Siyasi 12.03.2024 17:03

İcma: “The Washington Post”da dərc olunmuş qərəzli yazını pisləyirik”

Qərbi Azərbaycan İcması “The Washington Post” qəzetində Qarabağla bağlı dərc olunmuş təxribat xarakterli yazını pisləyib.

Rakus.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

“The Washington Post” qəzetində Qarabağla bağlı dərc olunmuş həqiqətləri təhrif edən, təxribat xarakterli yazını qətiyyətlə pisləyirik. Yazının müəllifi David İqnatiusun davamlı olaraq erməni havadarlarının sifarişi əsasında Azərbaycan əleyhinə qərəzli məqalələr ilə çıxış etməsi artıq heç kəsi təəccübləndirmir. Otuz il ərzində Ermənistan tərəfindən Qarabağda azərbaycanlı əhaliyə qarşı vəhşiliklərin törədilməsi, maddi-mədəniyyət abidələrinin dağıdılması və yerli əhalinin öz yurd-yuvalarından qovulması faktlarına göz yuman, eləcə də Ermənistandan zorla qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququ barədə bir kəlmə də yazmayan D.İqnatiusun yalnız Qarabağ ermənilərinin “geri qayıtmaq” hüququndan dəm vurması onun peşəkar jurnalistikadan nə qədər uzaq olduğunu, eyni zamanda, ikiüzlü və riyakar mövqeyini göstərir.

“Tarixi ədalətsizlik və beynəlxalq hüquq”dan şikayətlənən “jurnalist”ə bir daha xatırlatmaq istərdik ki, münaqişənin yaratdığı və beynəlxalq hüquq sisteminin məhəl qoymadığı ədalətsizliyə, ərazilərinin işğalına məhz Azərbaycan tərəfi məruz qalıb və məhz azərbaycanlılar həm Qarabağ, həm də Ermənistan ərazisindəki öz doğma yurd-yuvalarından zorla qovulublar.

Qərbi azərbaycanlıların öz doğma torpaqlarına dinc yolla geri qayıdış hüququ heç bir vəchlə inkar edilə bilməz və bu məsələ özünü “peşəkar və tərəfsiz” kimi qiymətləndirən beynəlxalq medianın da diqqətini cəlb etməlidir”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO