Elm və təhsil 01.05.2024 14:43

Sosial şəbəkə oyunu – geosiyasi maraqların toqquşması – TƏHLİL

Sosial şəbəkə, onun əlavələri cəmiyyətin vacib elementinə çevrilib. Son illərin təcrübəsi göstərir ki, bunlardan inqilablar etmək, kütləvi etiraz aksiyaları keçirmək üçün istifadə olunub.

Son illərin təcrübəsi göstərir ki, bunlarda inqilablar etmək, kütləvi etiraz aksiyaları keçirmək üçün istifadə olunub.

Klassik inqilablarda televiziya və radio şirkətlərinin tutulması da vacib amillərdən sayılırdı. Ona görə inqilabi şəraitlərdə şirkətin mühafizəsi gücləndirilir. Sosial şəbəkə ilə bağlı məsələni həlli isə onu bağlamaqla həyata keçirilir. Ötən illərin təcrübəsi göstərir ki, İranda etiraz aksiyaları zamanı Tehran sosial şəbəkəni bağlamaq, yaxud onun sürətinə problem yaratmaqla ictimaiyyəti xəbərsiz qoyaraq, həm də onlar arasında əlaqənin kəsilməsinə nail olub.

İran hakimiyyəti Feysbuk sosial şəbəkə əlavəsinə maneələr yaratmışdı. O vaxt bildirdilər ki, Tehran Çindən 10 milyard dollarlıq xüsusi filtr proqramları alıb.

Yaxud bir zamanlar bu ölkədə öz sosial şəbəkəsini yaratmaq təklif olunurdu və s.

Hazırda dünyada Feysbuk, instaqram, X, TikTok, teleqram və sair sosial şəbəkələr var.

Müxtəlif ölkələrdə bunlara qarşı zaman-zaman təzyiqlər edilir, onlar bloklanır və yerli-yersiz hücuma məruz qalır.

Məlumatlara əsasən, onlardan üçü – Feysbuk, X və İnstaqram ABŞ-nin nəzarəti altındadır. Teleqramın əsas bazası Böyük Britaniyada yerləşir. TikTok isə Çinin sayılır.

Bu sıralamadan göründüyü kimi, hər qütbün və ya beynəlxalq müstəvidə siyasi blokun öz şəbəkəsi var. Deməli, şərti hələ də tam formalaşmayan qütblər arasında rəqabət də mövcuddur. Qlobal səviyyədə böyük güclər bir-birinə problem yaratmaq üçün müxtəlif vasitə, alətlərlə yanaşı sosial şəbəkədən də istifadə edirlər. Bu həm də ABŞ ilə Çin arasında bu istiqamətdə də rəqabətin mövcudluğu deməkdir.

Bu günlərdə ABŞ Prezidenti Cozef Bayden Tiktok-un ölkədə qadağan edilməsi haqqında qanunu təsdiqləyib. Şəbəkə rəhbərliyi bunun ləğvi ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirib.

Ştatlar nədən belə bir addım atıb? Ehtimal olunur ki, bu tətbiq istifadəçilərə aid şəxsi məlumatları Çinə ötürür. Bildirilib ki, TikTok rəhbərlərinə əlavəni satmaq üçün 100 milyard dollar təklif olunub. Ötən il isə şirkətin təkcə ABŞ-də ən azı 20 milyard dollar qazandığı bildirilir.

Hadisələrin gedişi sübut edib ki, bağlamaq və başqa təzyiqlərlə belə informasiya texnologiyasının qarşısını almaq mümkünsüzdür. Tiktok yeni nəsil insanlar, xüsusən yeniyetmələr arasında daha populyardır. Bu həm də müasir informasiya texnologiya sahəsində nailiyyətlərin daha çox onlara məxsus olduğu anlamına gəlir.

Məlumatlara görə, ABŞ, Avropa Komissiyasının (AK) ardınca Kanada da hökumət strukturlarında onun tətbiqi qadağan edilib. Hakimiyyət buna səbəb kimi “məxfilik və təhlükəsizlik riskinin qəbuledilməz səviyyəsini” göstərib.

Başqa bir örnək. Fransa hökuməti teleqram kanalının ölkə ərazisində istifadəsini bloklayıb.

Göründüyü kimi, məsələ heç də sosial şəbəkədə ictimaiyyəti narahat edən məişət məsələləri ilə bağlı yayılan yüngül, əxlaqa zidd məlumatların, materialların yayılması deyil. Çünki TikTok-da olduğu kimi ABŞ-nin nəzarətində olan şəbəkələrdə də belə hallara rast gəlinir. Problem güclər arasında geosiyasi maraqların toqquşmasındadır.

Çin Xarici İşlər Nazirliyinin qərarları tənqid etməsi və Qərb hökumətlərinin qorxmamağa çağırması da bunu təsdiqləyir.

Yeri gəlmişkən, TikTok-un Los-Anceles, Nyu-York, London, Paris, Moskva, Berlin, Dubay, Mumbay, Cakarta, Seul və Tokioda ofisləri var. 2018-ci ildə tətbiqin 150 ölkədən bir milyarddan çox istifadəçisi olub. Proqramın ən populyar olduğu Çində istifadəçilərin 60 faizi 25-44 yaş arasındadır. Ölkədən kənarda isə istifadəçilərin 43 faizi 24 yaşdan yuxarıdır. 2021-ci ilin sentyabr ayında TikTok-un aylıq auditoriyası bir milyardı keçib.

Bu göstəricilər onu deməyə əsas verir ki, TikTok-un bloklanması milyonlarla istifadəçinin sərbəst məlumat əldə etmək imkanından məhrum olunmasıdır.

Bir vaxtlar dünyada kəskin qütbləşmə var idi. Onda ölkələrdə çıxan mətbu orqanları siyasi-ideoloji baxımdan sol və sağa bölünürdü. Güclər həmin KİV-dən bir-birinə qarşı istifadə edirdi. İndiki zamanın informasiya texnoloji uğurlarından güclərarası mübarizədə istifadə olunur.

Ancaq kimin nəzarət altında olmasına baxmayaraq, sosial şəbəkənin bloklanması insanların söz, ifadə azadlığına hörmətsizlik sayılır. Məsələn, Fransada çıxan “Charlie Hebdo” (“Şar ebdo”) jurnalında insanların dini heysiyyatını təhqir edən materiallara qarşı çıxılanda onu müdafiə edib, bunu söz, ifadə azadlığı əsaslandırırlar. Onu da qeyd edək ki, hər hansı bir ölkədə feysbukun bağlanması ilə bağlı təşəbbüs irəli sürülən kimi ABŞ bunu ifadə azadlığına hücum kimi qiymətləndirir.

Belə görünür ki, sosial şəbəkə ziddiyyətlərin alətinə çevrilir. Ancaq əsas məsələ onun fəaliyyətinin qanunla tənzimlənməsidir. Onları KİV haqqında qanunlarla idarə etmək mümkünsüz olub. Çünki dünyada texnologiyaya uyğun olaraq hər kəsin informasiya mənbəyi rolunda çıxış etmək imkanı yaranıb. Əsas məsələ də milyardlarla istifadəçiyə birlikdə yardım etmək, onların fəaliyyətini qanunla tənzimləməkdir. Əks halda hadisələr istənilən dövlət üçün arzuolunmaz nəticələrə səbəb olar. Çünki sosial şəbəkə informasiya texnologiyası sahəsində inqilabın nəticəsidir. İnqilab isə adətən yeni keyfiyyət dəyişikliyidir. Sosial şəbəkə həyatın bütün sahələrinin əhatə etdiyindən bu hadisənin hər yerdə baş vermə ehtimalı var.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO