Siyasi 24.04.2024 22:03

Qızıl Qoçun türk əhalisi ailəliklə sürgün edilib - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə adı hiyləgərliklə erməniləşdirilən Qızıl Qoç rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qızıl Qoçun türk əhalisi ailəliklə sürgün edilib” adlı süjetdə XX əsrdə haylara Azərbaycan torpaqlarında dövlət qurulduqdan sonra onların ərazi iddialarının genişlənməsindən, nəticədə Qərbi Azərbaycanın yerli əhalisinin deportasiya edilməsindən, soyqırımlara məruz qalmasından, mahallarımız, kəndlərimiz kimi, rayonlarımızın da adının dəyişdirilməsindən bəhs olunur.

Bildirilir ki, Ağbaba mahalı ərazisində, Arpa çayının yuxarı axarında yerləşən bu ərazi Keçid dağları, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnib. Rayon ərazisindən Axalkalaki – Gümrü avtomobil yolu keçir. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilən Qızıl Qoç toponimi qırmızı mənasında işlənən qızıl sözü ilə, yəni qırmızı rəngdə olan suxur, eləcə də “düşərgə, qərargah” anlamında olan koş-qoç sözünün birləşməsindən əmələ gəlib. Qədim tarixə malik bu ərazi 14-16-cı əsrlərdə Monqol, sonra isə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin tərkibinə daxil olub. Kəndə 1825-ci ildə Türkiyənin Muş şəhərindən gəlmiş ermənilər yerləşdirilib. Burada yaşayan Azərbaycan türkləri 1878-ci ildə qovulub və gəlmə ermənilər məskunlaşdırılıb.

Qeyd olunur ki, Ağbaba mahalının bir hissəsi Qızıl Qoç rayonu ərazisinə düşür. 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsi olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılıb. Bölgədə qədim qala qalıqlarının, yaşayış məskənlərinin, qoç heykəllərin mövcudluğu  bu ərazinin türk-oğuz məskənləri olmasının tarixi sübutudur.

Diqqətə çatdırılır ki, Qızıl Qoç rayonu rəsmi olaraq 1937-ci il dekabrın 31-də yaradılıb. 1938-ci il yanvarın 4-dək Qızıl Qoç rayonu, həmin tarixdən etibarən Qukasyan və 1990-cə ildə Aşosk adlandırılıb. Qərbi Azərbaycanın digər bölgələri kimi, Qızıl Qoç rayonu ərazisinin minlərlə türk əhalisi 1930, 1940 və 1950-ci illərdə ailəliklə evlərindən çıxarılıb, sürgün edilib. 1988-ci il deportasiyasında isə azərbaycanlılar yaşadıqları bütün kəndlərdən məcbur qaydada tamamilə çıxarılıblar. Bundan sonra 33 tarixi yer adı dəyişdirilib. Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə Qızıl Qoç, yəni Qukasyan/Aşotsk rayonu ləğv olunaraq mərkəzi Gümrü şəhəri olan Şirak mərzliyinə daxil edilib.

Sonda vurğulanır ki, ermənilərin sürgün və köçürmələri nəticəsində Qızıl Qoç rayonu ərazisində də azərbaycanlı və onlara məxsus məkan qalmayıb: “Lakin əminik ki, əhalisinin əksəriyyətini oğuz türkləri təşkil edən bu yaşayış məskəni də əsl yiyəsinə yenidən qovuşacaq, Qərbi azərbaycanlıların zəngin tarixi keçmişi bərpa ediləcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında aprelin 24-də  saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO