Müsahibə 01.04.2024 22:13

“Azərbaycanlılara ilk hücum İrəvandakı Bazar meydanında olub” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı olub. O, XX əsrin əvvəllərində dünyadakı geosiyasi vəziyyət fonunda ümumən Azərbaycanda, xüsusən də vaxtilə İrəvan xanlığı ərazisi hesab olunan bölgədə hökm sürən ictimai-siyasi vəziyyətdən söhbət açıb. Bildirib ki, ermənilər 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra Cənubi Qafqaza, o cümlədən İrəvan quberniyasına köçürülüblər və bölgənin aborigen əhalisi sayılmırlar.

Tarixçi-alimin sözlərinə görə, azərbaycanlıların tarixi torpaqlarına köçürülən ermənilər bu bölgədə yaşayıb, demoqrafik vəziyyətə təsir edib, varlanıb, silahlanıb, daha sonra özlərinin terror təşkilatlarını yaradıblar. Bu təşkilatların başlıca hədəfi bölgənin aborigen əhalisini terror yolu ilə qətlə yetirmək, azərbaycanlılara məxsus torpaqlarda erməni dövləti yaratmaq olub.

Professor vurğulayıb ki, ermənilər XIX əsrdə və XX əsrin əvvəlində Cənubi Qafqazda öz niyyətlərini həyata keçirmək üçün Almaniya İmperatorları Birinci Vilhelmə, İkinci Vilhelmə, həmçinin Böyük Britaniya hakimiyyətinə dəfələrlə müraciət edib, dəstək istəyiblər. Lakin Birinci Vilhelm sərt şəkildə bildirib ki, “Mən bir cılız alman əsgərinin cəsədini bütün erməniliyə dəyişmərəm”. İkinci Vilhelm də ermənilərin müraciətinə rədd cavabı verərək bildirib ki, “Bütün ermənilərin hamısını öldürmək, yalnız birini saxlamaq lazımdır. Onu da etnoqrafiya muzeyinə qoymaq üçün”. İkinci Vilhelmin erməni məsələsinə baxışı belə idi ki, əgər dünya pisliklərdən xilas olmaq istəyirsə, ilk növbədə ermənilərdən xilas olmalıdır. Böyük Britaniyaya müraciət edən ermənilərə isə deyilib ki, ingilis hökumətinin gəmiləri Ermənistanın dağlarında, daşlarında üzə bilmir.

Millət vəkili M.Qasımlı söyləyib ki, sonda Çar Rusiyasının, ardınca da bolşeviklərin himayəsinə sığınan ermənilər Qafqazda azərbaycanlı, gürcü, rus, yəhudi məmurlara qarşı silsilə terror aktları, sui-qəsdlər törədiblər. Alim deyib ki, Qafqazda azərbaycanlılara qarşı ilk erməni hücumu 1905-1907 və 1918-ci illərdə deyil, XIX əsrin sonlarında İrəvandakı Bazar meydanında təşkil olunub. Ancaq həmin vaxt azərbaycanlı ağsaqqalların, nüfuzlu şəxslərin prosesə çevik müdaxiləsi, soydaşlarımızın özünü son dərəcə təmkinli aparması bu toqquşmanın daha böyük miqyas almasına imkan verməyib. Sonrakı tarixlərdə Azərbaycan ərazilərində baş verən qətliamlara, silahlı quldur dəstələrinə ən məşhur erməni terrorçuları, o cümlədən Andranik, Amazasp, Dro, Nijde və başqaları rəhbərlik ediblər. Azərbaycanlılara qarşı kütləvi terrora, soyqırımlarına erməni kilsəsi, din xadimi sayılan keşişlər də böyük dəstək veriblər. 1918-ci ildə Zəngəzurda 150 min azərbaycanlının yaşadığı 400 kənd yer üzündən silinib.

Deputat M.Qasımlı qeyd edib ki, Ermənistanda daşnakların hakimiyyəti dövründə terrorçular azərbaycanlı əhalinin 60 faizini, ümumilikdə ölkə əhalisinin 35 faizini, o cümlədən kürdləri, rusları amansızlıqla qətlə yetiriblər. Növbəti illərdə Ermənistanda hakimiyyətə gələn qüvvələr də terrorçu mahiyyətlərini dəyişməyib, azərbaycanlılara münasibətdə soyqırımı, deportasiya, etnik təmizləmə siyasəti yürüdüblər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 1-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO