Siyasi 08.03.2024 22:40

İrəvanın bu məhəlləsi boşaldılır: orada azərbaycanlılar yaşayacaq - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İrəvana qayıdan azərbaycanlılar bu məhəllədə məskunlaşacaq” adlı süjetdə İrəvanın Təpəbaşı ərazisinin (Kond rayonu) azərbaycanlıların yaşaması üçün tamamilə boşaldıldığı,  İrəvan meri Tiqran Avinyanın bununla bağlı açıqlamasının Ermənistanda ciddi müzakirələr yaratdığı bildirilir.

Qeyd olunur ki, T.Avinyanın sözlərinə görə, gələcəkdə yeni şəhərsalma layihəsini həyata keçirmək üçün Kond rayonu tam olaraq satılacaq: “Burada mövcud olan evlərin sənədləri yoxdur, özəlləşdirmə buna görə həyata keçiriləcək”.

Diqqətə çatdırılır ki, bu, erməni ictimai rəyində “İrəvanın mərkəzində azərbaycanlı icması formalaşdırılır” fikirlərinin ortaya çıxmasına zəmin yaradıb: “Ermənistan hakimiyyətinin məqsədi Təpəbaşı məhəlləsini dağıtmaq və yerində müasir memarlıq qurmaq, bununla da İrəvan şəhərinin tarixinin üzərini tamamilə torpaqlamaqdır. Lakin erməni ictimaiyyəti buna inanmır və hesab edirlər ki, Təpəbaşından  ermənilər çıxarılacaq, azərbaycanlı icması burada yaşayacaq. Bu, Azərbaycanın beynəlxalq təşkilatlara müraciəti və apardığı siyasətin nəticəsində baş verəcək. Ermənistanın ictimai rəyində müxtəlif iddiaların peyda olması, son olaraq da Təpəbaşı məhəlləsi ilə bağlı “İrəvanda azərbaycanlı icması olacaq” fikirlərinin səslənməsi də Azərbaycanın geri çəkilmədiyi gündəliyindən qaynaqlanır”.

Süjetdə “origer.news” saytının “Əliyevin daha bir tələbi: İrəvanın mərkəzində azərbaycanlı icması” sərlövhəli məqaləsinə də yer verilir. Erməni müəllif David Quyumciyan İrəvan şəhərinin Təpəbaşı məhəlləsi ətrafında baş verənləri bunun real nümunəsi adlandırır. O, 2022-ci ildə Təpəbaşı məhələsi ilə bağlı UNESCO-ya ünvanlanan müraciəti xatırladır və yazır ki, İrəvan meri Tiqran Avinyanın Kond rayonunun tamamilə satılacağı barədə dedikləri bu kontekstdə şübhəlidir. Kondun satılması Azərbaycanın daha bir tələbinin yerinə yetirilməsi ilə nəticələnəcək. Kondun yenidən qurulması adı altında azərbaycanlıların bura köçürülməsi və azərbaycanlı icmasının formalaşması mümkün ssenarilərdəndir”.

Sonda vurğulanır ki, Qərbi Azərbaycan məsələsinə görə ermənilərin yuxusu ərşə çəkilib: “Lakin “qorxunun əcələ faydası yoxdur. Azərbaycanlılar öz tarixi yurdlarına ya sülh yolu ilə, ya da lazım olan başqa yollarla qayıdacaq. Başqa variantların baş verməsi isə Ermənistanın mövcudluğunun sual altına düşməsi ilə nəticələnə bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında martın 8-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Ğ

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO