yaxın kitabda dolğun məlumatlar yer aldığını da söyləyib.

R.Nəbiyev yenidən kəndə qayıdaraq, oxuduğu məktəbə,  rayon mərkəzinə xəyali səfər etmək, kitab, şirniyyat mağazalarına getmək istəyini vurğulayıb: “Basarkeçər bizim əcdadlarımızın məskunlaşdığı dogma yerimizdir. Bizim Qərbi Azərbaycandan qovulmağımız, deportasiya keçən əsrdə 4 dəfə olub. Hər dəfə də bizim insanlarımız müəyyən mərhələdən sonra qayıdıblar, o torpaqları dirçəldiblər. Biz də Vətən didərgini kimi dönüş hüququndan istifadə edəcəyik. Bunun üçün müddətə ehtiyac var. Buna inam bizim insanlarda çox güclüdür. Çünki, bu, bizim dədə-babalarımızdan qalmış ərazilərdir. Bizim ailənin Göyçəyə, dogma Qanlı kəndinə qayıtmağına böyük əminlik var. Bu, bizim tarixdən qaynaqlanır. Atalarımız, atalarımızın ataları və biz özümüz qovulmuşuq, amma yenə qayıtmışıq. Tarix göstərir ki, biz yenidən həmin tarixi yaşamalıyıq. Çünki bizim orada yarımçıq qalmış “Həyat Hekayəmiz” var. Həmin hekayəni indi övladlarımızla bir yerdə yaşamaq üçün bizim ora dönüşümüz zərurətdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 1-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil, İdman / 03.03.2024 10:48
Tanrıverdi Paşa şahmat turnirinin qalibi olub - FOTO
Mədəni, Sosial / 02.03.2024 22:11
Bəryabad – Türkiyədə yaşayan Qaraqoyunlu irsi - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı, Siyasi, Sosial / 01.03.2024 22:08
“Biz Vətən didərgini kimi qayıdış hüququndan istifadə edəcəyik” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı, Sosial / 01.03.2024 14:11
Rizvan Nəbiyevin “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 01.03.2024 13:15
104 yaşlı AZƏRTAC – kövrələrək yazdığım duyğusal xatirə
Siyasi, Təhlil / 29.02.2024 22:17
Rusiya bu dəfə İrəvanı cəzalandırmaq üçün hərəkətə keçəcək - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.02.2024 14:21
Ermənistan ləğv edilə, Qərbi Azərbaycan yarana bilər – ANONS
Siyasi / 28.02.2024 21:00
İran ermənilərinin yerləşdirildiyi rayon - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 28.02.2024 18:00
“Ağbaba – Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı - FOTO
Dünya, Təhlil / 28.02.2024 15:29
Plansız Qərb – Rusiya ilə döyüçdən çəkinən Avropa – TƏHLİL - FOTO
Siyasi, Sosial / 28.02.2024 13:17
Ermənilərin Karvansarayda izitirmə planı – ANONS
Siyasi, Sosial / 27.02.2024 22:19
Ermənilər İrəvanda olan Azərbaycan irsini farslaşdırır - FOTO - VİDEO
Maraqlı, Mədəni / 27.02.2024 19:14
“Ermənistanda Azərbaycan adları ilə yaşamaq təhlükəli idi” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 27.02.2024 14:57
Ermənilər İrəvanı farslaşdırır? – ANONS - VİDEO
Mədəni / 27.02.2024 13:25
“Filmə çəkilmək üçün ermənilər soyadımı dəyişdirmək istədilər” – ANONS - VİDEO
Mədəni / 27.02.2024 09:00
Qoşqar Vəli yazır: “Su çərşənbəsi suya tapınmaq inamı ilə başlayır” - FOTO
Müsahibə, Video müsahibə / 26.02.2024 22:25
“Qəbiristanlığı, dini abidəni dakiğıtmaq vəhşiliyin nümunəsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm / 26.02.2024 17:30
İlham Əliyev: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı” – YENİLƏNİB - FOTO
Gündəm / 26.02.2024 17:20
Prezidenti İlham Əliyev Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib
Hadisə, Sosial / 26.02.2024 17:01
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı
Siyasi, Təhlil / 26.02.2024 16:11
ABŞ-da “yaş öz işini görür” – TƏHLİL - FOTO
Gündəm / 26.02.2024 14:19
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 26.02.2024 12:00
Bayraməli Şükür – “Xocalı” poeması - FOTO
Gündəm / 26.02.2024 00:03
Xocalı soyqırımından 32 il ötür - FOTO
Maraqlı, Mədəni / 24.02.2024 22:02
Monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan kənd - FOTO - VİDEO
Hadisə, Sosial / 23.02.2024 21:38
“Atamı, anamı və qardaşımı ermənilər Xocalıda girov götürdülər” - FOTO - VİDEO