Siyasi 11.04.2024 22:14

“Dəmiryolu vağzalında sonlanan parlaq ömür” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Daim təzyiqlərə məruz qalan Karbibasarlı Əziz Əliyev” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmməd Kərim oğlu Əliyevin həyatından bəhs olunur.

Bildirilir ki, İrəvan aydınları sırasında parlaq sima olan Ə.Əliyev  İrəvanın sayılıb-seçilən böyük nəslin nümayəndəsi olmaqla yanaşı, keçdiyi çətin həyat yolu ilə böyük miras qoyub: “Əziz Əliyev Dağıstan xalqının tarixində də misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Məhz onun sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar”.

Qeyd olunur ki, gənc yaşlarından doğma yurdundan ailəsi ilə birlikdə məcburi köçürülən Əziz Əliyev Naxçıvanın Şahtaxtı kəndinə, sonra isə Araz çayını keçərək bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində yaşamalı olur. O, tibbi xidmətini burada da davam etdirir və həkim köməkçisi kimi çalışaraq əhaliyə lazımi tibbi yardımlar göstərir.

Sonda vurğulanır ki, Əziz Əliyev sanki ömrünün getdiyi yolun təyinatçısı idi: “1917-ci ildə İrəvandan Petroqrada, 1918-ci ildə  İrəvandan Naxçıvana, oradan Bakıya, Bakıdan Təbrizə, buradan  Dərbəndə, Mahaçkalaya, ordan isə Moskvaya və yenidən Bakıya gələn Əziz Əliyevin əbədiyyətə getdiyi yol da məhz Azərbaycan paytaxtı olur. Belə ki, o, evin qulluqçusunu Dəmir Yolu Vağzalından yola salanda ürəyi tutur və elə burada da dünyasını dəyişir”.

Süjetdə şahidlər Əziz Əliyevin zəngin tərcümeyi-halından, özünün və ailəsinin yaşadığı dramdan, anasının acı taleyindən faktlarla söhbət açırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Siyasi / 11.04.2024 22:14
“Dəmiryolu vağzalında sonlanan parlaq ömür” - FOTO - VİDEO
Maraqlı, Sosial / 10.04.2024 22:15
“Azərbaycanlıların Qaranlıq rayonundan çıxarılma planı” - VİDEO
Sosial / 10.04.2024 13:23
“Ermənilərin Qaranlq oyunbazlığı” – ANONS - VİDEO
Mədəni, Sosial / 09.04.2024 22:53
“Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” - FOTO - VİDEO
Hərbi, Müsahibə / 09.04.2024 18:52
“Ermənilərə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalı idi” - VİDEO
Elm və təhsil, İqtisadi / 09.04.2024 16:41
ATMİA Bakıda italiyalı memarın iştirakı ilə seminar təşkil edib - FOTO
Müsahibə, Video müsahibə / 09.04.2024 13:25
“Ermənilər türklərin sayəsində sağ qalıblar” – ANONS
Müsahibə, Video müsahibə / 08.04.2024 22:40
“Ermənistan adlı bir qurum hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir” - FOTO - VİDEO
Siyasi / 08.04.2024 17:15
ABŞ və Aİ-ni regionda vəziyyəti gərginləşdirməməyə çağırırıq – BƏYANAT
İdman / 08.04.2024 09:58
Nərimanlı gəncləri ilə görüş - FOTO
Siyasi / 06.04.2024 22:16
Ermənilər irəvanlı ictimai xadimin zorla köçməsinə səbəb oldu - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 05.04.2024 22:09
“Kəndimizə getsəm dizlərimi yerə qoyub torpağımı öpəcəm” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 05.04.2024 13:45
“Nüvədiyə nəvələrimlə gedəcəm” – Sədaqət Həsənovanın “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 04.04.2024 22:51
“Ermənistan ərazisi 10 min kvadrat kilometrədək azala bilər” - FOTO - VİDEO
Siyasi / 04.04.2024 12:21
Ermənistan ətrafında çəmbər daralır – ANONS - VİDEO
Mətbuat, Sosial / 04.04.2024 11:40
Ardanış – o kənd bizim kəndimizdir - VİDEO
İqtisadi / 04.04.2024 11:15
Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO
Maraqlı, Siyasi, Sosial / 03.04.2024 22:10
“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” - VİDEO
Maraqlı, Sosial / 03.04.2024 12:39
Hayların 38 kəndi xarabalığa çevirdiyi rayon – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 02.04.2024 21:51
İrəvan şəhərində sensasiyalı tapıntı – xanın şəxsi əşyaları tapıldı - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 02.04.2024 19:00
Ermənilər azərbaycanlıları qovaraq yeməklərini mənimsədilər - FOTO - VİDEO
Siyasi, Sosial / 02.04.2024 14:23
Erməni tədqiqatçı tapdığı əşyalarla saxta tarixi ifşa etdi – ANONS - VİDEO
Mədəni / 02.04.2024 13:14
“Erməni mətbəxini onlardan yaxşı bilirəm” – ANONS - VİDEO
Mətbuat / 02.04.2024 12:00
“Hamı hər şeyi görür, ağlı başında olanı aldatmaq olmur…”
Müsahibə, Video müsahibə / 01.04.2024 22:13
“Azərbaycanlılara ilk hücum İrəvandakı Bazar meydanında olub” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 30.03.2024 21:48
Erməni generalının özbaşınalığına verilən cəza – Qərbi Azərbaycan Xronikası - VİDEO